"Nə? Harada? Nə zaman?" intellektual

oyunu üzrə 2014-cü ildə regional məktəb

çempionatının keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası təhsil nazirinin 08.08.2011-ci il tarixli 1454 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsi, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə respublikanın ümumi təhsil müəssisələri şagirdləri arasında "Nə? Harada? zaman?" oyunu   üzrə 2014-cü ilin regional məktəb çempionatı keçirilsin.

2. "? Harada? zaman?" oyunu   üzrə 2014-cü ilin regional məktəb çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın onun tərkibi təsdiq edilsin (əlavə 1).

3. Təşklilat Komitəsi "? Harada? zaman?" oyunu   üzrə 2014-cü ildə regional məktəb çempionatının keçirilmə qaydalarını müəyyən etsin.

4. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə "? Harada? Nə zaman?" oyunu   üzrə 2014-cü ilin regional məktəb çempionatının keçirilməsini təmin etsinlər.

5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsi (H.Əliyev) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.

6. İqtisadiyyat şöbəsi (R. Orucov) çempionatın keçirilməsi ilə bağlı tələb olunan xərclərin ödənilməsini təmin etsin.

7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini, əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

21 aprel 2014-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 25 aprel.- S.2.