"ABŞ-da rezidentura pilləsi üzrə

tibb təhsili alan ilk iki məzundan

biri olmaq qürurvericidir"

 

ABŞ-ın məşhur Klivlend klinikasında təcrübə keçmiş

azərbaycanlı tələbə Anar Qocayevlə söhbət

 

Anar Qoca oğlu Qocayev 1985-ci il  dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü ildə 116 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olunub.  2007-ci ildən təhsilini mübadilə proqramı əsasında İstanbul Universitetinin tibb fakültəsində davam etdirib.  Burada təhsil aldığı müddətdə 2009-cu ilin iyul-avqust aylarında  ABŞ-ın Nyu-York şəhərində yerləşən  "Medical College"də molekulyar genetika və ginekologiya laboratoriyasında elmi fəaliyyətlə məsğul olub.  2010-cu ilin mayında ABŞ-ın dünyada ginekoloji onkologiya cərrahiyyəsi üzrə ən inkişaf etmiş  klinikalarından biri hesab olunan "Sloan-Kettering" Xərcəng Mərkəzində biraylıq kurs keçib. 2010-cu ildə tibb fakültəsinin məzunu olub.  2011-2012-ci illərdə ABŞ-ın Georgiya statının Atlanta şəhərində yerləşən və bir çox ən müasir laparoskopik cərrahiyyə əməliyyatlarının ilk dəfə icra edildiyi "Minimally Invasive Gynecology Institute"da,  2012-2013-cü illərdə isə Ohayo statında yerləşən Klivlend klinikasında ginekoloji onkologiya üzrə elmi fəaliyyətlə məşğul olub.  Amerikada həkimlik fəaliyyəti ilə məşğul  olmağa icazə verən "USMLE" imtahanlarında ən yüksək bal toplayaraq "ECFMG" sertifikatına layiq görülüb.  2013-cü ilin iyul ayından etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Kornell Universitetində rezidentura təhsili alır. Anarla söhbətimizə orta məktəb illərindən başladıq.

 

- Sizdə tibb elminə, həkimliyə maraq necə  yarandı?

 

-  Orta məktəbdə daha çox biologiya fənni ilə maraqlanmışam.  Atam həkim-cərrah olduğu üçün çox  kiçik yaşlarımdan həkimliyə həvəsim olub. Həkim olmaq qərarımı isə orta məktəbin VIII  sinfində oxuyarkən sevimli biologiya müəllimim Cəmilə xanımla tanış olduqdan sonra verdim. O zamanlar biologiya üzrə fənn olimpiadalarında iştirak edirdim. Məktəbimizdə biologiya kabinetinin yaradılmasının əsas təşkilatçılarından biri olmuşamkabinetimiz Bakı şəhəri üzrə keçirilən müsabiqədə birinci yerə layiq görülüb.  Dəfələrlə  rayon,  şəhər və respublika üzrə biologiya fənn olimpiadasının qalibi olmuşam. Məktəbi bitirdikdən sonra isə Azərbaycan Tibb Universitetinə daxil oldum.

 

- "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesini  necə qiymətləndirirsiniz?

 

- Xatırladım ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2007-ci ildən qəbul olmuşambu proqram çərcivəsində təhsil alan ilk tələbələrdən biriyəm.  Azərbaycan Respublikasının Prezidenti   cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramının 2007-ci ildən etibarən istedadlı gənclərimizin xaricdə təhsil almasına imkan verən seçim proseslərini  yaxından izləmişəm və bu  proseslərin obyektivliyindən hər zaman yüksək səviyyədə razı qalmışam. Biz tələbələr yaradılan bu şəraitə, diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarıq. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" Azərbaycan tarixində ən böyük xaricdə təhsil layihəsidir. Proqram minlərlə gəncə öz arzularını həyata keçirməyə imkan yaratmaqda davam edir. Məmnunluq hissi ilə deyə bilərəm ki, xalqımız artıq bu proqramdan öz bəhrəsini götürməyə başlayıb. Biz gənclərin əsas vəzifəsi isə xaricdə mükəmməl təhsil almaq, ölkəmizi layiqincə təmsil etmək  və yüksək ixtisaslı  kadrlar kimi vətənə dönərək ölkəmizə xidmət göstərməkdir.

