Vətənpərvərlik
hissi ana dilinə
sevgidən qaynaqlanır
Şagirdlərdə nitq mədəniyyətini necə inkişaf etdirməli?
Azərbaycan dili xalqımızın mənəvi sərvəti,
dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli, milli dövlətçiliyimizin
başlıca rəmzlərindən biridir.
Ana dilimiz həm də
milli məfkurəmizin, şüurumuzun
və milli-mədəni dəyərlərimizin
yaşamasını və inkişafını təmin edən
qüdrətli bir vasitədir. Hər bir azərbaycanlı öz
ana dilini sevir və onun dövlət
dili kimi işlənməsindən
böyük fəxarət hissi
keçirir. Dilə məhəbbət həm
də doğma vətənə, xalqa məhəbbətin,
bağlılığın təzahürüdür. Bu mənada dilə
sevgi eyni zamanda vətənpərvərlik duyğusunun təcəssümüdür.
Ana dilinə məhəbbətin əsasında
isə onu dərindən bilmək, mükəmməl
nitq mədəniyyətinə yiyələnmək
durur. Bu mədəniyyət, məlum olduğu
kimi, ilk növbədə,
məktəbdə formalaşdırılmalıdır.Təsadüfi
deyil ki, son illər ölkəmizin ümumi
təhsil sistemində həyata keçirilən məzmun
islahatlarında şagirdlərin idraki, ilk növbədə təhlil, tətbiq və
dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin
formalaşdırılması əsas hədəflərdən
biri kimi götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı"nda da qeyd
olunmuşdur ki, gənc
nəslin ana dilinə sevgi
və hörmət ruhunda tərbiyə
olunması dövrün əsas tələblərindən
biri olaraq qalır. Bu baxımdan Dövlət Proqramının əsas
vəzifələrindən biri dil və nitq mədəniyyətinin
yüksəldilməsidir.
Fikrimizcə,
bu gün şagirdlərdə
dilimizə hörmət, nitq mədəniyyətinin
aşılanması, özünü ifadə
edə bilmək qabiliyyətinin inkişaf
etdirilməsi ixtisasından asılı olmayaraq
bütün müəllimlər üçün həm başlıca vəzifə,
həm də şərəf işi
olmalıdır. Lakin bu işdə əsas
ağırlıq ibtidai sinif
və Azərbaycan dili-ədəbiyyat müəllimlərinin
üzərinə düşür.
Bütün bunları nəzərə alaraq mən şagirdlərdə dilimizə məhəbbət
hissinin artırılmasına, onların nitq və ünsiyyət mədəniyyətinin
inkişaf etdirilməsinə xüsusi diqqət yetirirəm.
Məlum olduğu kimi,
uşağın nitqinin inkişafı üç istiqamətdə gedir.
Birinci istiqamət uşağın söz ehtiyatının get-gedə zənginləşməsi,
yeni sözlər öyrənib bu sözlərdən istifadə etməsini təşkil
edir.
İkinci istiqamət nitqin fonetik cəhətdən inkişaf
etməsi, yəni uşağın səsləri düzgün tələffüz etmək
bacarığının inkişaf etdirilməsidir.
Bu bir tərəfdən
səsləri düzgün eşitmək,
digər tərəfdən isə düz
tələffüz etməkdə ifadə olunur.
Üçüncü istiqamət isə uşağın nitqinin getdikcə təkmilləşdirilməsini
əhatə edir.
Məktəbə daxil olmaqla
uşağın nitqində böyük dəyişikliklər
baş verir. Bu dəyişikliklər nəticəsində
I sinif şagirdinin təxminən
3500-4000 söz ehtiyatı olursa,
IV sinifdə söz ehtiyatı artaraq 5000 sözə çatır. Bütün bunlar, əlbəttə,
aparılan tədris, təlim-tərbiyə işləri nəticəsində
baş verir.
