Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki tədris Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəbləri üçün 2014-2015-ci dərs ilinə aid tədris planları təsdiq edilsin (əlavə olunur).

 

2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

 

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

 

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

22 iyul 2014-cü il

Azərbaycan müəllimi.-2014.-1 avqust.-s.2.