"Azərbaycan müəllimi"

qəzetinə ünvanlanan təbriklər

"Azərbaycan müəllimi"

qəzetinin kollektivinə

 

"Azərbaycan müəllimi" qəzetinin 80 illik yubileyi münasibətilə bütün redaksiya heyətini öz adımdan və Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim, tələbə heyəti adından ürəkdən təbrik edirəm!

Azərbaycan mətbuatı tarixində öz yeri, dəst-xətti və xüsusi çəkisi olan "Azərbaycan müəllimi" qəzeti, eyni zamanda ölkəmizin təhsil tarixində gördüyü əvəzsiz işlərə görə əlamətdardır. Qəzet 80 illik fəaliyyəti dövründə çox məhsuldar bir yol keçmiş, təhsil sahəsində aparılan islahatlar, görülən işlər və dəyişiklikləri geniş oxucu auditoriyası üçün işıqlandırmış, təhsil və mədəniyyət işçilərinin, elm xadimlərinin əsl tribunasına çevrilmişdir. Rəngarəngliyi, aktual mövzuları ilə oxucuların inamını doğruldan "Azərbaycan müəllimi" qəzeti mətbu sözün məsuliyyətini çox gözəl dərk edən və dəyərləndirən bir mətbuat orqanı kimi davamlı olaraq günü-gündən inkişaf edən ölkəmizin uğurlarını qələmə almış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil və elm sahəsində apardığı uğurlu daxilixarici siyasəti hər sayında işıqlandırmışdır.

"Azərbaycan müəllimi" qəzeti ilə Bakı Dövlət Universiteti arasında uzun illərdir ki, sıx əməkdaşlıq ənənələri yaranmışdır. "Azərbaycan müəllimi" qəzetinin bu iki qurum arasında səmimi münasibətlərin göstəricisi olan "Universitetin dostu" mükafatına layiq görülməsi bu mətbu orqanın elm və təhsilimiz, o cümlədən Bakı Dövlət Universiteti ilə əlaqədar obyektiv yazılar verməsinin təsdiqidir.

Mən bir daha 80 illik yubileyiniz münasibətilə Sizibütün redaksiya heyətini təbrik edir, Azərbaycan dövlətinin və dövlətçiliyinin, mətbu sözün inkişafı, çiçəklənməsi, daha da möhkəmlənməsi naminə uğurlar arzulayıram. İnanıram ki, "Azərbaycan müəllimi" qəzeti bundan sonra da öz xəttinə sadiq qalacaq, respublikamızda həyata keçirilən genişmiqyaslı təhsil islahatlarının təbliğatçısına çevriləcək, milli mətbuat tariximizdə nüfuzunu qorumaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik

 

"Azərbaycan müəllimi"

qəzetinin kollektivinə

 

Ölkəmizdə təhsil, elm mədəniyyətin inkişafı yolunda əvəzsiz xidmətlər göstərən, respublika mətbuatında özünəməxsus yolu olan "Azərbaycan müəllimi" qəzetinin 80 illik yubileyini təhsil işçiləri, elmi-pedaqoji ictimaiyyət əlamətdar hadisə kimi qeyd edir.

"Azərbaycan müəllimi" bütün dövrlərdə xalqımızın maariflənməsi üçün əvəzolunmaz məktəb olub. Təhsil qurumlarının fəaliyyəti, bu sahədə həyata keçirilən proqramlar, pedaqoji nəzəriyyə təcrübənin inkişaf etdirilməsi məsələləri qəzetin aparıcı mövzuları olaraq ictimai rəyin formalaşmasına ciddi təsir göstərməkdədir. Qəzet ölkə həyatında baş verən ictimai-siyasi proseslərə təkcə sahə mətbuatına xas məhdud çərçivədə deyil, vətəndaşlıq mövqeyindən, əhatəli obyektiv münasibət bildirir.

Bütün bunlara görə "Azərbaycan müəllimi" təkcə çoxminlik təhsil işçilərinin deyil, həm ölkə ziyalılarının sevimli nəşrlərindən birinə çevrilib.

80 illik yubileyini qeyd edən "Azərbaycan müəllimi" qəzetinin bütün kollektivini bu münasibətlə ürəkdən təbrik edir, onlara xalqımızın daha da maariflənməsi inkişafı naminə fəaliyyətlərində uğurlar diləyirəm.

 

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin rektoru, professor

 

"Azərbaycan müəllimi" qəzetinin

Baş redaktoru B.Hüseynzadəyə

 

Hörmətli Bayram müəllim!

"Azərbaycan müəllimi" qəzetinin 80 illik yubileyi münasibəti ilə Sizi Odlar Yurdu Universitetinin professor-müəllim heyəti çoxsaylı tələbələri adından təbrik edirəm.

Son dövrlərdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, elm-təhsil sahəsində aparılan islahatlar nəticəsində qazanılmış uğurlar danılmazdır.

Azərbaycan təhsilinin, elminin, tədrisinin, hətta ictimai fikrinin inkişafında özünəməxsus rolu olan "Azərbaycan müəllimi" qəzeti mətbu orqan olaraq hazırda da təhsil naziri cənab Mikayıl Cabbarovun işgüzar səyi ilə ölkəmizin milli təhsil sistemində aparılan strateji islahatları, təhsilin idarə edilməsində ən müasir, dünyəvi innovativ metodların tətbiqi ilə bağlı məsələləri s. təhsil yeniliklərini yüksək səviyyədə işıqlandıraraq geniş ictimaiyyətə çatdırır.

Elm təhsilimizin inkişafında müstəsna rolu olmuş qəzetinizin ömür salnaməsinə nəzər salarkən keçdiyiniz keşməkeşli həyat yolunun necə işıqlı, bəsirətli, bəşəri bir yol olduğunu görürük.

Mütəmadi olaraq elmimizin təhsilimizin ən əlamətdar günləri məhz Sizin qəzetin əməkdaşlarının gərgin zəhməti sayəsində geniş oxucu kütləsinə çatdırılmaqdadır.

Hörmətli cənab Baş redaktor!

Bir daha "Azərbaycan müəllimi" qəzetinin 80 illik yubileyi münasibəti ilə Sizi, şəxsinizdə kollektivinizin hər bir əməkdaşını universitetimizin professor-müəllim heyəti, çoxsaylı tələbələri adından şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edərək, sağlam həyat, xoş əhvali-ruhiyyə, xalqımızın, dövlətimizin bu günü sabahı naminə uzun ömür, cansağlığı arzu edirəm. Ulu Tanrı köməyiniz olsun!

 

Əhməd VƏLİYEV,

Odlar Yurdu Universitetinin

rektoru, millət vəkili, professor

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.3.