Fənn
kurikulumlarının tətbiqi
üzrə təlim kurslarının təşkili barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) maliyyələşdirilməsi
məqsədilə Beynəlxalq İnkişaf
Assosiasiyası ilə imzalanmış 4394AZ nömrəli
Maliyyələşdirmə Sazişinin
1-ci Əlavəsinin (Layihənin Təsviri) B Hissəsinin
(Müəllimlərin ixtisasartırma təhsilinin müasirləşdirilməsi)
1-ci bəndinə və TSİİL-in 2-ci komponentinin
İcra Planına uyğun
olaraq, 2014-2015-ci tədris ilində
ümumtəhsil məktəblərinin ibtidai,
V-VII siniflərində dərs deyəcək və indiyədək
kurikulum təlimlərindən keçməyən
müəllimlərin fənn kurikulumlarının tətbiqi
sahəsində nəzəri və praktik
hazırlığını
təmin etmək məqsədilə "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.
2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərinin
ibtidai, V-VII siniflərində dərs deyəcək
və indiyədək kurikulum təlimlərindən
keçməyən müəllimlər üçün
fənn kurikulumlarının tətbiqi üzrə 60 akademik saatlıq təlim kursları təşkil
edilsin.
2. Nəzərə
alınsın ki:
2.1. Naxçıvan
MR-də fənn kurikulumlarının tətbiqi üzrə təlim
kursları yerli mütəxəssislər
tərəfindən aparılır.
2.2. Respublikanın
şəhər və rayonlarında təlim kursları
TSİİL çərçivəsində keçirilmiş
tenderlər nəticəsində ibtidai
siniflər və V-VII siniflərdə tədris olunan fənlər üzrə bu
təlimləri keçirmək hüququ
qazanmış təşkilatlar tərəfindən
aparılır (siyahı əlavə olunur).
2.3. Bilavasitə
Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil
müəssisələrinin ibtidai, V-VII
siniflərində dərs deyəcək fənn müəllimləri
həmin müəssisələrin yerləşdikləri ərazilərdə,
məcburi köçkün məktəblərinin
həmin kateqoriyadan olan
müəllimləri isə məskunlaşdıqları şəhər
və rayonlarda təşkil edilən təlim
kurslarına cəlb olunurlar.
2.4. Təlim kursunu müvəffəqiyyətlə başa vurmuş müəllimlərə Təhsil Nazirliyi tərəfindən dövlət
nümunəli sertifikat verilir.
2.5. 2014-2015-ci tədris
ilində ümumtəhsil məktəblərinə yeni işə qəbul olunan
ibtidai və V-VII siniflərdə dərs
deyəcək müəllimlər üçün
əlavə qruplar yaradılmaqla təlim
kursları keçirilir.
3. Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri:
3.1. Təhsil
şöbəsinin (idarəsinin) təlim kurslarının
keçirilməsi üzrə əlaqələndiricinin və
kurs keçirilən məktəblərə
təhkim olunan əməkdaşların
siyahısını əmrlə təsdiq etsinlər və səlahiyyətlərini
müəyyənləşdirsinlər.
3.2. İbtidai siniflər və V-VII siniflərdə
tədris olunan fənlər üzrə təlim
kurslarını həyata keçirən təşkilatla
birlikdə keçiriləcək kursların cədvəlini tərtib
etsinlər, məşğələlərin keçirilməsi
üçün nəzərdə tutulmuş məktəblərdə lazımi
şəraitin yaradılmasını,
hər bir təlim otağının zəruri
texniki vasitələrlə (kompüter, proyektor) təchiz
olunmasını təmin etsinlər.
4. Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, Təhsil Nazirliyinin
birbaşa tabeliyində olan
ümumi təhsil müəssisələri:
4.1. Təlim dili göstərilməklə kurslara
cəlb olunacaq müəllimlərin
siyahısını yekun variantda
dəqiqləşdirib təsdiqləsinlər.
4.2. Təlim
kursları başa çatdıqdan sonra təlim keçirən təşkilatlarla
təhvil-təslim sənədləşməsini həll
etsinlər və təlimlərin nəticələri barədə
Nazirliyə hesabat təqdim etsinlər.
5. Məcburi köçkün rayonlarının təhsil şöbələri ibtidai, V-VII siniflərdə dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlərin işlədikləri ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilər üzrə təşkil olunan təlim kurslarında müntəzəm iştirakına ciddi nəzarət etsinlər.
6. Təhsilin
statistikası və keyfiyyətin qiymətləndirilməsi
şöbəsi (İ.Sadıqov) təlim kurslarının monitorinqinin həyata keçirilməsi üçün şöbənin əməkdaşlarının
respublikanın rayon və şəhərlərinə
ezam olunmasını və monitorinqin
nəticələrinə dair
arayış hazırlanıb rəhbərliyə təqdim
edilməsini təmin etsin.
7. İnsan resursları şöbəsi (F.Qədirov),
TSİİL üzrə əlaqələndirici qrupun direktoru (E.Rüstəmov)
təlim kurslarının təşkili, keçirilməsi və
yekunlaşdırılmasında təhsil orqanlarına və təlimləri
keçirən təşkilatlara əməli köməklik
göstərilməsi üzrə müvafiq tədbirlərin yerinə yetirilməsini
təmin etsinlər.
8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və əmrin əlavəsi
ilə birlikdə çoxaldılıb təhsil orqanlarına
göndərilməsini, təlim kurslarının nəticələrinin
kütləvi informasiya vasitələrində
işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına
nəzarət nazir müavininə (C.Bayramov) həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
8 avqust 2014-cü il
Azərbaycan
müəllimi.- 2014.- 15 avqust.- S.3.