Məktəblilər ulu öndər Heydər

Əliyevin siyasi irsini maraqla öyrənirlər

 

10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür

 

KÜRDƏMİR. Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 yanvar 2014-cü il tarixli tövsiyə məktubuna əsasən XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan tarixinə dair  "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu memarıdır" mövzularında dərslər keçilir.

Gənclərin dünyagörüşünün formalaşmasında mənəvi  tərbiyəsində mühüm rol oynayan bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Kürdəmir rayonunda zəruri işlər görülüb.

Qeyd edək ki, fevralın 4-dən başlayan dərslər mayın 19-dək davam edəcəkdir.

Rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçilən dərslərdə 43 tam orta məktəbin XI sinfində təhsil alan 945 nəfər şagirdin iştirak edəcəyi nəzərdə tutulub. Dərslər xüsusi hazırlanmış qrafik əsasında 2 akademik saat ərzində keçilir. Bu işə rayonda qabaqcıl pedaqoji təcrübəsi ilə  tanınan 10 nəfər tarix müəllimi cəlb olunmuş, onlara hər mövzu üzrə tezislər bütövlükdə prosesin səmərəli tənzimlənməsinə dair yazılı tövsiyələr verilmişdir. Hazırda davam edən dərslərdə indiəyədək 795 nəfər şagird iştirak edib.

Dərslərdə ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının ölkədə iqtisadi dirçəlişə səbəb olması, Azərbaycanda  demokratik dövlət quruculuğunun həyata keçirilməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar, təhsil, mədəniyyət idmanın inkişafı, xarici ölkələrdə Azərbaycan diasporalarının yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin XX əsrdə tariximizin ən böyük nailiyyəti olması s. kimi məsələlərdən bəhs olunur. Bundan əlavə, dərslərdə ümummilli liderin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti, milli neft strategiyasının yaradıcısı olması, iqtisadiyyatın liberallaşdırılması özəlləşdirilməsi, aqrar sahədə islahatların həyata keçirilməsi, sosial siyasət, təhsil siyasəti ilə əlaqədar mövzuların da tədrisi nəzərdə tutulub.

Artıq 3-cü aydır ki, davam edən bu tədbir valideynlər ümumiyyətlə, rayon ictimaiyyəti arasında müsbət rezonans doğurub.

Müəllimlərdən İnqilab Rəsulov, Əhsən Xankişiyev, Elnarə Eminbəyli, Nizami İsmayılov Gülbəniz İbrahimovanın keçdiyi dərslər məlumatlılıq səviyyəsinə, şagirdlərlə canlı ünsiyyətə görə xüsusilə fərqlənir.

Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyətlər kimi formalaşmasına yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Mərkəzdə dərslərin gedişi zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Qurulmuş monitorların birində bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının, digərində isə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafını, aparılan abadlıq quruculuq işlərini əks etdirən materiallar şagirdlərin diqqətinə çatdırılır. Canlı diskussiya şəraitində keçən dərslərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır. Dərslər Mərkəzin sifarişi ilə hazırlanmış "Tarixi  yaradan şəxsiyyət - Heydər Əliyev" filminin nümayişi ilə başa çatır.

Bu dərslərdə ulu öndərin Kürdəmirə səfərləri, rayon sakinləri ilə keçirdiyi görüşlər haqqında da ətraflı məlumat verilir, bu səfərləri əks etdirən filmlər göstərilir. Şagirdlər burada, həmçinin ulu öndərin həyat fəaliyyətinə aid fotostendlər, kitab sərgisi digər eksponatlarla da tanış olurlar.

Dərslərdə ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi ilə yanaşı, onbirincilərin diqqətinə çatdırılır ki, bu gün Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı dinamik inkişaf tempinə malikdir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz özünün milli dövlət quruculuğu idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

LERİK. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətinin, onun zəngin irsinin ictimaiyyətin geniş təbəqələrinə, xüsusilə yeniyetmə gənclərə dərindən mənimsədilməsi istiqamətində Lerik rayonunda müəyyən işlər görülür.

Bu məqsədlə Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev məktəbi", "Gənc heydərçilər" klubları, "İstedadlar" yaradıcılıq dərnəyi, "Mənəvi dəyərlərimiz" kursu, "Sabaha inamla" kitabxanası, "Dostluq" studiyası fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyində rolu", "Heydər Əliyev Azərbaycan gəncliyi", "Heydər Əliyev Azərbaycan mədəniyyəti", "Heydər Əliyev ordu quruculuğu", "Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu" digər mövzularda idarə, təşkilat müəssisələrin kollektivlərinin, ağsaqqalların, ziyalıların, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir, iştirakçılar ulu öndərin həyat fəaliyyətini əks etdirən müxtəlif eksponatlarla tanış olur, sənədli filmlərə tamaşa edirlər.

