Tələbələr "facebook"-dan necə faydalanırlar?

 

Hazırda qloballaşan dünyada günümüzün aktual mövzularından biri sosial şəbəkələrdir. Artıq günün tələblərinə uyğun olaraq hər birimiz sosial şəbəkələrdən istifadə etmək, müasir cəmiyyətlə uyğunlaşmaq məcburiyyətindəyik. Azərbaycanda təxminən yarım milyona yaxın sosial şəbəkə istifadəçisi var. İstifadəçilər əsasən sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi istifadə edir. Məsələn, istifadəçilər uzaqda olan yaxınları ilə əlaqə yaradır, köhnə dostlarını taparaq  ünsiyyət qururlar. Bundan başqa, istifadəçilər müəyyən qruplar yaradaraq müxtəlif mövzular üzərində fikir mübadilələri aparır, təbligat reklam işləri ilə məşğul olurlar. Dünyada bir çox sosial şəbəkələr mövcuddur. Bu sosial şəbəkələr içərisində ölkəmizdə ən çox istifadəçisi olanı isə "facebook"-dur.

 

Facebook Mark Elliot Zukerberg tərəfindən yaradılıb. Mark Elliot Zukerberg 1984-cü ildə ABŞ-ın Nyu-York əyalətinin Dobbs Ferry şəhərində anadan olub. Hazırda kompüter proqramçısı İnternet sahəsində fəaliyyət göstərən  zəngin bir adamıdır.  Facebook, insanların yoldaşları ilə ünsiyyət qurmasını məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır. İlk proqramını 10 yaşında yaradan Mark hələ liseydə oxuyarkən yaşıdlarından fərqlənirdi. Liseyi müvəffəqiyyətlə bitirən Mark ABŞ-ın  Harvard Universitetinə daxil olur. Universitetdə fəallığı ilə seçilən Mark 1-ci kursda oxuyarkən həmin universitetin ən yaraşıqlı gözəl tələbələrinin seçildiyi Facemash.com saytını qurdu. Saytda Harvarddakı bütün tələbələrin fotoşəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin verilənlər bazasına izinsiz girən həmin bazanı  "hack"lədiyi ortaya çıxan Zukerberg, universitet tərəfindən intizama verilincə universiteti buraxır. Sonra Mark Harvard Universitetinin tələbələrini İnternet üzərində görüşdürmək üçün ikinci saytı olan "facebook"-u qurur. 2004-cü ildə Harvard Universitetinin tələbələri üçün qurulan "facebook" az müddət ərzində ABŞ-da geniş yayılır. Daha sonra Boston ətrafındakı məktəblərini əhatə edən "facebook", iki ay içərisindəki Ivy Ligi məktəblərinin hamısını əhatə etdi.

İlk illərdə ABŞ-dakı bütün məktəblərdə "facebook" mövcud idi. Üzvlər əvvəllər yalnız məktəbin e-mail ünvanıyla üzv ola bilirdi. Daha sonrasında da şəbəkə içinə liseylər bəzi böyük şirkətlər qatıldı.  2006-cı il tarixindən isə "facebook" dünyaya açılaraq bütün e-mail ünvanlarına bəzi yaş məhdudlaşması ilə genişləndi.

Bu gün "facebook"-un dəyəri bir neçə faktlara görə 15 milyard dollar həcmindədir.

2010-cu ildə Microsoft şirkəti "facebook"-un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm 2011-ci ilə kimi "facebook"-da edilən reklam xidmətləri daxildir. Sayt istifadəçilərə ödənişsizdir gəlirini banner reklamlarından sponsor qruplarından götürür. İstifadəçilər profilləri, fotoşəkilləri, maraq sahələri, gizli ya da açıq mesajları yoldaş qrupları sərgiləməkdədir. Profillərin nümayişini yalnız yoldaşlara görünəcək şəkildə ya müəyyən şəbəkələrin xaricindəkilərə açıq olmayacaq şəkildə məhdudlaşdırıla bilər. İctimai təsiri isə ondan ibarətdir ki, "facebook", bir ictimai ünsiyyət görüşmə kanalı olaraq dünyada özünə xəstəlik dərəcəsində tərəfdar taparkən, anti-"facebook" tərəfdarları da meydana gəlməyə başlamışdır. Bəs görəsən ölkəmizdə sosial şəbəkələrə münasibət necədir onlardan səmərəli istifadə olunurmu? Bu suallarımıza cavab tapmaq məqsədilə bir neçə gənc ilə görüşüb söhbətləşdik.

 

Fərahim BARAT,

BDU-nun şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi:

 

- "Facebook" dünya miqyaslı bir sosial şəbəkədir. İstənilən mövzu baxımından informasiyaları daha sürətli şəkildə əldə etmək üçün həm həmin mövzular üzərində müzakirə aparmağın ən optimal variantıdır. Düşünürəm ki, hər bir şəxs istifadə qaydalarına məqsədlərinə uyğun olaraq sosial şəbəkələrdən istifadə edir. Dövrün tələblərinə uyğun olaraq insanlar "facebook"-da təmsil olmağı öz payını ordan götürməyi bacarmalıdır. Təbii ki, hər bir şəxsin maraq dairəsi fərqlidir. Bu maraq dairəsinə uyğun olaraq da istifadəçilər müxtəlif mövzuları paylaşırlar. Bu gün sosial şəbəkələr müasir gənclərin həyatının ayrılmaz hissəsidir. Təxminən hər gün 2 saat vaxtımı mən "facebook"-da keçirirəm. Bilirsiz sosial şəbəkələrin çox üstünlükləri var. Hətta uzun illər axtardığımız, lakin tapa bilmədiyimiz şəxsləri sosial şəbəkələr vasitəsilə asanlıqla tapmaq, onunla ünsiyyət qurmaq olur. Bundan başqa, müxtəlif tədbirlərin təşkilati işlərini həyata keçirmək həmin tədbir haqqında ətraflı məlumatı dostlara çatdırmaq baxımından da sosial şəbəkələr böyük əhəmiyyət kəsb edir. Lakin bütün bunlara baxmayaraq sosial şəbəkələrdən səmərəsiz şəkildə istifadə edənlər çoxdur ki, bu da onlarda lazımsız problemlərin yaranmasına İnternetdən asılılığa gətirib çıxardır. Düşünürəm ki, sosial şəbəkələrdən səmərəli şəkildə istifadə etmək daha yararlı olar.

