"Elektron
Təhsil" Respublika
müsabiqəsi haqqında Əsasnamə
Azərbaycan
Respublikası təhsil nazirinin
25
avqust 2014-cü il tarixli 916 nömrəli əmri ilə təsdiq
edilib
I. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan
Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın 7-ci maddəsinin 3.3.7. bəndinə -
"Təhsil proqramları, tədris resursları, təlim
metodikaları, təhsilverənlər, təhsil müəssisələri
arasında sağlam rəqabətin
stimullaşdırılması, rəqabət elementlərinin
müəyyənləşdirilməsi və tətbiq edilməsi"
uyğun olaraq "Elektron
Təhsil" Respublika müsabiqəsinin (bundan
sonra Müsabiqə) keçirilməsi
qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin gedişi ilə bağlı məlumatlar Təhsil
Nazirliyinin (www.edu.gov.az)
və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində yerləşdirilir.
II. Müsabiqənin məqsədi
2.1. Müsabiqənin əsas məqsədləri
aşağıdakılardır:
2.1.1. Elektron tədris resurslarının tədris
prosesində tətbiqinə metodiki dəstək vermək;
2.1.2. Tədris prosesində informasiya texnologiyalarından
fəal istifadə edən müəllimləri
həvəsləndirmək və fəaliyyətlərini
dəstəkləmək;
2.1.3. Ən yaxşı elektron tədris vəsaitlərini
geniş istifadəçi auditoriyasına tanıtmaq;
2.1.4. İnternetin imkanlarından (bloqlar, sosial şəbəkələr,
saytlar və s.) istifadə etməklə həyata keçirilən
yeni tədris üsulları barədə
ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq;
2.1.5. Tədris məqsədilə müəllimləri
İnternetdən fəal istifadəyə cəlb etmək;
2.1.6. Tədris məqsədləri üçün
İnternetdən istifadənin yeni formalarını axtarmaq;
2.1.7. Təhsil müəssisələrində elektron
resurslarından istifadəni genişləndirmək;
2.1.8. Müəllimləri elektron resurslarını
yaratmaq, istifadə etmək və inkişaf etdirmək baxımından həvəsləndirmək.
III.
Müsabiqənin təşkili
3.1. Müsabiqənin keçirilməsi məqsədilə
Təhsil Nazirliyi tərəfindən Təşkilat Komitəsi
yaradılır.
3.2. Təşkilat Komitəsinə təhsil
və informasiya texnologiyaları sahəsində nüfuzu olan, elektron tədris resurslarının yaradılması
və istifadəsi sahəsində
biliyə malik mütəxəssislər cəlb edilir.
3.3. Müsabiqəyə təqdim olunan işlərin
qiymətləndirilməsi məqsədilə Təşkilat Komitəsi Münsiflər
heyətinin və Ekspert komissiyasının üzvlərini təyin edir.
IV.
Müsabiqənin məzmunu
4.1. Müsabiqə üç istiqamətdə
keçirilir:
4.1.1. "Müasir məktəbdə elektron tədris
resursları";
4.1.2."Təhsildə İnternet
texnologiyaları";
4.1.3."Milli elektron tədris resurslarının
yaradılması".
4.2.
"Müasir məktəbdə elektron tədris
resursları" istiqaməti üzrə
müsabiqəyə tədris
prosesində electron tədris
resurslarının tətbiqinə
aid olan materiallar təqdim edilir. Eyni zamanda bu istiqamət
üzrə aşağıda
qeyd olunanlar təqdim edilə bilər:
4.2.1. Elektron lövhələrin istifadəsi ilə
yaradılan ən yaxşı dərs modeli;
4.2.2. "1 şagird: 1 kompüter" modeli üzrə
yaradılan ən uğurlu dərs/tədris layihəsi;
4.2.3. Bir və ya bir neçə tədris fənninin
müxtəlif bölmələrini və ya konkret bir dərsi əhatə edən təlim materialları;
4.2.4. Şagirdlərin elektron tədris resurslarından səmərəli
istifadə etməklə müstəqil fəaliyyətlərinin təşkili
üçün metodiki
tövsiyələri;
4.2.5. Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş
elektron resurslardan istifadə
edilməklə hazırlanan
dərs/tədris layihəsi nümunələri;
4.2.6. Veb2.0 texnologiyaları (əməkdaşlıq
vasitələri, ünsiyyət vasitələri, təhsil ilə bağlı vasitələr,
təsvir/şəkil/foto emalı vasitələri, əyləncə
vasitələri, multimedia (audio, video, TV) vasitələri, fayl paylaşımı və müştərək
iş, vebaxtarışı
və səhifə
yaradılması üçün alətlər, rəqəmsal
hekayə yaratmaq üçün alətlər,
xəritə yaratmaq üçün alətlər,
qiymətləndirmə, sorğu
alətləri və s.) əsasında
hazırlanan tədris materialları.
