"İNEPO-2014" Beynəlxalq

olimpiadasının qızıl medalçısı

 

İkram Qabiyev 2001-ci ildə  Bakıda anadan olub. "Ankara məktəbi" məktəb-lisey"in VII sinif şagirdidir. 2014-cü ilin aprelində  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya  Təbii Sərvətlər Nazirliyi, İDEA təbiəti mühafizə üzrə ictimai təşkilatı İctimai Televiziyanın təşkilatçılığı ilə Bakıda  keçirilən "İNEPO-2014" Beynəlxalq olimpiadasında iştirak edib. Olimpiadada dünyanın 51 ölkəsindən 180 komanda təmsil olunub. İkram bu bilik   yarışmasında "Günəş radiasiyasından elektrik enerjisi alınmasının yeni metodikası" adlı layihəsi ilə çıxış edib. Sevindirici haldır ki, onun hazırladığı qurğu təşkilatçılar münsiflər heyəti tərəfindən  yüksək qiymətləndirilib   olimpiadanın qızıl medalına  layiq görülüb.

İkram həmin layihə ilə iyun ayında  ABŞ-ın Osveqo şəhərində təşkil olunmuş ümumdünya olimpiadasında (GENİUS Olimpiada) iştirak edərək "HONOR" sertifikatına layiq gorulüb. Beləliklə, 12 yaşlı azərbaycanlının şərəfinə Amerikada Azərbaycan bayrağı qaldırılıb. 2014-cü ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən Bakı Elm Festivalında  İkram Qabiyev eyni adlı layihə ilə balaca ixtiraçı kimi hamını təəccübləndirib.  

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.7.