 

Yavər MƏMMƏDOVA,

BDU-nun hüquq fakültəsinin tələbəsi:

 

- Mən sosial şəbəkələrdən öz peşəmə uyğun olaraq səmərəli şəkildə istifadə edirəm. Bir hüquqşünas kimi problemlərimiz olanda dostluğumuzdakı şəxslərlə əlaqə yaradırıq həmin problemin həlli yolunda müxtəlif müzakirələr aparırıq. Hazırda bizim "facebook"da hüquq adlı qrupumuz fəaliyyət göstərir. Həmin qrup vasitəsilə müxtəlif şəxslərə hüquq məsləhətləri veririk ki, bu da bizim təcrübə qazanmağımıza,  həmin şəxslərə isə öz hüquqlarının qorunmasına  yardımçı olur. Bundan başqa, hüquq mövzusu ilə bağlı məqalələr paylaşırıq ki, bu da insanların hüquqi cəhətdən maariflənməsinə xidmət edir. Lakin buna baxmayaraq dövrümüzdə sosial şəbəkələrdən lazımsız səviyyədə istifadə edənlər olur ki, bu da sonralar onların həyatına çox mənfi təsir edir. Bəzi şəxslər sosial şəbəkələrin milli mənəvi dəyərlərimizə ciddi ziyan vurduğunu söyləyirlər. Lakin mən bunu istifadəçilərin özündən asılı olduğunu, onların düzgün tərbiyə almalarından asılı məsələ kimi qiymətləndirirəm. Əgər mən dövlətçilik ənənələrimizlə bağlı ya hüquqi mövzularda paylaşımlar edirəmsə bunun mənəviyyatımıza heç bir zərər gətirməyəcəyini düşünürəm. Əksinə, xeyir verəcəyinə inanıram.

 

Tural ƏLİYEV,

Azərbaycan Memarlıq İnşaat Universitetinin inşaat fakültəsinin IV kurs tələbəsi:

 

- Sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edirəm. Demək olar ki, günün müəyyən hissəsini "facebook"da keçirərək bu vasitə ilə müxtəlif informasiyalar əldə edir dostlarımla əlaqə saxlayıram. Mən artıq 4 ildir ki, "facebook"-un aktiv istifadəçisiyəm. İstər ölkə daxilində istərsə da xaricdə baş verən hadisələri  "facebook" vasitəsilə öyrənirəm. Düşünürəm ki, sosial şəbəkələr həm hər bir istifadəçinin xarakterini onun dünyagörüşünü tərənnüm edir. Belə ki, istifadəçilər sosial şəbəkələrdə lazımsız olaraq vaxt itkisinə yol verirlər. Onlar boş-boş fikirlər haqqında mülahizələr yürüdürlər. Bundan başqa, bəziləri sosial şəbəkə vasitəsilə yalan məlumatlar da yayırlar ki, bu da insanlarda müəyyən fikirlər oyadır. Mənim dostluğumda bir çox xarici vətəndaşlar əsasən sənətimə uyğun olaraq inşaat sektorunda çalışan şəxslər var. Mən onlarla mütəmadi olaraq əlaqə saxlayır bu sahə ilə bağlı bir çox məlumatlar əldə edirəm. Ona görə "facebook" demək olar ki, həyatımın ayrılmaz hissəsidir.

 

Aytəm DƏDƏYEVA,

Azərbaycan Memarlıq İnşaat Universitetinin inşaat texnologiya fakültəsinin tələbəsi:

 

-  Universitetimizdə bütün fakültələrin demək olar ki, facebook səhifəsi var. Bu səhifə biz tələbələrə bir çox üstünlüklər verir. Mən universitetimizdə öz fakültəmiz üzrə Tələbə Həmkarlar Təşkilatının sədriyəm. Bu yöndə apardığım işlərdə "facebook"-un digər sosial şəbəkələrin fəaliyyətimə çox yaradığını düşünürəm. Lakin buna baxmayaraq sosial şəbəkələrin mənfi təsirləri mövcuddur. Sosial şəbəkələrdən düzgün istifadə etməyənlər ona bir əyləncə növü kimi baxan şəxslərin ailələrində müxtəlif problemlər yaranır, hətta bu problemlərin sonu cinayətlərlə nəticələnir. Ona görə sosial şəbəkələrdən səmərəli şəkildə diqqətlə istifadə olunmasını daha düzgün hesab edirəm. Sosial şəbəkələrin ən müsbət cəhətlərindən biri ölkəmizi dövlətimizi ətraflı şəkildə beynəlxalq aləmdə tanıtmaq imkanına malik olmasıdır. Belə ki, sosial şəbəkələr xarici vətəndaşlara xalqımızın milli mənəvi sərvətlərini, adət-ənənələrini təbliğ etmək üçün ən yaxşı vasitədir.

 

Hazırladı: Niyazi RƏHİMOV

  

Azərbaycan müəllimi.- 2013.- 11 oktyabr.- S.8.