 

- Amerikadan baxdıqda Azərbaycan təhsilinin inkişafını necə görürsünüz?  

 

-  Əlbəttə ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Təhsilimiz inkişaf edir, universitetlərimizin maddi-texniki bazası güclənir. Yeni innovativ layihələr  həyata keçirilir.  Təhsil sahəsində yeni proqramlar qəbul olunur.   Məhz bütün  bunların nəticəsidir ki, bu  gün  gənclərimiz xarici ölkələrin müxtəlif nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar. Bu istiqamətdə qəbul edilən Dövlət Proqramı da gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Bütün bu işlərdə, əlbəttə ki,  Təhsil Nazirliyinin apardığı məqsədyönlü işləri  yüksək qiymətləndiririk.  Təhsil Nazirliyinin tələbələrlə hər zaman yaxından münasibətdə olması və problemlərlə ciddi və mütəmadi  məşğul olması xüsusilə təqdirəlayiqdir. 

 

- Yaşadığınız şəhər, oxuduğunuz ali məktəb barədə...

 

- Hazırda yaşadığım  Nyu-York şəhəri "dünyanın ürəyi" hesab olunur. Buradakı insanlar 200-ə  yaxın fərqli dildə danışırlar. Nyu-York bir neçə dəfə gənclərin yaşamaq istədiyi "ən çox arzulanan  şəhər" seçilib.  Dünyanın 468 stansiyadan ibarət ən böyük metro şəbəkəsi Nyu-Yorkdadır.

 

Təhsil aldığım Kornell Universitetinin əsası 1865-ci ildə qoyulub.  Universitetdə dünyanın  122  ölkəsindən 20 mindən artıq tələbə, 7 min aspirant təhsil alır. Onların təhsili ilə 3 mindən artıq professor-müəllim heyəti məşğul olur.   Universitet Amerikanın  8 ən nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına (Liqa plyuş) daxildir. Liqanın ən gənc üzvü olan bu ali məktəb Böyük Britaniyanın "Times Higher Education" dərgisinin  sonuncu 2014-cü il reytinq cədvəlində 17-ci yerdə qərarlaşıb. Kornell Universitetinin müəllim və məzunlarından 41 nəfər Nobel mükafatına layiq görülüb. Onların arasında Riçard Feynman, Devid Li, Robert Riçardson (fizika üzrə), Piter Debye, Riçard Ernst (kimya), Herbert Gaser, Paul Qrinqardı (fiziologiyatibb)  b. göstərmək olar.

 

- Təhsiliniz necə keçir? 

 

- Hazırda ginekologiya ixtisası üzrə təhsil alıram. Demək olar ki, vaxtımın çox böyük hissəsini klinikada keçirirəm. Uzun illərdir ki, hobbim olan üzgüçülük, velosiped sürmək və balıq tutmağa sərf etməyə  isə zamanım qalmır.

 

Amerikada rezidentura pilləsi üzrə təhsil alan ilk 2 məzundan biri olmaq qürurvericidir.  Amerikada elmi fəaliyyətlə məşğul olan rezidentura təhsili alan digər azərbaycanlı həkimlərlə birlikdə "American Azerbaijan Medical Association" Facebook qrupu təşkil etmişik bu qrup vasitəsilə dünyanın müxtəlif ölkələrində təhsil alan həkim həmkarlarımıza gələcək həkimlərimizə obyektiv məlumatları çatdırmağa çalışırıq. O cümlədən vətənə gəldiyim qısa tətillərim zamanı da həkim həmkarlarımla görüşərək Amerikada tibb təhsili ilə bağlı biliklərimizi paylaşmağa çalışıram.

 

- Universitetdə imtahan sessiyası  necə  təşkil olunur?