Bu istiqamətdə görülən işlərdən biri rayonun tam orta məktəblərinin XI sinif şagirdləri üçün dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan tarixi üzrə dərslərin təşkil edilməsidir.

Dərslərdə  36 tam orta məktəbin 479 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub. Həmin dərslərin keçilməsində məqsəd ən yeni tarixin, bu tarixdə Azərbaycan dövlətçiliyinin inkişaf yolları, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi mədəni inkişafın istiqamətləri,  ümummilli liderin siyasi kursunun Azərbaycan xalqına qazandırdığı uğurların şagirdlər tərəfindən daha ətraflı dolğun öyrənilməsini təmin etməkdən, onların həyatda fəal mövqe nümayiş etdirmələrinə yardımçı olmaqdan, həmçinin şagirdlərdə vətənpərvərlik, Vətənə sevgi hisslərinin aşılanmasından ibarətdir.

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı qurucusudur" "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında dərslərin yüksək səviyyədə, sistemli planlı şəkildə keçilməsini təmin etmək məqsədilə peşəkarlığı, metodik hazırlığı ilə fərqlənən tarix müəllimləri cəlb edilərək onlar üçün xüsusi seminarlar təşkil olunub.

"Açıq  dərs"lərin iştirakçıları  əvvəlcə rayonun mərkəzi meydanında ümummilli liderin abidəsini ziyarət edir, sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olurlar. Dərslər canlı ünsiyyət şagirdlərin yüksək fəallığı şəraitində keçilir.

Dövlət  müstəqilliyinin  bərpası  bu  barədə   Konstitusiya  aktının  qəbul edilməsi, "Əsrin  müqaviləsi"nin  imzalanması  ilə   ölkədə   iqtisadi  dirçəlişin  əsasının  qoyulması, 1995-ci   ilin  mart   oktyabr   aylarında dövlət  çevrilişi  cəhdlərinin  qarşısının  alınması, hüquqi    demokratik  dövlət  quruculuğu, ordu  quruculuğu,  xarici  siyasətdə  uğurların  qazanılmasında, təhsil, mədəniyyət    idmanın  inkişafında ulu öndər  Heydər  Əliyevin əvəzsiz xidmətləri   şagirdlərə   konkret  faktlarla  izah  olunur.

İndiyədək "açıq dərs"lərdə rayonun 26 tam orta məktəbinin 367 nəfər Xl sinif şagirdi iştirak edib.

TOVUZ. Fevral ayının əvvəlindən Təhsil Nazirliyinin tövsiyə məktubuna əsasən Tovuz rayonunda da ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müstəqil Azərbaycan tarixinə dair  dərslərin tədrisinə başlanılıb.

Dərslər rayondakı Heydər Əliyev Mərkəzində xüsusi tərtib olunmuş qrafikə uyğun  hər biri 2 akademik saat olmaqla peşəkar  tarix müəllimləri tərəfindən keçilir.

Bununla bağlı bütün zəruri təşkilati məsələlər həll edilib, dərslərin gedişinə Tovuz RİH rayon təhsil şöbəsi tərəfindən ciddi nəzarət olunur.

Verilən məlumata görə,  rayonda fəaliyyət göstərən 86 təhsil müəssisəsindən  66-sı tam orta məktəbdir bu məktəblərin XI siniflərində təhsil alan  1581 nəfər şagirdin hamısı məşğələlərə cəlb olunub.

Fevral ayı ərzində  30 məktəbdə təhsil alan  930 nəfər, mart ayı ərzində isə 36 məktəbdə oxuyan 630 nəfər XI sinif şagirdi bu dərslərdə iştirak edib.

Məşğələlərdə şagirdlər yüksək fəallıq nümayiş etdirirlər. Keçilən dərslərin  gedişi göstərir ki, onbirincilər Heydər Əliyev irsinin, müstəqil Azərbaycan tarixinin öyrənilməsinə xüsusi maraq göstərirlər.  Dərslərin  daha yüksək səviyyədə təşkil edilməsində tarix müəllimlərindən Ulduzə Alıyeva, Tural Qasımov, Svetlana Hüseynova və Nəriman Qurbanovun rolu böyükdür.

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 25 may.- S.4.