Tədbirlər Planının təsdiqi
barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24.06.2013-cü il tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
3. Ümumi şöbə (E.Əliyev) əmr və tədbirlər planını çoxaldaraq yerlərə çatdırsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparatın rəhbəri C.Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
12 avqust
2013-cü il
Azərbaycan müəllimi.-
2013.- 6 sentyabr.- S.2.