4.3.
"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə
təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri
təqdim edilə bilər.
Burada "İnternet resurs" dedikdə,
İnternetdə daimi ünvanı olan müstəqil bir İnternet səhifəsi və səhifədə yerləşən bir bölmə başa
düşülür. Bu resurslarda yerləşdirilən
informasiyalar məktəbəqədər,
ibtidai və ümumtəhsil sisteminə
aid təhsil müəssisələrində
təlim və tərbiyə prosesinə dəstək məqsədi
daşımalıdır. Offlayn formatda informasiya
resursları, distant təhsil
sistemləri, ayrıca sənədlər, metodiki işlər, plan-konspektlər,
elektron dərsliklər,
foto və video materiallar bu müsabiqəyə aid edilmir və
təqdim oluna bilməz.
Müsabiqəyə təqdim edilən
resurs və bloqlara giriş sərbəst və pulsuz
olmalıdır. Yəni, onlara baxış
üçün qeydiyyat
tələb edilməməlidir.
Bütün resurslar ən geniş
yayılmış İnternet Explorer, Mozilla Firefox, Opera, Google Chrome
vasitəsilə əlavə
proqram təminatı tələb etmədən
istifadəyə yararlı olmalıdır.
Müsabiqəyə təqdim edilən
materiallarda müəllif hüquqlarına əməl
olunmalıdır.
4.4.
"Milli elektron tədris resurslarının
yaradılması" istiqaməti
üzrə Milli elektron
tədris resurslarımüasir
texnikanın nailiyyətlərini,
fənn sahələri
üzrə mövzuları və tədris metodikasını,
dizayn və bədii keyfiyyətləri özündə
birləşdirməlidir. Elektron
tədris resursları mətn, nitq, musiqi, foto, video, qrafika, animasiya və interaktiv komponentləri özündə əks etdirməlidir. Milli elektron
tədris resursları texniki, məzmun və
dizayn-erqonomika baxımından
tələblərə cavab
verməlidir.
V.
Müsabiqənin iştirakçıları
5.1.Müsabiqədə
aşağıdakılar iştirak edə bilər:
5.1.1. Təhsil müəssisələrinin pedaqoji heyəti;
5.1.2. Təhsil işçilərinin
ixtisaslarının artırılması ilə məşğul
olan qurumların metodiki xidmətlərinin əməkdaşları;
5.1.3. Pedaqoji ali məktəblərin
tələbə və aspirantları;
5.1.4. Valideynlər;
5.1.5. Şagirdlər.
5.2. Müsabiqəyə yalnız müəllimlər
tərəfindən hazırlanan
bloqlar təqdim edilə bilər.
VI. Müsabiqənin nominasiyaları
6.1. Müsabiqə aşağıdakı
nominasiyalar üzrə
keçirilir:
6.1.1.
"Müasir məktəbdə
elektron tədris resursları" istiqaməti üzrə:
- Elektron lövhələrin
istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli;
- "1 şagird: 1 kompüter"
modeli üzrə ən uğurlu dərs/tədris layihəsi;
- Təhsil Portalında
(www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi;
- Onlayn vasitələrdən
(veb 2.0, sosial servislər və s.) istifadə edilməklə
qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi.
6.1.2.
"Təhsildə İnternet
texnologiyaları" istiqaməti
üzrə:
- Təhsildə İnternet
resursları;
- Müəllim bloqları.
6.1.3. "Milli elektron tədris resurslarının
yaradılması" istiqaməti üzrə:
- Milli elektron tədris resurslarının
yaradılması.
