"Tərəqqi" liseyində birincilərin
ilk bayramı
Ölkənin ümumi
təhsil müəssisələrində
ilk dərslər vətənpərvərlik
mövzusuna həsr olunmuşdur
Ölkəmizin tanınmış ümumtəhsil
müəssisələrindən olan Təhsil Nazirliyinin tabeliyindəki İ.Hacıyev adına
"Tərəqqi" texniki-humanitar
təmayüllü liseyin
birinci siniflərinə
yeni dərs ilində 100 uşaq qəbul olunmuşdur. Sentyabrın
16-da bu təhsil ocağında keçirilən
ənənəvi Bilik
Günü yenicə başladıqları məktəb
həyatında onların
ilk bayramı olmuşdur.
Bayram
şənliyi Azərbaycanın
Dövlət himninin ifası və Dövlət bayrağının
təntənəli şəkildə
meydana gətirilməsi
və qaldırılması
ilə başlanmışdır. Toplantını açıq elan
edən aparıcı
öncə yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə iştirakçıları, xüsusən
də bu günü hamıdan daha çox intizarla gözləyən
birinciləri təbrik
etmiş, onların valideynlərinə gözaydınlığı
vermişdir. V
"A" sinfinin şagirdləri
həzin musiqi sədaları altında ifa etdikləri valsla elə ilk dəqiqələrdən şənliyi
canlandırmışlar.
Bayram tədbirinin
ssenarisi Təhsil Nazirliyinin ümumtəhsil
məktəblərinin V-XI siniflərində
ilk dərslərin "Mənim vətənim - doğma yurdum" mövzusuna həsr olunması barədəki əmrinə uyğun olaraq vətənpərvərlik
ruhunda hazırlanmışdı.
Yeri gəlmişkən qeyd edək ki, liseydə
nazirliyin həmin əmrinin icrasını təmin etmək məqsədi ilə xüsusi əmr də imzalanmış, tədbirlər müəyyənləşdirilmişdir.
Bayram tədbirində
elə dərs ilinin ilk günündən
şagirdlərin vətənpərvərlik
hisslərini gücləndirmək
üçün ölkəmizin
son illər əldə
etdiyi uğurlardan, müstəqilliyimizin memarı
olan ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı
müstəsna xidmətlərindən,
ləyaqətli ömür
yaşamış bu dahi şəxsiyyət və görkəmli dövlət xadiminin iradəsi, yorulmaz səyləri nəticəsində
Azərbaycanın demokratik
inkişaf yoluna qədəm qoymasından və hazırda ulu öndərimizin layiqli davamçısı,
ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında
bu yolla inamla irəliləməsindən
söz açılmışdır.
İqtisadiyyatımızın yüksək inkişaf
tempini, ölkəmizin
beynəlxalq aləmdə
nüfuzunun artmasını,
təhsil, idman sahələrindəki uğurlarımızı
əks etdirən konkret fakt və
rəqəmlər diqqətə
çatdırılmış, şagirdlər tərəfindən
vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olunmuşdur.
Aparıcı
istedadlı şagirdlərin
təqdim etdikləri ayrı-ayrı şeir, mahnı, rəqs nömrələri ilə
müşayiət olunan
çıxışında habelə liseyin ötən dərs ilində əldə etdiyi uğurlar barədə də toplantı iştirakçılarına
məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2012-2013-cü dərs ilində liseydən məzun olmuş 62 gəncin 54-ü ali
məktəblərə qəbul
üçün sənəd
vermiş, onlardan 49-u tələbə adını
qazanmışdır. Qəbul faizi
90 olmuşdur.
Məzunlardan Nigar
Fərhadlı qəbul
imtahanında 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuş və Prezident təqaüdünə layiq
görülmüşdür. Daha iki nəfər
600-dən yüksək, 4 nəfər isə 500-dən
çox bal toplamışdır.
Məktəbin 7 məzunu
xarici ölkələrin,
o cümlədən 1 nəfər
Ukraynanın, 3 nəfər
Türkiyənin, 1 nəfər
Almaniyanın, 1 nəfər
Böyük Britaniyanın
və 1 nəfər də Rusiyanın nüfuzlu ali məktəblərinə qəbul
olunmuşdur.
