Müəllimlik ziyalılıq məktəbi

"Azərbaycan müəllimi" - 80

 

Azərbaycanda çoxsaylı mətbuatın mövcud olduğu fəaliyyət göstərdiyi bir dövrdə "Azərbaycan müəllimi" qəzeti möhkəm davamlı ənənələri daim müasirlik ruhu ilə seçilən mətbuat orqanı kimi özünü isbat etmişdir. "Azərbaycan müəllimi" ölkəmizdə maarifçi ziyalıların, müəllimlərin sözünü deyən, onların yaradıcı axtarışlarını üzə çıxaran, yeni düşüncə yanaşmaları qiymətləndirən, cəmiyyətə təqdim edən qəzetdir. "Azərbaycan müəllimi" qəzeti Azərbaycan ziyalılığının əsas xitabət kürsüsüdür. Müasir mərhələdə Azərbaycan milli təhsil sistemində aparılan islahatlar, böyük dəyişikliklər yeniləşmələr "Azərbaycan müəllimi" qəzetinin işığında sistemli ardıcıl şəkildə ictimaiyyətə çatdırılır. Azərbaycan ictimaiyyəti ölkəmizdə təhsil sahəsində gedən yeni prosesləri ilk növbədə "Azərbaycan müəllimi" qəzetindən öyrənir. Bütün bunlara görə "Azərbaycan müəllimi" qəzeti öz məktəbini yaratmışdır. "Azərbaycan müəllimi" qəzetini diqqətlə ardıcıl şəkildə oxuyub-öyrənib orta, yaxud ali təhsil səviyyəsində bilik məlumatlar almaq, dünyagörüşü qazanmaq mümkündür. "Azərbaycan müəllimi" - müəllimlik, ziyalılıq, elmilik məktəbidir.

Azərbaycanda məktəb pedaqoji fikir tarixi, pedaqogika, psixologiya, fənlərin tədrisi metodikası, defektologiya sair kimi bu qəbildən olan elmlərin inkişafında "Azərbaycan müəllimi" qəzetinin böyük rolu, xüsusi xidmətləri vardır. Geniş mənada isə bütün elm sahələrinə, xüsusən humanitar ictimai elmlərə "Azərbaycan müəllimi" qəzetində geniş yer ayrılır. "Azərbaycan müəllimi" akademik elmlə - pedaqogika-psixologiya elmləri arasında böyük körpüdür. Elm sahələri arasında əlaqələrin formalaşması inkişafında "Azərbaycan müəllimi" qəzetinin xüsusi yeri mövcuddur.

Elm təhsil işçilərini "Azərbaycan müəllimi" qəzetinin şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, qəzetin yaradıcı kollektivinə daha böyük uğurlar arzulayıram.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

 

Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.3.