Müəllimlər
Skype vasitəsilə fikir mübadiləsi aparıblar
Martın 25-də
Bakıda Azərbaycanın müxtəlif bölgələrindən
olan müəllimlərin iştirakı ilə "Möhtəşəm
Novruz Bayramı" şərti adı altında elmi-mədəni
görüş keçirilib. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Təhsil Problemləri İnstitutunun (TPİ) akt
zalında Azərbaycanın əməkdar müəllimi, TN LƏQ
məsləhətçisi Almaz Həsrətin təşkilatçılığı
ilə başlayan görüşə Skype vasitəsilə
Kanada, Almaniya, Naxçıvan və Samuxdan da müəllimlər
qatılıb.
Görüşdə
TPİ-nin direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər
Abbasov, Kurikulum Mərkəzinin ibtidai təhsilin kurikulumu
şöbəsinin müdiri Bibixanım İbadova, Respublika
İncəsənət Gimnaziyasının ibtidai təhsil
üzrə metodisti Təranə Əliyeva, ibtidai sinif müəllimi
Yaqut Əzimzadə, Balakən rayonu Qabaqçöl qəsəbə
tam orta məktəbinin direktor müavini Sahib Anqbazov, eyni rayonun musiqi məktəbinin
müəllimi Elxan Kovxayev,
Şəmkir rayonu Zəyəm qəsəbəsi 1
nömrəli tam orta məktəbin direktor müavini Vüsalə
Mehdiyeva, həmin məktəbin
psixoloqu Ülviyyə Cəlilova, Laçın rayonu 11
nömrəli tam orta məktəbin müəllimi Kəmalə
Əliyeva, Mingəçevir şəhəri 19 nömrəli
tam orta məktəbin müəllimi Könül Mustafayeva və
13 nömrəli tam orta məktəbin müəllimi
Lütfiyyə Əhmədova, Saatlı rayonu 1 nömrəli
tam orta məktəbin direktor müavini Cəfər Məmmədov
və müəllimləri Günay Qənbərova, Vüsalə
Astanova, Aynur Babayeva, Dədə Qorqud kənd orta məktəbinin
müəllimi Orxan Alışov, Lerik rayonu M.Qasımov adına
Bibiyoni kənd tam orta məktəbinin
müəllimi Nəriman Qafarov və Taleh Şahbazov, Ə.Məmmədov adına Livədirqə kənd tam
orta məktəbinin müəllimi Nəvai Zaidov, S.Hacıyev
adına Rvarud kənd tam orta məktəbinin müəllimi
Rahim Muradxanov, Göyçay rayonu Məlikkənd kənd tam
orta məktəbinin müəllimi
Gunay Göyçaylı, Cəlilabad rayonu
A.Mehdiyev adına Dövlətəlibəyli kənd
tam orta məktəbinin
müəllimi Fəxrəddin Səfərov, Hacıqabul rayonu
Padar qəsəbə tam
orta məktəbinin müəllimi
Mircavid Əhmədov, Yevlax
şəhəri 3 nömrəli tam orta
məktəbin müəllimi Zülfiyyə Mahmudova, Sabirabad
rayonu Nizami kənd
tam orta məktəbinin müəllimi Elnarə
Balayeva, Kürdəmir rayonu Karrar
qəsəbə tam orta məktəbinin
müəllimi Aqil Fətəliyev,
Süsün kənd tam orta məktəbinin müəllimləri
Kamran Hüseynov və Rəfael Alməmmədov,
İmişli rayonu Çəpərli kənd
2 nömrəli tam
orta məktəbin müəllimi
Sənan Əliyev,
İsmayıllı rayonu Şəbiyan kənd
tam orta məktəbinin
müəllimi Esmira Kazımova,
Şəki rayonu Orta Zəyzid
kənd tam orta məktəbinin müəllimi Elnarə
Əhmədova, Quba rayonu
D.İsmayılov adına Çiçi kənd tam orta məktəbinin
müəllimi Rüfət Mürsəlov, Gədəbəy rayonu Gərgər kəndi "Smart SM Production" Təhsil Mərkəzinin müəllimi Elmar
Həsənov, "Qərb
Regional Təhsilə Dəstək İctimai Birliyi"nin sədri
Nizami Məmmədli, Səbail
rayonu 50 nömrəli tam
orta məktəbin müəllimi Roza
Mirzəliyeva, Bakı şəhəri 219 və 225 nömrəli tam orta məktəblərin
müəllimi Roza Qasımova, 23 nömrəli tam orta məktəbin
müəllimi Abdulla Qəhrəmanov, 8 nömrəli tam orta məktəbin
müəllimi Muxtar Cavadov, 240 nömrəli tam orta məktəbin
müəllimləri Pəri Qasımova və Mehriban
Qulamova, 188 nömrəli tam orta
məktəbin müəllimi Ruhiyyə İbrahimova, 30
nömrəli tam orta məktəbin müəllimi Şəhla
Mirzəyeva, 284 nömrəli məktəbin müəllimləri
Sevinc Abbasova və Yeganə Şirinova, 135 nömrəli məktəbin
müəllimi Vaqif Süleymanov, 193 nömrəli məktəbin
müəllimi Kəmalə Süleymanova, 37 nömrəli məktəbin
müəllimi Gülər Həsənova, "Təhsil və
zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllı, Sumqayıt şəhəri 11
nömrəli məktəbin müəllimi Gülşən
Novruzova, 25 nömrəli məktəbin müəllimi Cəmalə
Cəfərova, 219 nömrəli məktəbin müəllimi Təranə İbrahimova iştirak
edirdilər.