Bayram tədbirində
çıxış edən
liseyin direktoru, respublikanın əməkdar
müəllimi Məhbubə
Məmmədova yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə şagirdləri və pedaqoji kollektiv üzvlərini təbrik etmiş, yeni dərs ilində şagirdlərə daha səylə oxumağı,
vətənpərvər ruhda
böyüməyi, müəllimlərə
isə daha məsuliyyətlə çalışmağı,
ölkəmizin gələcək
inkişafı, xalqımızın
rifah halının yüksəldilməsi naminə
yorulmaz fəaliyyətində
Azərbaycan Prezidentini
hər zaman dəstəkləyən vətənpərvər
gənc nəsil yetişdirməyi tövsiyə
etmişdir.
Ölkəmizdə gənclərə, təhsilə
və təhsil işçilərinə böyük
diqqət və qayğı göstərildiyini
qeyd edən M.Məmmədova bu günlərdə ölkə
Prezidenti İlham Əliyevin sərəncamları
ilə təhsil işçilərinin əməkhaqqının
və tələbələrin
təqaüdlərinin artırılmasını,
eləcə də Prezidentin gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin
edilməsinə, vətənpərvərlik
ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına,
innovativ ideyaların və yaradıcı təşəbbüslərin reallaşdırılmasına
yönəlmiş layihələri
uğurla həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun fəaliyyətinin
dəstəklənməsi ilə
bağlı bu ilin martında imzaladığı sərəncamı
göstərilən diqqət
və qayğının
bariz təzahürü
kimi dəyərləndirmişdir.
Direktor Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsilimizin
inkişafı naminə
gördüyü işləri,
o cümlədən Fondun
"Yeniləşən Azərbaycana
yeni məktəb"
layihəsi çərçivəsində
həyata keçirdiyi
tədbirləri xüsusi
qeyd etmişdir. Göstərdikləri bu yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya liseyin kollektivi adından minnətdarlıq
bildirilmişdir.
Direktor təbrik
çıxışında son dövrlərdə
ölkəmizin təhsil
sistemində baş verən yeniliklərə də toxunmuş, yüksək intellektli, işgüzar, qətiyyətli
gənclərin Təhsil
Nazirliyində rəhbər
vəzifələrə irəli
çəkilməsinə sevindiklərini
bildirmişdir. Məktəb
rəhbərləri qarşısında
qoyulan yeni tələblərin onların,
eləcə də pedaqoji kollektiv üzvlərinin məsuliyyətini
artırdığını söyləyən direktor
son günlər atılan
bir sıra humanist addımlara, xüsusən
də orta məktəb məzunlarına
attestatların verilməsi,
6 yaşı tamam olmamış xüsusi istedadlı uşaqların
məktəblərə qəbulu
üzrə yeni qaydaların tətbiqinə
görə Təhsil Nazirliyinə liseylərinin müəllim,
şagird kollektivləri
və valideynləri adından minnətdarlığını
bildirmişdir.
Çıxışının
sonunda M.Məmmədova
dərsə davamiyyət,
nizam-intizam, məktəbli
forması ilə bağlı valideynlərə
və şagirdlərə,
xüsusən də
XI sinif şagirdlərinə
tövsiyə və tapşırıqlarını vermişdir.
Bayram
mərasimində liseyin
pedaqoji kollektiv üzvlərinin qarşıdan
gələn prezident seçkilərində ölkəmizi
böyük inamla yeni qələbələrə
aparan Prezident İlham Əliyevi dəstəkləyəcəkləri fikri ifadə olunmuşdur. Sonra ilk zəng
çalınmış və
şagirdlər siniflərdə
öz yerlərini tutmuşlar. "Mənim Vətənim - doğma yurdum" mövzusunda ilk dərslər
liseydə uğurla keçmişdir. Tədbirdə valideynlər, liseyin keçmiş məzunları
iştirak etmişlər.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 20 sentyabr.- S.9.