Təsviri
incəsənət dərsliklərdə
Şagirdlərin inkişaf etmiş intellektual şəxsiyyət kimi formalaşmasında hər bir fənnin öz yeri var. Ümumtəhsil məktəblərində
tədris olunan təsviri incəsənət
fənni isə şagirdin psixoloji
inkişafındakı roluna görə
xüsusilə fərqlənir.
Təsviri incəsənət fənni
şagirdin emosional
hissiyyatını inkişaf etdirir, gözəllik yaratmaq
və onu qiymətləndirmək
bacarığını artırır. Təsviri incəsənət
uşaqların təsəvvürünü,
yaradıcılıq bacarığını inkişaf
etdirir.
Müasir təhsilimizdə ibtidai siniflərdə tətbiq olunan təsviri incəsənət fənni
şagirdlərin maraq göstərdiyi, sevdiyi fənlərdəndir. Şagirdlər bu
dərslərdə öz
bacarıqlarını nümayiş etdirmək
üçün xüsusi
həvəs göstərirlər. Kurikulum
əsasında hazırlanmış dərsliklər əsasında
şagirdlər doğma yurdumuzun,
müxtəlif xalqların incəsənəti ilə
yaxından tanış olurlar.
İncəsənət
haqqında, incəsənət dili
haqqında şagirddə yaranan təsəvvür,
anlayış onun gələcəkdə
yüksək intellektual səviyyəli bir şəxsiyyət kimi
formalaşmasında böyük rol oynayır. Şagirdin hər
bir xalqın özünəməxsus əşya
formasını, ornamentini, obraz və motivləri,
simvolları, rəng uyğunluğunu
tanıması, fərqləndirməsi çox
təqdirəlayiqdir.
Hər
bir mövzunu
şagirdlərə tədris etdikcə onların
marağı, həvəsi daha da artır. Dərslikdə verilən istiqamətlər
hətta rəssamlıq qabiliyyəti olmayan
hər bir şagirddə də müəyyən bacarıqların
formalaşmasına çox böyük kömək edir.
Şagirdlər
hər dərsdə yeni terminlər
öyrənir. Terminlərin izahı isə dərslikdə və
müəllim üçün metodik vəsaitdə çox
gözəl açıqlanır (izah edilir).
Şagirdlər
ibtidai siniflərdən artıq təsviri
incəsənətin növ və
janrları haqqında ətraflı məlumat alır,
onları bir-birindən fərqləndirmək yollarını
öyrənir.
Dərslikdə
hər bir mövzu
üzrə yaradıcı tapşırıq və
sualların verilməsi də şagirdlərin bədii
yaradıcılıq bacarıqlarının inkişaf
etdirilməsində mühüm əhəmiyyətə
malikdir.
Mən
artıq 14 ildir ki, təsviri
incəsənət fənnini tədris edirəm. Bu illər ərzində şagirdlərə bu fənnə maraq oyatmağa çalışmışam.
Açıq demək lazımdır ki, bu illər ərzində ənənəvi üsulla yazılan dərsliklərlə tədris
edərkən çox çətinliklərlə
qarşılaşırdım. Əyani vəsaitlər yox dərəcəsində idi.
Kurikulumla yazılan təsviri incəsənət
dərslikləri ilə işlədiyim 5 il
ərzində şagirdlərin bu fənnə
marağının necə dəyişdiyini aşkar
izləmək mümkündür. Eyni zamanda yaradıcı
şagirdlərin sayı artmış, onların əl işləri
müxtəlif sərgilərdə mükafatlara
layiq görülmüşdür.
Kurikulumla yazılan dərsliklərin
bir üstünlüyü
də müəllim üçün metodik vəsaitin və iş
dəftərinin olmasındadır. Bu vəsaitlər
müəllimə dərsin keçilməsində, şagird nailiyyətinin qiymətləndirilməsində,
meyarların seçilməsində çox
gözəl istiqamət verir.
Ümumiyyətlə,
kurikulumla yazılan dərsliklər çox keyfiyyətli, səmərəli və
uğurlu dərsliklərdir. Buna görə müəlliflərə
razılıq hissini çatdırmaqla,
növbəti dərsliklərin
hazırlanmasında uğurlar diləyirəm.
Gülnar
ƏLİYEVA,
Bakıdakı
6 nömrəli məktəb-liseyin müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 29 mart.- S.6.