Məktəb dostlarıma

 

O bina.., o görkəm... o boy, o vüqar

Durur beş il əvvəl durduğu kimi.

Divarda yenə gümüş saat var,

Vurur beş il əvvəl vurduğu kimi.

 

Üzümə baxmayır keçən uşaqlar,

Ah onlar acıqmı verirlər mənə?

Uşaqlar, dayanın, sizə sözüm var,

Tez-tez ötürsünüz, olub yenə?..

 

Bir gör, qapıçı da yad sayır məni,

Hanı şəkər dilli Güldəstə xala?

Acıqlı-acıqlı saxlayır məni,

- Sən kimsən, nəçisən - deyir - ay bala.

 

Kimi soraq verim, mən kimi ona,

Nədənsə özümü öyə bilmirəm.

Bu məktəb mənimdir, deyimmi ona

Ancaq edim ki, deyə bilmirəm.

 

Deyimmi titrəyir qəlbimin teli,

Yaddaşın, hafizən əmi hardadır?

Deyimmi ömrümün dörd əziz ili

Əmican, bu gözəl otaqlardadır.

 

...Onda fizikanı çətin sayırdım,

Yanıram düşəndə hər yada indi.

Cəbr bilənləri lağa qoyardım

Gəlin qulaq asaq ona da indi...

 

Cabir NOVRUZOV

 

"Azərbaycan müəllimi", 14 sentyabr 1958-ci il, № 70

 

Azərbaycan müəllimi.- 2014.- 14 fevral.- S.3.