"Təhsil" jurnalına yeni baş redaktor təyin edilib

  

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə Nizami Mirzə bu günlərdə "Təhsil" jurnalına baş redaktor təyin edilib.

Nizami Mirzə (Nizami Əlipaşa oğlu Mirzəyev) İsmayıllı rayonunun Xanagah kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, 1970-ci illərdən dövri mətbuatda maraqlı bədii əsərlər, oçerklər, zarisovkalar aktuallığı ilə seçilən publisistik məqalələrlə çıxış edir.

Geniş oxucu auditoriyası tərəfindən maraq məhəbbətlə qarşılanan xeyli sayda bədii publisistik kitabların müəllifidir.

2005-ci ildə dərc edilmiş "Ayrılığın üzü dönsün" kitabına görə Azərbaycan KİVİHİ-nin "Araz" ali ədəbi media mükafatına layiq görülüb.

2006-cı ildə "Araz" nəşriyyatı tərəfindən dərc edilmiş "Sarıca" povesti nəşriyyatın münsiflər heyətinin qərarı ilə "İlin ən yaxşı əsəri", "Qatil" kitabı isə "İlin ən yaxşı kitabı" adlarına layiq görülüb müəllifə "Məmməd Araz" ali ədəbi media mükafatı təqdim edilib. Kitab eyni zamanda Azərbaycan KİVİHİ-nin Rəyasət Heyətinin qərarı ilə "Qızıl qələm" ali ədəbi media mükafatına layiq görülüb.

Nizami Mirzə Azərbaycan Yazıçılar Azərbaycan Jurnalistlər birliklərinin üzvüdür. O, harada işləməsindən asılı olmayaraq işgüzarlığı ilə seçilib, peşəkarlığı, qayğıkeşliyi səmimiliyi sayəsində kollektivin dərin hörmətini qazanıb.

O, "Azərbaycan müəllimi" qəzetində bölgə müxbiri müxbir vəzifələrində işləyib. 2010-cu ilin may ayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalına baş redaktor müavini təyin olunub.

Biz həmkarımıza bu məsuliyyətli şərəfli işdə uğurlar arzulayırıq.

 

 

Azərbaycan müəllimi.- 2013.- 25 yanvar.- S.4.