Yubiley təbrikləri

 

"Azərbaycan müəllimi" - 80

 

-  Mənim nəzərimdə "Azərbaycan müəllimi" qəzeti iki mühüm sahəni - təhsil jurnalistikanı bir araya gətirməsi baxımından xüsusi önəm daşıyır. Bu qəzetin səhifələrində işıq üzü görən materiallar müəllim jurnalist əməyini əks etdirdiyi üçün ikiqat dəyər maraq kəsb edir.

Müxtəlif vaxtlarda ayrı-ayrı alimlərimiz, pedaqoqlarımız, eləcə fikir adamlarımız, ədiblərimiz bu qəzetdə öz yazıları ilə çıxış ediblər. Onlar bir sıra aktual məsələlərə münasibətlərini məhz "Azərbaycan müəllimi"nin səhifələrində açıqlayıblar. Bu mənada, "Azərbaycan müəllimi" işıq üzü gördüyü bu 80 il ərzində təkcə təhsil qəzeti olaraq qalmayıb, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib, bu mövzuda yazılara da öz səhifələrində müntəzəm olaraq yer verib.

Təhsilimizin tərəqqisi ilə yanaşı, Azərbaycan dilinin saflığı, əlifbamızın təkmilləşdirilməsi uğrunda mübarizə qəzetin daima diqqət yetirdiyi yer ayırdığı məsələlərdən olub.

Odur ki, "Azərbaycan müəllimi"nin 80 illik yubileyi, pedaqoji ictimaiyyətimiz üçün olduğu qədər, mətbuatımız, ümumən qələm adamlarımız üçün əlamətdar hadisədir. 80 il bir qəzet üçün sanballı yaşdır, çiyinlərində vacib bir missiya, qiymətli ənənələrin davamçısı olmaq kimi məsuliyyətli vəzifə daşıyan yaradıcı kollektiv üçün sevindirici yubileydir. Bu yubiley münasibətilə "Azərbaycan müəllimi" qəzetinin redaksiya heyətini, qəzetin yazarlarını, çoxsaylı oxucularını ürəkdən təbrik edir, yeni uğurlar, yeni yubiley sevincləri arzulayıram.

 

ANAR,

Azərbaycan Yazıçılar Birliyinin sədri

 

- "Azərbaycan müəllimi" qəzeti ilk növbədə bizim təhsil tariximizin, pedaqoji sahənin işıqlandırılmasında önəmli rol oynayıb bu işi yenə layiqincə davam etdirməkdədir. Digər tərəfdən, 80 yaşlı bu qəzetin milli mətbuat aləmində  özünəməxsus yeri var. Təhsilin, müəllimlik peşəsinin təbliği, ölkənin inkişafındakı rolunun cəmiyyətə çatdırılması istiqamətində "Azərbaycan müəllimi" qəzeti danılmaz xidmətlər göstərib.

Nəşrə başladığı dövrdən etibarən qəzetin ictimaiyyət arasında böyük nüfuz qazandığını göstərən cəhətlərdən biri ölkənin ən tanınmış simalarının onun səhifələrində davamlı şəkildə çıxış etmələridir. Elə ilk vaxtlardan bu qəzet öz səhifələrində ədəbiyyat, mədəniyyət məsələlərinə də geniş yer ayırıb.

Xüsusən keçmiş sovet dövründə "Azərbaycan müəllimi" respublikanın ən nüfuzlu mətbu orqanlarından biri kimi sayılıb-seçilib. Sonrakı keçid dövründə, müstəqilliyin ilk illərində bir sıra çətinliklərlə üzləşsə də, "Azərbaycan müəllimi" dövlətin diqqət və qayğısı, kollektivin fədakarlığı sayəsində mətbuat aləmində qalmağı bacardı. Və artıq illərdən bəridir ki, öz mövqeyini qoruyub saxlamağa, daha da möhkəmləndirməyə çalışır.

Keçdiyi 80 illik tarixi yol, həmin müddətdə qazanılan nailiyyətlər, bərqərar olmuş ənənələr "Azərbaycan müəllimi"nin bu yolda hələ uzun illər əzmlə, uğurla irəliləyəcəyindən xəbər verir. Yubileylə əlaqədar "Azərbaycan müəllimi"nin kollektivində təmsil olunan dəyərli həmkarlarıma, təhsil ictimaiyyətinə, bu qəzeti özünə doğma bilən, onun təəssübünü çəkən hər kəsə səmimi təbriklərimi və xoş arzularımı ünvanlayıram.

 

Rəşad MƏCİD,

Azərbaycan Yazıçılar Birliyinin katibi,

"525-ci qəzet"in baş redaktoru

 

Azərbaycan müəllimi.- 2014.- 7 fevral.- S.3.