Şamaxıda şahmat turnirinə yekun vurulub

 

Şamaxı Rayon Uşaq-Gənclər  Şahmat  Məktəbində  "Novruz  turniri"  adı  altında  məktəbli  şahmatçılar  arasında  şəhər  birinciliyi  keçirilib. Hər  il  ənənəvi  keçirilən  turnir oğlan    qız  şahmatçıların  iştirakı  ilə  İsveçrə  sistemi  üzrə  təşkil olunub.  9 turdan ibarət yarışda  96  şahmatçı 5  yaş  qrupunda  mübarizə  aparıb.

Şamaxı şəhər 1 nömrəli tam  orta  məktəbin  IX sinif  şagirdi  Ülvi  Xudiyev və şəhər 2  nömrəli tam  orta  məktəbin IX sinif şagirdi Niyaz Məmmədov ümumi  turnirin  qalibi  elan  olunublar.

Qızlar arasında müvafiq yaş qruplarında şəhər 2 nömrəli tam orta  məktəbin I sinif  şagirdi  Xədicə  Əhmədova (8 yaş),  həmin  məktəbin  IV sinif  şagirdi Aytac  Şirəliyeva  ( 10 yaş),  Şamaxı  Avropa  liseyinin V sinif  şagirdi Fəridə  Rəhimova  (12 yaş),  Mədrəsə qəsəbə  VII sinif  şagirdi  Səfiyyə  Əlləzova (14 yaş),  Şamaxı  Avropa  liseyinin  VIII  sinif  şagirdi  İzzət  Ağayeva  (16 yaş)  bütün  rəqiblərini  qabaqlayaraq  qalib  gəliblər.

Oğlanların  mübarizəsində isə şəhər 2 nömrəli tam  orta  məktəbin  II  sinif  şagirdi  Cəlil  Əliyev  (8 yaş),  həmin  məktəbin  IV  sinif  şagirdi  Mirəziz  Babayev (10 yaş),  şəhər  9 nömrəli tam  orta  məktəbin  VI  sinif  şagirdi  Ramazan  Məcidov (12 yaş), Mədrəsə  qəsəbə tam orta  məktəbinin  VIII  sinif  şagirdi  Gülməmməd   Xəlilli (14  yaş) çempion  adına  layiq  görülüblər.  Çempionlara və II-III  yerləri  tutan şahmatçılara   diplomlar  hədiyyələr  təqdim  olunub.

Yarışın   nəticələrinə  əsasən  şahmat  məktəbləri   komandalarının  zona  birinciliyində  iştirak  edəcək  oğlan    qızlardan   ibarət  rayon   komandasının  üzvləri    müəyyənləşdirilib.

Turnir  təsnifat  xarakterli  olduğundan  şahmatçılara müvafiq  idman  dərəcələri    verilib. 

 

A.AĞAYEV,

Şamaxı  Rayon Uşaq-Gənclər

Şahmat Məktəbinin direktoru

 

Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.10.