Niderland Krallığının Azərbaycandakı

səfiri Bakı Slavyan Universitetində olub

 

Bakı Slavyan Universitetində (BSU) "Səfir saatı" klubunun növbəti qonağı Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielse olmuşdur.

BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, universitetin rəhbərliyinin, müəllim tələbələrinin iştirak etdikləri görüşü giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev qeyd etmişdir ki, səfirin universitetə ikinci dəfə gəlməsinə baxmayaraq, "Səfir saat"ı klubunda ilk dəfədir ki qonaqdır.

Səfir Robert Jan Qabrielse BSU-da xarici qonaqlarla görüşlərin artıq ənənəyə çevrildiyini bu qonaqlar sırasına qoşulduğunun onun üçün sevindirici hal olduğunu nəzərə çatdırmışdır. Universitetdə hər il keçirilən "Bir günlük xəlifə" layihəsi haqqında məlumatı olduğunu bildirən səfir bu layihənin onda böyük maraq oyatdığını vurğulamışdır. Ölkələrarası əməkdaşlıqdan söz açan qonaq Niderland Krallığı ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən danışmış bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir. O, eyni zamanda Niderland Krallığındakı ali təhsil ocaqları ilə BSU arasında yeni əlaqələrin qurulması üçün əlindən gələni etməyə hazır olduğunu söyləmişdir. Diplomat səfirliyin Bakıda artıq 5 ildir ki, fəaliyyət göstərdiyini ölkəsini təmsil edən üçüncü səfir olduğunu nəzərə çatdırmışdır. Xalqımızın çox zəngin mədəniyyətə malik olduğunu, Bakının son illər çox sürətlə inkişaf etdiyini qeyd edən səfir Azərbaycanın bir sıra bölgələrinə səfər etdiyini Vətənimizə heyran olduğunu bildirmişdir.

Görüşdə qonaq Niderland Krallığında olmuş BSU-nun professor tələbələrinin təəssüratlarını maraqla dinləmiş, sualları cavablandırmışdır.

Sonda səfir BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazmışdır. 

 

Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.2.