İKT-dən
istifadə tədrisin keyfiyyətini
xeyli artırır
"2008-2012-ci
illərdə Azərbaycanda təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində
bir çox işlər
görülmüş, uğurlu
layihələr həyata keçirilmişdir.
Bakıdakı
9 nömrəli tam orta
məktəbin direktoru Zinyət Əhmədova bildirdi ki, müəllimlərin İKT üzrə
hazırlığına xüsusi diqqət verməklə təhsilin
informasiyalaşdırılmasının yüksək effektivliyini təmin etmişik. Bu prosesə sistemli yanaşma vacibdir və buna görə də biz
yalnız təlimlərlə məhdudlaşmırıq.
Müəllimlərimiz mərkəzləşdirilmiş İnternet
şəbəkədən, o cümlədən
İKT vasitəsilə elektron dərsliklərdən
bacarıqla istifadə edirlər.
51
nömrəli tam orta
məktəbin direktoru Lətafət Səmədova qeyd etdi ki, İKT daimi
inkişafdadır və texniki vasitələr,
proqram həlləri həmişə yenilənməkdədir. Tədrisin effektivliyinin
artırılmasında və İKT sahəsində biliklərinin
daha da dərinləşməsində müəllimlər böyük
səylə çalışırlar.
104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev rəhbərlik
etdiyi məktəbin
İnternet şəbəkəyə
qoşulmasını vurğuladı. Dedi ki, müəllimlərin informasiya
texnologiyaları üzrə
biliklərinin artırılması tədris prosesinin daha effektiv
qurulması deməkdir. Bütün
bunları nəzərə alaraq müəllimlərin
davamlı olaraq İKT üzrə biliklərinin artırılması
zəruridir. Ona görə də müəllimlərimizin çoxu təlim
kurslarından keçməklə İKT biliklərinə dərindən
yiyələniblər.
111 nömrəli tam orta məktəbin direktoru Jalə
Hacıyeva bildirdi ki,
Dövlət Proqramı çərçivəsində görülmüş işlər onu göstərir ki, məktəbdə
İKT avadanlıqlarının sayının artması və
bu avadanlıqlardan istifadə tədrisin
keyfiyyətinə böyük təsir göstərib.
Hazırda şagirdlərimiz
kompüterlərdən istifadə edərək
İnternetə daxil olub
mövcud İnternet
resurslarından bacarıqla
istifadə edirlər.
175 nömrəli tam orta məktəbin direktoru Qələndər Qələndərov
isə bildirdi ki, bu gün İKT-dən
istifadə etməklə müasir təhsil
modelinin həyata keçirilməsi məktəbimizin
müəllim heyəti qarşısında yeni
tələblər qoyur. Fənn müəllimlərimiz konkret öyrətdikləri fənnin struktur
məzmununa və məqsədinə uyğun
şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə
almaqla İKT biliklərini həvəslə öyrədirlər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.6.