6.2. Təqdim edilmiş ərizələrin və
müsabiqə üçün qəbul edilmiş işlərin
sayından asılı olaraq,
Təşkilat Komitəsi
sponsor təşkilatlar, şirkətlər
və ictimai qurumlar tərəfindən
ayrı-ayrı fənlər və fənn
qrupları üzrə
"Xüsusi nominasiyalar"
da təsis edə bilərlər.
VII.
İşlərin müsabiqəyə təqdim edilməsi və
işlərə qoyulan tələblər
7.1. İddiaçı müsabiqədə iştirak
etməsi üçün www.musabiqe.edu.az səhifəsində
qeydiyyatdan keçməlidir.
7.2. İşlərin müsabiqəyə təqdim edilməsi
www.müsabiqe.edu.az səhifəsində elektron ərizə formasının
(1 saylı Əlavə)
doldurulması ilə həyata keçirilir. İnternet
resurslar onlayn formada
www.müsabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməlidir.
7.3. Ərizədə müəllif və təşkilat
haqqında məlumatlar, layihənin adı və işin
qısa təsviri öz əksini tapmalıdır.
7.4. Müsabiqəyə hər bir iştirakçı
tərəfindən yalnız bir resurs təqdim oluna bilər. Müsabiqəyə təqdim olunan
resursda qeydiyyat tələb olunan hissələr
olarsa, resursu təqdim edən bu resursa daxil
olmaq məqsədilə
Ekspert komissiyasına və ya Münsiflər
heyətinə müvafiq giriş məlumatları verməlidir.
7.5. "Müasir məktəbdə elektron tədris
resursları" istiqaməti üzrə işin təsviri MS
Word formatındakı sənəd
şəklində təqdim
edilir (A4 səhifə, TimesNew Roman
şrifti, 12 ölçüdə, sətirlər arası tək,
2 MB-dan çox olmamaqla). Təsvirdə qrafik əlavələr, dərc edilmiş yazılara keçidlər,
mövzu üzrə çıxış və müəllifin
internet resursları da
ola bilər.
İşin tövsiyə edilən
həcmi 15 səhifədən çox
olmamalıdır.
İşin təsvirinə əlavə
materiallar da qoşula bilər. Bu materiallar, əsasən,
işin daha geniş izahatına və ya onun
tədris prosesində
tətbiqinə aid olmalıdır
(Əlavə materiallar PowerPoint təqdimatı, şagirdlər
üçün tapşırıqlar və s. ola bilər).
Bütün əlavə materiallar arxiv şəklində (zip
və ya rar formatda) 15MB həcmindən çox olmamaqla təqdim
edilir.
Materialların siyahısı isə ərizənin
müvafiq qrafasında qeyd olunmalıdır.
7.6. Müsabiqəyə qrup halında
hazırlanmış metodiki tədris işləri də
buraxılır. Həmin qrup
üzvünün birinin
adı onlayn ərizə formasında
göstərilməli, digər üzvləri barədə məlumat
isə layihənin qısa təsviri olan sənəddə qeyd edilməlidir.
7.7. Ərizəyə əlavə olaraq verilən
qısa təsvirdə təqdim edilən metodiki tədris işinin ümumi xarakteristikası, onun təyinatı və praktiki istifadə
üsulları yer almalıdır.
7.8.İştirakçılar öz layihələrinin
qısa təsvirini videoçarx şəklində
www.musabiqe.edu.az səhifəsində yerləşdirə bilərlər.
VIII.
Müsabiqənin mərhələləri
8.1. Müsabiqə dörd mərhələdə həyata
keçirilir:
8.1.1. I mərhələ işlərin texniki
ekspertizası;
8.1.2. II mərhələ işlərin Ekspert
komissiyası tərəfindən qiymətləndirilməsi;
8.1.3. III mərhələ işlərin Münsiflər
heyəti tərəfindən qiymətləndirilməsi;
8.1.4. IV mərhələ Münsiflər heyəti tərəfindən
seçilmiş nominantların hazırladıqları
işlərin Təşkilat
Komitəsi qarşısında
təqdimatı.
Təqdimat zamanı hazırlanmış
işin müsabiqə iştirakçısı tərəfindən
hazırlanmadığı müəyyən olunarsa, Təşkilat Komitəsinin qərarı
ilə Münsiflərin verdiyi
səslər ləğv
edilir.
IX. Qiymətləndirmə
qaydası
9.1. I mərhələdə texniki ekspertiza zamanı
işlərin müsabiqəyə təqdim edilmə
qaydaları yoxlanılır.
