Doktorantların və gənc
tədqiqatçıların XVIII
Respublika elmi konfransının keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, habelə elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə
ƏMR EDİRƏM:
1. Doktorantların və
gənc tədqiqatçıların XVIII Respublika
elmi konfransı 19-20 dekabr
2013-cü il tarixlərində Azərbaycan
Dillər Universitetində keçirilsin.
2. Konfransın işi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 aprel 2011-ci il tarixli, 553 nömrəli
əmri ilə təsdiq edilmiş
"Doktorantların və gənc tədqiqatçıların
Respublika elmi
konfransının Əsasnaməsi"nə uyğun
olaraq təşkil
edilsin.
3. Azərbaycan Dillər
Universitetinin rektoru (S.Seyidov) konfransın yüksək səviyyədə təşkilini
və materiallarının nəşrini təmin etsin.
4. Ali
təhsil müəssisələrinin
rektorları ciddi elmi
nəticələri olan doktorant və gənc
tədqiqatçıların məruzə tezislərinin
seçilməsini və 2013-cü il 15 noyabr tarixinədək Azərbaycan Dillər Universitetinə təqdim edilməsini təmin etsinlər.
5. Konfransın
işinə, proqram və
materiallarının nəşrə hazırlanmasına nəzarət Elm, ali və orta ixtisas təhsil şöbəsinə (G.Hüseynova) həvalə olunsun.
6. İnformasiya
şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc edilməsini, Nazirliyin web - saytında
yerləşdirilməsini və çoxaldılıb yerlərə
göndərilməsini təmin
etsin.
7. Əmrin icrasına
nəzarət təhsil nazirinin müavini C.Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
7 oktyabr 2013-cü il
Azərbaycan müəllimi.-
2013.- 11 oktyabr.- S.2.