Azərbaycan müəllimləri
Moskvada keçirilmiş
elmi-praktik konfransda iştirak ediblər
Şəmkir rayonu Kür qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi də "Skype" vasitəsi ilə tədbirə qoşulub
Sentyabrın 9-10 tarixlərində Moskvada Rusiyanın Elm və Təhsil Nazirliyi və Müasir Təlim Texnologiyaları Mərkəzinin birgə təşəbbüsü ilə "Xarici ölkələrdə rusdilli məktəblər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə
Rusiyanın bir sıra vilayətlərindən
və müxtəlif respublikalardan
ümumilikdə 300-dən çox təhsil
işçisi, həmçinin Almaniya və Azərbaycandan dəvət edilmiş xarici ekspertlər
iştirak ediblər.
Konfransın gedişi onlayn olaraq centersot.net/videoconferences.html saytında
canlı yayımlanıb. Müzakirələrdə daha geniş iştirak üçün
isə Facebook sosial
şəbəkəsində (facebook.com/centersot) xüsusi səhifə
yaradılmışdı.
Tədbirdə Müasir Təlim
Texnologiyaları Mərkəzinin rəhbəri Sergey
Bulanov və digərləri
çıxış edərək konfransa
dəvət olunan Azərbaycan və Almaniyadan gələn müəllimlərin
müzakirələrini maraqla dinlədiklərini, ölkəmizdəki
tolerantlığı ayrıca qeyd ediblər.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun
İnkişafı üzrə II Layihənin əlaqələndirmə
Qrupunun məsləhətçisi,
respublikanın əməkdar müəllimi Almaz
Həsrət məruzə ilə çıxış edib. O, Azərbaycanda olan rusdilli məktəblər,
rus dilində təhsil alan
şagirdlər və onların sayı barədə məlumat
verib, rus dilini tədris edən müəllimlərin iş fəaliyyəti və onların təkmilləşməsi
üçün dövlət tərəfindən
daim təşkil olunan
treninq və kurslar
haqqında danışıb. Almaz Həsrət
çıxışında onu da vurğulayıb ki, Azərbaycan
həmişə tolerant ölkə olub. Məhz buna görə
də ölkəmizdə bütün sahələrdə
olduğu kimi, təhsil
sahəsində də digər xarici dillərin
öyrənilməsinə diqqət və qayğı göstərilir.
Məruzəçi bu dillər
arasında rus dilinin xüsusi yeri olduğunu bildirib.
Konfransın ən
maraqlı hissəsi isə onlayn olaraq Azərbaycanın Şəmkir rayonu Kür qəsəbə
2 nömrəli tam orta
məktəbindən rus dili
və ədəbiyyatı müəllimi Ruhiyyə Rəfiyevanın
"Skype" vasitəsi ilə tədbirə
qoşulması olub. R.Rəfiyeva dərs dediyi şagirdlərlə birlikdə məktəblərində
rus dilinin tədrisindən
söz açıblar. Sonra
azərbaycanlı məktəblilər
öz fikirlərini rus
dilində sərbəst şəkildə bildirərək şeir
və mahnılar ifa ediblər. Onlar həmçinin doğma
təhsil ocaqlarının şagirdləri ilə Rusiyada oxuyan məktəblilər
arasında əlaqələrin yaradılması təklifini irəli
sürüblər. Şagirdlərimizin fəallığı,
yüksək səviyyədə çıxışları konfrans iştirakçılarının çox xoşuna gəlib.
Konfransda daha sonra
Almaniya və Rusiyanın təhsil
işçilərinin fikirləri dinlənilib. Azərbaycandan
olan müəllimlər - Yaqut
Əzimzadənin (Milli Konservatoriyanın tərkibində
Respublika İncəsənət
Gimnaziyasının ibtidai sinif
müəllimi), Laçın Nəbiyevanın (Bakıdakı 8 nömrəli tam
orta məktəbin rus
bölməsi üzrə ibtidai sinif müəllimi)
çıxışları, eyni zamanda tədbirə Azərbaycandan onlayn olaraq qoşulan müəllimlərimizin,
xüsusilə də Milli
Konservatoriyanın tərkibində Respublika
İncəsənət Gimnaziyasının direktoru
Mahizər Şabanbəyovanın mövzu
ilə bağlı fikir və mülahizələri
tədbir iştirakçıları tərəfindən
müsbət dəyərləndirilib.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində
keçən konfransın sonunda belə tədbirlərin
bir sıra xarici
ölkələrdə davamlı olaraq təşkil
edilməsi, həmçinin rusdilli məktəblərin
xaricdə vəziyyəti ilə bağlı dəstəkləyici
tədbirlərin həyata keçirilməsi üçün
Rusiya Elm və Təhsil Nazirliyi
tərəfindən xarici ölkələrdə
rusdilli məktəblərdə tədrisin
yaxşılaşdırılması üçün
tədbirlər planının hazırlanması və
reallaşdırılması təklifi qəbul olunub.
Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.-
2013.- 27 sentyabr.- S.7.