Bakı Slavyan Universiteti Bolqarıstanın

Sofiya Universitetində yeni mərkəz açıb

 

Bu günlərdə Bolqarıstan Respublikasının  125 illiyini qeyd edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.  Mərkəzin açılışında Sofiya Universitetinin rektoru, professor İ. İlçev,  Bakı Slavyan Universitetinin nümayəndə heyəti, Bolqarıstan Respublikası parlamentinin üzvü Q.Svilenski, Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə səlahiyyətli səfiri E.Kərimov,  Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan Gürcüstanın  bu ölkədəki səfirləri, ölkənin dövlət qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mərkəzin açılış mərasimini açıq elan edən Şərq Dilləri Mədəniyyəti Mərkəzinin müdiri, professor A. Fedotov tədbirin qədim tarixə zəngin ənənələrə malik Sofiya Universitetinin həyatında mühüm hadisə olduğunu qeyd edib. Universitetin rektoru, professor İ. İlçev BSU tərəfindən yaradılan Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirib. Rektor Mərkəzin BSU tərəfindən qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq göstərəcək bolqar tələbələrinin istifadəsinə verilməsini yüksək qiymətləndirib.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayevin adından salamlayaraq onun təbriklərini Sofiya Universitetinin rəhbərliyinə mərasimə dəvət olunmuş qonaqlara çatdırıb. Qeyd edilib ki, Bakı Slavyan Universiteti Sofiya Universitetində fəaliyyətə başlayan mərkəzə xüsusi diqqətlə yanaşacaq, onu dərslik lüğətlər, tədris vəsaitləri  elmi ədəbiyyatla mütəmadi olaraq təmin edəcək, universitetlər arasında müəllim tələbə mübadiləsinə xüsusi önəm verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə səlahiyyətli səfiri E. Kərimov, MDB Xalqları ilə Dostluq Federasiyasının sədri, professor Z. Zaxariyev, mərkəzin müdiri S.Şiqayeva başqaları çıxış edərək Azərbaycan Dili Mədəniyyəti Mərkəzinə uğurlar arzuladılar.  

BSU tərəfindən ilk dəfə olaraq MDB məkanından kənarda, Bolqarıstanın Sofiya Universitetində yaradılan Azərbaycan Dili Mədəniyyəti Mərkəzi Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi tədris ədəbiyyatı nümunələri, xalqımızın qədim tarixi zəngin mədəniyyətinə dair məlumatlarla, Azərbaycan dilinin tədrisi prosesində, mədəni-kütləvi tədbirlərdə istifadə ediləcək müasir texniki avadanlıqlarla təmin edilib, rəngarəng  reproduksiyalar şəkillərlə bəzədilib.

Açılış mərasiminin yüksək səviyyədə təşkili keçirilməsi mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ tədqiq edən müasir tədris məkanına maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.5.