Ən yaxşı müəllimlərimiz

 

Mehriban HÜSEYNLİ,

Gəncə şəhər 43 nömrəli tam

orta məktəbin biologiya müəllimi

 

1977-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 2013-2014-cü ildə Təhsil Nazirliyinin xətti ilə keçirilən "Elektron təhsil" müsabiqəsində fərqlənib. Bir çox treninq seminarların iştirakçısıdr. Tədris etdiyi fənn üzrə şagirdləri dəfələrlə respublika fənn olimpiadalarında müxtəlif müsabiqələrdə qalib olublar.  Şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə edərək respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olub.

 

Nabat QASIMOVA,

Gəncə şəhər 39 nömrəli tam

orta məktəbin riyaziyyat müəllimi

 

1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidən hazırlanma kursunda  riyaziyyat informatika ixtisasını bitirib. Müxtəlif treninq seminarların iştirakçısı olub sertifikatlar əldə edib. 13 dekabr 2009-cu ildə İctimai Televiziyada "Kosinuslar  teoremi" mövzusunda "açıq dərs"i nümayiş olunub. Şagirdlərindən bir çoxu fənn olimpiadalarında qəbul imtahanlarında yüksək nəticələr əldə edib.  2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

 

Nərgiz QURBANOVA,

Gəncə şəhər 4 nömrəli tam

orta məktəbin ingilis dili müəllimi

 

1979-cu ildə Gəncə şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Hazırda ADU-da magistratura pilləsi üzrə təhsilini davam etdirir.  2008-ci ildən Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə işləyir. Azərbaycan müəllimlərinin XIV qurultayının nümayəndəsi olub. Təhsil Nazirliyi bir sıra qeyri-dövlət təşkilatları tərəfindən keçirilən treninq seminarlarda fəal iştirak edib. "Təlimçi" statusu alıb. 2012-2013-cü tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

 

Yeganə SƏFƏROVA,

Gəncə şəhər 4 nömrəli tam

orta məktəbin ibtidai sinif müəllimi

 

1971-ci ildə Gəncə şəhərində anadan olub. 1991-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası metodikası fakültəsini bitirib. 2011-ci ildə "Ən yaxşı müəllim"müsabiqəsinin qalibi olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir çox treninq seminarların fəal iştirakçısı olaraq sertifikatlar əldə edib. Dərs prosesində müasir təlim metodlarından istifadəyə üstünlük verir.

 

Zərri SÜLEYMANOVA,

Gəncə şəhər 10 nömrəli tam

orta məktəbin fizika müəllimi

 

1963-cü ildə anadan olub. 1984-cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirib. 1984-1988-ci illərdə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindəki orta məktəbdə fizika müəllimi işləyib. 1989-cu ildən Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə çalışır. Müxtəlif treninq seminarların iştirakçısıdır. Pedaqoji fəaliyyətində fərqləndiyinə görə dəfələrlə Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən Fəxri fərmanlar alıb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

 

Hazırladı: Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 18 iyul.- S.3.