 

- Rezidentura pilləsində təhsil bakalavr səviyyəsindən imtahan semestrlərin təşkilinə görə köklü şəkildə fərqlənir. Amerikada hər bir rezidentura tələbəsi ildə 2 dəfə bütün kollektiv tərəfindən dəyərləndirilir. İldə bir dəfə isə ölkə səviyyəsində təşkil olunan standart imtahanla biliklərinin qabiliyyətlərinin səviyyəsi müəyyən olunur.

 

- Amerikada rezidentura təhsili   müəllim-tələbə münasibətinə dair hansı maraqlı məqamları qeyd edə bilərsiniz?

 

- Bildiyiniz kimi, rezidentura pilləsində təhsil bakalavr yaxud da magistr pilləsindən tamamilə fərqlidir. Belə ki, bütün vaxtımız  klinikada pasiyentlərlə bərabər keçir. ABŞ-da mövcud proqram haqqında onu deyə bilərəm ki,  burada tələbələr ən sadə məsələlərdən başlayaraq ən mürəkkəbə doğru gedirlər. Bu zaman tələbəyə yuxarı kurs rezidentlər xüsusi təyin edilmiş professorlar nəzarət edir. Rezidentlər özləri xəstə qəbul edir, əməliyyatlara girirlər. Rezidentura təhsilinin sonunda  hər ixtisasın özünə uyğun imtahanı var. Bu imtahanı vermədən fəaliyyət göstərmək olar. Lakin həmin imtahandan keçən rezidentlərə daha çox üstünlük verilir.   Deyə bilərəm ki, təhsilimdən çox məmnunam həkimlik peşəsinin sirlərini, həkim-xəstə həkim-həkim münasibətlərini öyrənməkdən zövq alıram.

 

- Amerika şəraitinə adaptasiya  olmaq sizin üçün  çətin olmadı ki?

 

- Amerika fərqli mədəniyyətə sahib, çoxsaylı ölkə nümayəndələrinin vəhdətdə yasadığı  bir ölkədir. Amerikaya uzunmüddətli təhsil üçün  getməzdən öncə bir neçə dəfə ayrı-ayrı vaxtlarda  bu ölkəyə qısamüddətli səfərlər etdiyim üçün adaptasiya prosesinin  çox çətin olmadığını deyə bilərəm.

 

- Azərbaycan diasporası  ilə əlaqələriniz...

 

- Məlum olduğu kimi, Amerikada həmvətənlərimizin sayı azdır diasporamızdakı insanların sayı da məhduddur. Amerikada tanıdığım azərbaycanlı çox azdır tanıdığımız bütün insanlarla mütəmadi olaraq görüşüb əlaqə saxlamağa çalışırıq.

 

- Amerikada Azərbaycana, mədəniyyətimizə münasibət necədir? 

 

- Ölkələrimiz arasında çox böyük məsafələr olduğu üçün Amerikada insanların Azərbaycanla bağlı məlumatları bir qədər gec formalaşmağa başlayıb. Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycanda baş verən sürətli inkisaf dünyanın hər bir ölkəsində olduğu kimi Amerikada da insanların gözündən qaçmır.  Əlbəttə ki, xaricdə təhsil alan biz gənclərin görüləcək çox işlərimiz var dövlətimizin bizə verdiyi dəstəklə hər bir çətinliyin öhdəsindən asanlıqla gələ biləcəyimizə əminəm.

 

- Gələcək planlarınız?

 

- Təhsilim dövründə təhsilimi tamamladıqdan sonra mümkün qədər daha  çox azərbaycanlı həkimin Amerikada müəyyən müddət tibb təhsili almasına kömək etmək istəyərdim. Amerikada tibbin yeniliklərini öyrənib onları Azərbaycanda tətbiq etmək öyrətmək ən əsas məqsədimdir.

 

- Biz sizə təhsildə gələcək  həkimlik karyeranızda yeni-yeni uğurlar arzu edirik. 

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.6.