İnteraktiv dərs nümunəsi

 

Mövzu: "Çörəyimiz bol olsun".

Təlim üsulu:   BİBÖ, müzakirə.

İş forması: kiçik qruplarla iş.

Standartlar: 1.3.2; 1.1.1; 2.2.4; 3.1.4.

Dərsin tipi: İnduktiv.

İnteqrasiya: Azərbaycan dili, texnologiya.

Resurslar:   dərslik, dəftəri, vərəqləri.

Təlimin nəticəsi: Şagirdlər müqəddəs hesab etdiyimiz çörək digər un məmulatlarının necə nədən alındığını, onların hazırlanma texnologiyası, insanların taxılı yetişdirib ərsəyə gətirməsinə sonsuz əziyyət insan zəhməti ilə yanaşı təbiətin böyük zəhməti olduğunu öyrənirlər.

Dərsin mərhələləri:

1. Motivasiya

2.Tədqiqatın aparılması

3.Məlumat mübadiləsi müzakirəsi

4.Nəticə

5.Tətbiqetmə

6.Qiymətləndirmə

7.Ev tapşırığı

 Motivasiya.  Dərsin bu mərhələsində şəkil üzrə müvafiq apardıqdan sonra aşağıdakı tədqiqat sualını qoyuram.

Tədqiqat sualı: üçün çörəyi müqəddəs hesab edirik?

Tədqiqatın aparılması.

Bu mərhələdə sinif dörd qrupa bölünür.

I qrup:        Arpa

II qrup:       Çovdar

III qrup:      Buğda

IV qrup:     Qarğıdalı

Lövhədə BİBÖ üsulundan istifadə edərək şagirdlərin çörək haqqında bildiklərini bilmək istədiklərini qeyd edirəm. Bildirirəm ki, bizdə tarixən çörəyə hörmət, ehtiram, sitayiş bağlılıq olub. Çörək dinimizdə müqəddəs nemət kimi göstərilib. Çörək elə bir qiymətli nemətdir ki, onun hər qramı alın təri, sonsuz əziyyət, böyük zəhmətlər hesabına başa gəlir.

Biz hər gün yeyiriksə yeyək, süfrəmizdə mütləq çörək olur. Həyatımızı çörəksiz təsəvvür etmək mümkün deyil. Çörək çox faydalı qida məhsuludur. İnsan orqanizmi üçün vacib olan əsas maddələr çörəyin tərkibində vardır.

"Çörək süfrəmizə necə gəlir, onun hazırlanma texnologiyası hansı mərhələlərdən keçir" sualı ətrafında geniş məlumat verilir.

Qeyd olunur ki, əvvəlcə torpaq sahələri şumlanır, şumlanmış torpaq sahələrinə toxum səpilir. Yazda zəmilər yaşıllaşır. Taxıl böyüyür. Sünbüllər əmələ gəlir. Yayda yetişmiş  taxıl zəmiləri biçilir.

Təmizlənmiş taxıllar dəyirmana göndərilir. Dəyirmanların da müxtəlif növləri var. Qədimdə taxıllar indiki kimi elektrik dəyirmanlarında üyüdülmürdü.

İlk olaraq əl dəyirmanları, sonralar su yel dəyirmanları icad olunmuşdur. Bu dəyirmanlar ekoloji cəhətdən daha təmizdir.   

Hər dəfə küçələrdə, zibil qablarına atılan çörək parçalarını gördükdə bəzi insanların bu nemətə necə hörmətsizlik etdiyini düşünürsən.

Sonra şagirdlərin diqqətini mütəxəssislərin hesabı ilə bir kiloqram taxılın yetişməsinə qədər enerji sərf edildiyinə baxırıq.

Məlumdur ki, bitkilərin yetişməsinə, onların böyüməsinə Günəş öz enerjisini sərf edir. Bir kiloqram taxılı almaq üçün 6,4 kvadrat metr sahə lazımdır. Onda bir kiloqram taxılın yetişməsinə sərf olunan radiasiyanın illik artımı 115 (18 x 6,4) kilovat/saat təşkil edir. Bu zəhmətə yağışın rolunu da əlavə edək. Bir kiloqram taxılın yetişməsi üçün bir ton su lazımdır. Bir ton suyun axıdılmasına 750 kilovat/saat enerji sərf olunur.

Nəticədə bir kiloqram taxılın yetişməsinə 865 (115 + 750) kilovat/saata qədər enerji lazım gəlir. Ölkədə hazırda 1 kilovat/saat enerjinin qiyməti 0,6 qəpik olduğunu nəzərə alsaq, onda bir kiloqram taxıla 51 manat 0,90 qəpik dəyərində enerji sərf edilir. 

Şagirdlərlə birlikdə "Evimizdə artıq qalan çörəklərdən təkrar  necə istifadə edə bilərik" sualını araşdırırıq.

Şagirdlərə qrup tapşırıqları təqdim olunur.

Təqdimat: Bu mərhələdə hər qrup öz işini təqdim edir.

Məlumatın təşkili mübadiləsi: Hər qrupun  tapşırığı ilə bağlı suallar verirəm.

1. Hazırda çörəyə münasibət necədir?

2. Çörəyə qənaət etmək üçün onu necə təkrar emal etmək olar?

3. Gündəlik qidamızda istifadə etdiyimiz un məmulatları hansılardır?

4. Milli mətbəximizdə undan hazırlanmış hansı yeməkləri xoşlayırsınız?

Nəticə.

Şagirdlər hər qrupun işinə dair münasibət bildirir.

Ta qədimdən babalarımız çörəyə tapınmış, "çörək haqqı" ən müqəddəs and kimi səslənmişdir.  Bəzən ən qəddar düşmənlər çörək kəsəndən sonra barışmışlar.

Çörəyin ərsəyə gəlməsində təkcə insanların deyil, həm təbiətin böyük zəhməti olur. Biz bilirik ki, bitkilərin böyüməsinə Günəş öz enerjisini sərf edir. Çörəyi biz təbiətlə birlikdə böyük zəhmətlər hesabına qazanırıq.

Atalarımız  çörək, zəhmət, əməksevərlik haqqında dəyərli, hikmətli sözlər deyiblər.

Çörək açan qapını qılınc açmaz.

Zəhmət padşahlığa layiq işdir.

Tər - əməyin göz yaşıdır.

Əmək - xoşbəxtliyin atasıdır.

Əməksiz şən həyat ola bilməz.

Gəlin, bu min bir zəhmət hesabına başa gələn müqəddəs nemətə həmişə hörmət edək, onu qoruyaq, qədrini bilək.   

Ev tapşırığı:  Aldığımız  məlumatlardan istifadə edərək "Çörək" mövzusunda esse hazırlayın, atalar sözü, hikmətli sözlər öyrənin.   

 

Ülviyyə VAHİDOVA,

Bakıdakı 144 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 27 sentyabr.- S. 10.