Dünyanın ən yüksək reytinqli universitetlərində

təhsil alan azərbaycanlı tələbələr

 

Taleh ZİYADOV,

Kembric Universiteti

 

1977-ci ildə Bakıda anadan olub.  IX  sinfə qədər Bakıdakı 260 nömrəli tam orta məktəbdə, daha sonra Türkiyədə təhsil alıb.  2000-2002-ci illərdə   ABŞ-ın Beliod Kollecində  iqtisadiyyat, beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr,  2004-2006-cı  illərdə ABŞ-ın Corctaun Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.  2009-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın  Kembric Universitetində  beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura təhsilini  başa vurub.

 

Fərhad ABDULLAYEV,

London İmperial Kolleci

 

1992-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakıdakı 8 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 2011-2014-cü illərdə Böyük Britaniyanın London Kral Kollecində biznesin idarə olunması ixtisası üzrə bakalavr təhsili alıb. 2014-cü ilin sentyabrından    "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində  marketinq strategiya ixtisası üzrə magistr təhsili alır.

 

Tural HACIYEV,

London İmperial Kolleci

 

1986-cı ildə Bakıda anadan olub.  2004-cü ildə Bakıdakı 20 nömrəli məktəb-liseyi bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Neft  Akademiyasını neft-qaz yataqlarının işlənməsi istismarı  ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində  neft mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb. 

 

Cavid MƏMMƏDOV,

London İmperial Kolleci

 

1988-ci ildə Bakıda anadan olub.   X sinfi  Bakıdakı  N.Tusi adına gimnaziyada, XI sinfi isə ABŞ-ın Vermont ştatında bitirib.  2008-ci ildə  Azərbaycan Memarlıq İnşaat Universitetinin nəqliyyat fakültəsini  tətbiqi-geodeziya ixtisası üzrə başa vuraraq  bakalavr dərəcəsi alıb.  2011-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın London İmperial Kollecində mühəndislik ixtisası üzrə magistr  təhsilini  başa vurub.

 

Hazırladı: Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 5 dekabr.- S.8.