Tədbirə Skype vasitəsilə
Samux rayonu Nizami Gəncəvi adına tam orta məktəbin
müəllimi Zöhrə Verdiyeva,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin
müəllimi Sevinc Mirzəyeva, Naxçıvandan
Naxçıvan Dövlət Universiteti təməl tibb fənləri
kafedrasının müdiri Elsevər Əsədov, Babək rayonu Xəlilli kənd orta
məktəbinin direktoru Əfqan
Vəliyev, Almaniyadan Braunşvayg şəhəri, Bebelhof
ibtidai məktəbinin müəllimi Şəfəq Azər,
Kanadadan Toronto şəhər təhsil şöbəsi xarici
dillər bölməsinin C.H.Best adına 285 nömrəli məktəbinin Azərbaycan dili
müəllimi Yeganə Cəfərova qoşulmuşdular.
İştirakçılar xüsusən də Almaniya və
Kanada təcrübəsi haqqında
çıxışları diqqətlə dinləmiş, Azərbaycanda
aparılan kurikulum islahatları ilə müqayisə əsasında
fikirlərini bildirmişlər. Tədbirdə iştirak edən
müəllimləri maraqlandıran xaricdə aparılan təhsil
siyasəti, müəllimlərin dərsə
hazırlığı, şagirdlərin qiymətləndirilməsi
kimi məsələlər Skype vasitəsilə
cavablandırılıb. Kanadadan olan Yeganə xanım və
Almaniyadan olan Şəfəq xanım əlavə olaraq
yaşadıqları ölkənin məktəbəqədər
təhsil sisteminin və ibtidai təhsilin quruluşu (ibtidai təhsil
kurikulumu) barədə də çox geniş və maraqlı
fikirlər bildiriblər.
Təhsil
Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov iştirakçıları Novruz
bayramı münasibətilə təbrik edərək ölkəmizdə
həyata keçirilən uğurlu təhsil islahatlarından
və özəlliklə də Azərbaycan dövlətinin
inkişaf etmiş ölkələrin təcrübəsini
öyrənərək sürətlə tətbiq etməsindən
danışıb. O, həmçinin Azərbaycan təhsil
sistemində olan yeniliklər və qarşıda duran əsas
vəzifələr barədə məlumat verib. Ənvər
Abbasov ölkəmizdə həyata keçirilən təhsil
islahatlarının mövcud mərhələləri,
hazırkı şəraitdə həmin işlərin icra vəziyyəti
barədə danışıb, bu ana qədər əldə
olunan ilkin nəticələr barədə fikirlərini
paylaşıb. O, təhsil proqramlarının
(kurikulumların) və ümumilikdə təhsildə
aparılan inkişafyönümlü addımların daha
uğurla irəliləməsində məhz yaradıcı və
yenilikçi, daim axtarış qabiliyyətinə malik olan
müəllimlərin əsas rol oynadığının
vacibliyini xüsusi qeyd edib.
Naxçıvan
Dövlət Universitetinin kafedra müdiri Elsevər Əsədov
da müəllimləri təbrik etməklə yanaşı Azərbaycanda
yeni təhsil sistemində qazanılan uğurlar barədə
maraqlı fikirlərini bildirib.
İştirakçılar
tədbirin rəsmi hissəsinin Təhsil Problemləri
İnstitutunda keçirilməsinə imkan
yaratdığına görə qurumun direktoru, professor Abdulla
Mehrabova və Kurikulum Mərkəzinin direktoru Ənvər
Abbasova təşəkkür ediblər.
Rəsmi
hissə bitdikdən sonra iştirakçılar Şəhidlər
xiyabanından başlayan şəhər gəzintisinə
çıxıblar. Xiyabanda Azərbaycan xalqının qəhrəman
övladlarının igidlikləri barədə söhbətlər
aparılmış, şəhid məzarları üzərinə
qərənfillər düzülmüşdür. Daha sonra
1918-ci ildə Bakını daşnak-bolşevik
işğalçılarından xilas etmiş Qafqaz İslam
Ordusu şəhidlərinin xatirəsinə
ucaldılmış abidə ziyarət edilib. Günün 2-ci
yarısında müəllimlər İçərişəhərdə
gəzintiyə çıxaraq burada qorunan tarixi abidələrimiz
haqqında fikirlərini paylaşıb və xatirə şəkilləri
çəkdiriblər.
Günün
sonunda bütün iştirakçılar Bakıdakı
"Royal Hotel"də təntənəli Novruz tədbirində
bir araya gəliblər. Yaddaqalan anlar, xüsusən də
intellektual oyunlarla zəngin olan "Möhtəşəm
Novruz Bayramı" iştirakçıların ürəyincə
olmuş, ölkənin qabaqcıl müəllimlərinin əlaqələrinin
möhkəmləndirilməsi, bilik və
bacarıqlarını paylaşması baxımından
yüksək dəyərləndirilmişdir. Qərara gəlinmişdir
ki, belə görüşlər davam etdirilsin.
Xatırladaq
ki, bu qəbildən olan ilk görüş Almaz Həsrətin
təşkilatçılığı ilə bu ilin
yanvarında keçirilmişdi.
Azərbaycan
müəllimi.- 2013.- 29 mart.- S.5.