Müəllim sözünün ziyası
5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR
Bütün
zamanların ən şərəfli, müqəddəs
peşələrindən sayılan müəllim sözünün ziyası, nuru
hər birimizin ürəyinə bir rahatlıq gətirib, ruhuna
öz şöləsi ilə işıq
salıb. Müəllim sözünün
qüdrəti qılıncdan belə kəsərli olub. Uzun illər müqəddəs
sözlərini, dəyərli məsləhətlərini, vətəndaşlıq
mövqelərini inciyə çevirib yaşadanlar, muncuq misralarla, sətirlərlə bizə çox incə məqamlardan bəhs edirlər.
Müəllimlər şagirdlərin hərtərəfli
bilik almaları, vətənə, dövlətə
layiqli övlad
olmaları üçün bütün bilik və
bacarıqlarını sərf edirlər. Şagirdinin
hər cür
şıltaqlığına, əziyyətinə dözmək,
kədəri ilə kədərlənib, sevinci
ilə sevinmək müəllimlərin üzərinə
düşən ağır, lakin şərəfli
bir yükdür. Ümummilli lider Heydər
Əliyev həmişə müəllim əməyini yüksək
qiymətləndirərək demişdir:
"Hər birimizdə müəllimin hərarətli qəlbinin
bir zərrəciyi vardır. Məhz
müəllim doğma yurdumuzu
sevməyi, hamının rifahı naminə vicdanla
işləməyi müdrikliklə və səbirlə bizə
öyrətmiş və öyrədir".
Gəncə şəhəri
37 nömrəli tam orta
məktəbin müəllimi, peşəsini sevən, uşaqlarla işləməkdən zövq alan Ləzifə
İsmayılova da belə
ziyalılarımızdandır.
Uşaqlara tükənməz sevgi
Ləzifə İsmayılovanı 1980-ci ildə Gəncə
Dövlət Universitetinə gətirmişdir. Orta məktəbi fərqlənmə
diplomu ilə bitirən Ləzifə
müəllim təhsil aldığı universitetdə də
tezliklə nümunəvi, öncül tələbə
kimi ad
çıxarmış, müəllim və
yoldaşlarının sevimlisinə çevrilmişdir.
Əsl ziyalı xanıma xas keyfiyyətləri
özündə cəmləşdirən Ləzifə
İsmayılova ali təhsilini başa vurduqdan sonra fəaliyyətə
başladığı Gəncə şəhər 37 nömrəli
tam orta məktəbdə
həm kollektivin, həm də
uşaqların və valideynlərin əzizi olub,
onların rəğbətini və hörmətini qazanmışdır.
24 illik pedaqoji təcrübəsi
müddətində bir
gün də olsun tələbkarlıq,
nümunəvilik, işinə məsuliyyət, yenilik, daim axtarışda
olmaq hissləri onu tərk
etməmişdir. 6 buraxılış sinfinə rəhbərlik
edən, 50 illik ömür
yolunda əslində hər bir şagirdini qolları
üstünə alaraq onlara
ömründən nur paylayan
Ləzifə müəllimin şərəf dolu
həyat yolunu heç
nə ilə əvəz etmək, dəyişmək, unutmaq mümkün deyil. Ləzifə müəllimi bu nuru həm də həyat
yoldaşı, bir məktəbdə
çiyin-çiyinə çalışdıqları Akif Namazova, 3 ali təhsilli övladına da
verə bilib. O, ailəsini şagirdləri,
şagirdlərini də ailəsi qədər sevib.
Ona uğur gətirən
də elə bu olub.
Beynəlxalq Müəllimlər Günü
ərəfəsində üzümü Ləzifə
müəllimə, onun simasında ölkəmizin
bütün müəllimlərinə tutaraq deyirəm: "Bayramınız mübarək,
əziz müəllimlər".
PƏRVANƏ
Azərbaycan
müəllimi.- 2013.- 4 oktyabr.- S.6.