9.2. II mərhələdə Təşkilat Komitəsi
tərəfindən cəlb edilən ekspertlər təqdim edilən işlərin bu Əsasnamənin tələblərinə uyğun
olaraq tərtib edilməsini
nəzərdən keçirərək müsabiqənin növbəti mərhələsinə
buraxılması haqqında
rəy hazırlayırlar.
Bu rəy əsasında təqdim edilən
işlərin növbəti mərhələyə buraxılması haqqında
Təşkilat Komitəsi
tərəfindən qərar
qəbul edilir və həmin
iştirakçıların siyahısı www.musabiqe.edu.az səhifəsində
yerləşdirilir.
9.3. III mərhələdə Münsiflər heyəti
bu Əsasnamə ilə nəzərdə tutulan meyarlara
(Əsasnaməyə 2, 3 və 4 saylı Əlavələr)
uyğun olaraq təqdim edilən işlərin qiymətləndirilməsini
həyata keçirir.
9.4.Təqdim edilən işlər
Münsiflər heyəti tərəfindən 0-10 bal sistemi ilə
qiymətləndirilir.
9.5. IV mərhələdə işlərin Təşkilat
Komitəsi qarşısında təqdimatı.
9.6. Müsabiqədə qalib gəlmiş resurs və ya
bu resursdan istifadə edilməklə hazırlanan hər hansı bir resurs növbəti
3 il ərzində
müsabiqəyə təqdim
oluna bilməz.
X.
Seçim meyarları
10.1. Ekspert və Münsiflər heyətinin üzvləri
aşağıdakı prinsiplər əsasında qiymətləndirməni
həyata keçirirlər:
10.1.1. İşin tədris məqsədləri
üçün praktiki əhəmiyyəti;
10.1.2. Metodiki baxımdan işlənmə səviyyəsi;
10.1.3. Materialın texniki-texnoloji cəhətdən
rahat, aydın və ətraflı təsviri.
10.2. Qiymətləndirmə konkret meyarlar əsasında
aparılır (Əsasnaməyə 2,3 və 4 saylı Əlavələr).
XI. Qaliblərin
müəyyən edilməsi və müsabiqənin yekunu
11.1. Təşkilat Komitəsi tərəfindən
müsabiqənin yekunu olaraq, təqdim olunan
layihələr üzrə
qaliblərin müəyyən
edilməsi barədə
qərar qəbul edilir.
11.2. Hər nominasiya üzrə 3 qalib
(1-ci, 2-ci və 3-cü yerlər) müəyyən edilir və Təşkilat Komitəsi tərəfindən
qiymətli hədiyyələr
və diplomlarla
mükafatlandırılır. Toplanan
balların sayı bərabər olduqda Təşkilat Komitəsi tərəfindən
qaliblərin sayında
dəyişiklik edilə bilər.
11.3. Digər maraqlı tərəflər, şirkətlər,
sponsorlar, ictimai qurumlar da müsabiqənin
qalibləri və fərqlənənlərlə bağlı
mükafatlar təsis edə bilərlər.
11.4. Qrup halında iş təqdim edənlər qalib gəldikləri
təqdirdə mükafatların sayı dəyişmir. Mükafat müəllif qrupunun rəhbərinə təqdim
edilir.
11.5. Müsabiqənin nəticələri www.müsabiqe.edu.az
səhifəsində elan
edilir.
XII.
Müsabiqənin keçirilmə müddəti
Müsabiqənin başlanılma vaxtı
və mərhələləri ilə bağlı qərar Təşkilat
Komitəsi tərəfindən qəbul edilir və bu barədə Təhsil Nazirliyinin
(www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində
məlumat verilir.
XIII.
Qaliblərin təltif edilməsi
Qaliblərə mükafatlar və diplomlar
bu məqsədlə Təşkilat Komitəsi tərəfindən
təşkil olunan təqdimat mərasimində
təqdim edilir. Müsabiqənin
yekunları haqqında məlumat təqdimat mərasimindən
sonra Təhsil
Nazirliyinin
(www.edu.gov.az) və müsabiqənin
(www.musabiqe.edu.az) İnternet səhifələrində yerləşdirilir.
Azərbaycan müəllimi.-
2014.- 29 avqust.- S.3.