Uşağın yaxşı, sərbəst, zəngin, ifadəli
nitqə yiyələnməsi üçün
müəllim bu istiqamətlərin
üçünə də ciddi diqqət
yetirməlidir. Lakin təcrübədə
bəzən bunun əksinə rast gəlinir. Belə ki,
müəllimlər çox vaxt uşaqlarla söz ehtiyatını artırması istiqamətində
iş aparır, onlarda
nitqin məzmunluluğuna,
anlaşıqlı, rəvan, ifadəli olmasına o qədər də fikir
vermirlər. Bu isə məsələyə
birtərəfli yanaşma olub
uşaqlarda nitqin
inkişafına o qədər də
müsbət təsir göstərmir. Uşağın nitqini inkişaf etdirmək
üçün hər şeydən əvvəl
onlara səsləri və sözləri düzgün tələffüz etmək
bacarığı aşılamaq lazımdır. Bu, düzgün nitqin əsas əlamətlərindən biridir. Səsləri və sözləri düzgün ifadə etməyən adamın söz ehtiyatı nə qədər zəngin olsa da və o, qrammatik cəhətdən
nə qədər mükəmməl danışsa da nitqi aydın
olmayacaqdır. Nitqin aydınlığı düzgün
nitqə verilən əsas tələblərdən olduğu üçün
müəllim hələ kiçik yaşlardan uşaqlarda nitqin fonetik cəhətini,
səsləri və sözləri düzgün
tələffüz etmək vərdişlərini inkişaf etdirməlidir. Ona
görə də şagirdlərdə nitqin
inkişafı üzrə iş apararkən
bu cəhətə xüsusi
diqqət yetirirəm. Təbii ki, hər bir uşağın öz
fərdi xüsusiyyətləri olduğu kimi, ailədən gələn irsi
qabiliyyətləri və qavraması da burada əsas rol
oynayır.
Ünsiyyət mədəniyyəti
başlıca olaraq nitq
əsasında yaranıb formalaşır. Eyni
zamanda ünsiyyət mədəniyyətinin
inkişafı bilavasitə uşaqlarda dil və intellektin
formalaşması ilə paralel gedir və biri digərinin
inkişafını şərtləndirir. Təcrübə
göstərir ki, uşaqlarla
ünsiyyətdə yetərli dərəcədə sərbəstliyə
önəm verilərsə, bu zaman uşaqların özünü
ifadə etməsi kifayət qədər qabarıq şəkildə
büruzə verir.
Nitqin fonetik cəhəti inkişaf etdirilərkən üç
cəhətə xüsusi fikir
verilməlidir. Birincisi, uşaqlar
ana dilinin bütün səslərini və sözlərini
düzgün tələffüz etməyi
öyrənməlidirlər. Bunun üçün bir
sıra yollar vardır. Bu
yollardan birincisi uşaqlara tərkibində tələffüzü
çətin olan sözləri seçmək
və təkrar etdirməkdən ibarətdir. Nitqin
fonetik cəhətini inkişaf
etdirməkdə önəmli məsələlərdən biri də uşağın tələffüz
ediləcək səsləri düzgün
eşidə bilməsidir. Uşaq bir-birinə
yaxın olan səsləri, sözləri
fərqləndirməyi və aydın qavramağı
bacarmalıdır.
Nitqin inkişafı istiqamətində
aparılan belə işlər gələcəkdə məktəblilərin
şifahi və yazılı nitqinin formalaşmasına müsbət təsir
göstərir, onlar savadlı nitqə yiyələnirlər.
Şagirdlərin nitq qabiliyyətinin inkişafına müsbət
təsir göstərən cəhətlərdən biri də verilən hər hansı bir tapşırığın onlar
tərəfindən şifahi olaraq ifadə olunmasıdır. Bu zaman şagirdlərdə nitqin
ardıcıllığı, məntiqliyi formalaşır.
Ədəbi əsərlərin təhlili, hər hansı bir hadisənin, əhvalatın məntiqi
ardıcıllıqla təsvir olunması da
şagirdlərdə, xüsusən yuxarı siniflərdə,
nitq mədəniyyətinin
formalaşmasına müsbət təsir göstərir.
Dərs zamanı öz fikirlərini ifadə etmək üçün şagirdə verilən sərbəstlik
də onların nitq mədəniyyətinin
formalaşmasına önəmli təsir göstərir.
Bu zaman şagird
öz intellektini ifadə
etmək üçün istənilən formanı seçə
bilir.
Günay HACIYEVA,
Bakıdakı R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 27 sentyabr.- S.10.