Gənclər arasında keçirilmiş futbol

turnirinin qalibləri mükafatlandırılıb

 

14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə 2001-2002 -ci il təvəllüdlü gənclər arasında Xocasən qəsəbə stadionunda  keçirilən Novruz bayramına həsr olunmuş futbol turniri başa çatıb. Turnirdə 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər İdman Məktəbi, 14 nömrəli  Uşaq-Gənclər İdman Məktəbi, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol  Məktəbi, "Zirvə" İdman Klubu, 18 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, Şamaxı Uşaq-Gənclər İdman Məktəbinin  komandaları   iştirak ediblər.

Dörd gün davam edən yarışda 14 nömrəli  Uşaq-Gənclər İdman Məktəbi I, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları  Uşaq-Gənclər İdman Məktəbi II, "Zirvə" İdman Klubu III, Şamaxı Uşaq-Gənclər İdman Məktəbi isə IV yeri tutmuşdur. Mükafatlandırma mərasimində iştirak edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qalib komandalara diplom və qiymətli hədiyyələr təqdim edib. 

 

Rəşad RAMAZANOĞLU

 

Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.10.