Üçqat Azərbaycan çempionu
Oxucularımıza
haqqında söhbət açmaq istədiyimiz
Elmar Bədəlli 1995-ci ildə Bakı
şəhərində anadan olub. 2002-ci ildə Moskvadakı 1100 nömrəli
məktəbin 1-ci sinfinə qəbul olub.
Beş il burada oxuduqdan sonra 2007-ci ildə Bakıdakı 141 nömrəli
tam orta məktəbdə
təhsilini davam etdirməyə
başlayıb. Hazırda həmin məktəbin XI sinfində
oxuyur. İdmanla da Moskva şəhərində
1-ci sinifdə oxuduğu zamandan
məşğul olur. Elmar
2007-ci ildən isə Bakıdakı "Qafqaz"
İdman Klubuna taekvando idman növündə
məşğul olmaq üçün
üzv yazılıb.
Burada onun məşqçi-müəllimi
3-cü dan qara kəmər
ustası Sənan Həşimovdur.
E.Bədəllinin
özündən böyük
bacısı Nənəxanım da
idmanın taekvando növü
ilə 8 il məşğul olub. O, ikiqat Moskva və Azərbaycan
çempionu olub.
Hazırda Xəzər Universitetinin I kursunda oxuyur.
Elmar 2007-ci ildə yeniyetmələr
arasında keçirilən respublika
çempionatında ilk dəfə Azərbaycan
çempionu olub.
2010-cu ildə Qubada məktəblilər,
Gürcüstanın Tbilisi şəhərində
gənclər arasında keçirilən "Open-Tbilisi"
yarışlarında I yeri tutub. Elə həmin il
Dağıstan və Azərbaycan gəncləri arasında
keçirilən komanda
yarışında da I yerin
qalibi və qızıl medalların sahibi olub.
Bundan başqa
o, 2011-ci ildə ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş taekvando üzrə
yeniyetmə və gənclər arasında ümumrespublika
turnirində 45 kiloqram çəki dərəcəsində
I yerə layiq görülüb.
Həmin il Hollandiyada
keçirilən "Douçn-Open"
beynəlxalq yarışında isə III yeri
tutub.
E.Bədəlli
2012-ci ildə taekvando üzrə XXII respublika birinciliyində 52 kiloqram
çəki dərəcəsində I yerə layiq görülərək qızıl
medalın sahibi olub.
O, taekvando idman növü üzrə gənclərin
yığma komandasının üzvüdür.
Elmarın
əsas arzusu isə dünya,
Avropa, olimpiya çempionu olmaqdır.
Onun məşqçi-müəllimi
Sənan Həşimov deyir ki, Elmar Bədəlli bizim cəmiyyətin taekvando
üzrə ən perspektivli və
istedadlı idmançılarından biridir.
O, beynəlxalq turnirlər qalibi, üçqat Azərbaycan çempionu,
dünya və Avropa
çempionatlarının iştirakçısıdır. Qara kəmər sahibidir.
Elmarın cəmi 17 yaşı var. Amma gənc olmasına baxmayaraq,
çox istedadlı taekvandoçudur.
Onu digər həmyaşıdlarından fərqləndirən
əsas cəhətlərdən biri
Elmarın əsl döyüşçü
ruhuna malik
olmasıdır. Elmarı həmişə digər
idmançılara nümunə gətirmişəm. O, uzun illərdir ki, mənim
yanımda məşq edir, amma
hələ bu günə kimi
bir dəfə də olsun
məşqlərdən qalmayıb, hər hansı bir çətinlikdən gileylənməyib. Bizim məşqlərimiz çox
çətindir. Elə gün olur ki, 3 dəfə, hətta
bəzən 4 dəfə məşq etməli oluruq.
Hətta bir dəfə o,
ağır zədəli olub, amma mənə heç nə
demədən məşqlərini davam etdirib. Mən bundan sonralar xəbər tutdum.
Bəli, Elmar əsl döyüşçüdür.
Mən inanıram ki, Elmara
xas olan bu keyfiyyətlər ona gələcəkdə
böyük uğurlar
gətirəcək. Mən qəti şəkildə əminəm
ki, Elmar bizim gələcək Olimpiya
çempionumuz olacaq.
Azərbaycanımızın bayrağını ən yüksək
zirvələrə qaldıracaq, hamımızı sevindirəcək.
Bu gün o, bizim cəmiyyətimizin
fəxridir, tez bir zamanda isə xalqımızın fəxr edəcəyi
bir idmançıya çevriləcəkdir.
Bəli,
biz də Elmarın məşqçisinin
söylədikləri arzuların həqiqətə
çevriləcəyinə inanır, ona yeni-yeni qələbələr
arzulayırıq.
Rəşad RAMAZANOĞLU
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.7.