Nizami Gəncəvi
yaradıcılığına həsr olunmuş tədbir
Bakıdakı 229
nömrəli tam orta məktəbdə dahi şair Nizami Gəncəvinin
yaradıcılığına həsr olunmuş tədbir
keçirildi.
Tədbirin
aparıcıları Nizaminin
yalnız Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında
müstəsna yer tutan bir şair olduğunu vurğulayaraq qeyd
etdilər ki, onun əsərləri biz gəncləri vətənə
sevgi, böyüklərə hörmət ruhunda tərbiyə
edir.
Böyük şairin
yaradıcılığına müraciət edən
şagirdlər "Xəmsə"dən bir neçə səhnəcik
göstərdilər. Nizaminin ilk irihəcmli əsəri olan
"Sirlər xəzinəsi"nin qəhrəmanlarını
canlandıran yuxarı sinif şagirdləri Cavid, Banu, Lamiyə və Samir öz rollarını məharətlə
ifa etdilər. Ofelya, Afaq, İbrahim, İlkarə və Cəfər
"Xosrov və Şirin" əsərindən
parçanı səhnədə canlandırmaqla Nizami
dövrü üçün müstəsna dərəcədə
mütərəqqi bir ideya olan qadın azadlığı
problemini qoyduğunu göstərə bildilər.
Dahi şairin
"Leyli və Məcnun" əsərindən parçalar
şagirdlərin ifasında təqdim olundu. "İsgəndərnamə"də
qoyulmuş bəşəri problemlər, yaradılmış
monumental obrazlar bu əsərin əbədi
yaşayacağına və baş qəhrəmanın amal və
arzularının da onu əbədi yaşadacağına zəmanət
verdiyi qeyd edildi. Bildirildi ki,
"Yeddi gözəl" əsərində Nizaminin
soy-kök etibarı ilə
özünün də mənsub olduğu türklərə
böyük məhəbbəti və rəğbəti
aydın ifadə edilmişdir. Bu əsərdən
parçalar səhnələşdirən məktəbin
şagirdləri əminliklə vurğuladılar ki, Nizami Gəncəvi yaradıcılığı
heç zaman onların yaddaşlarından silinməyəcək.
Şagirdlərdən Lamiyənin ifa etdiyi "Sarı gəlin"
rəqsi alqışlara səbəb oldu.
Böyük şairin
həyat və yaradıcılığından söhbət
açan məktəbin direktoru
Fəridə Bağırova tədbirin təşkilində
fəallıq göstərmiş müəllimlərə təşəkkürünü
bildirdi.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.10.