Məktəbli formalarının tikilişində istifadə

olunan parçalar Türkiyədən gətirilir

  

Artıq bir neçə ildir ki, paytaxtın orta ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq edilir. Məktəbli formasının tətbiqinə 2007-2008-ci tədris ilindən başlanmış və şagirdlərin uzun illər məktəbə sərbəst geyimdə gəlmələri nəzərə alınaraq onların məktəbli formasına psixoloji baxımdan uyğunlaşması üçün bu proses 3 mərhələdə həyata keçirilmişdir. İlk dəfə 2010-2011-ci tədris ilində I-IV sinif şagirdləri vahid məktəbli formasına keçib. Sonra isə mərhələli olaraq yuxarı siniflərin şagirdlərinə  vahid formalar tətbiq edilib. Formaların hazırlanmasına gəldikdə isə bu Bakı Tikiş Evi tərəfindən həyata keçirilir. Görəsən, bu il formaların hazırlanma prosesində, satışında nə kimi yeniliklər nəzərdə tutulur? Bununla bağlı suallarımızı cavablandırmaq məqsədilə Bakı Tikiş Evində  (BTE) olduq, BTE-nin idarə heyətinin sədri Fədail Rəhimovla görüşdük.

 

- Fədail müəllim, artıq bir neçə ildir ki, yay tətilində övladları üçün məktəbli forması əldə etmək valideynlərin əsas qayğılarından birinə çevrilib. Bu ilistisna deyil. Öncə bilmək istərdik ki, bu il məktəbli forması ilə bağlı nə kimi yeniliklər var?

- Anbarlarımız məktəbli forması ilə doludur. Biz ilboyu tədarükümüzü görürük ki, avqust-sentyabr aylarında sıxlıq olmasın. Qışdan bəri bütün ölçülərdə formalar tikilərək anbarlara toplanıb. Bu il də inanırıq ki, hamıya forma çatacaq. Hazırda bütün növ ölçüdə geyimlə təminat baxımdan heç bir çətinlik gözlənilmir. Fabrikin bütün sexlərində qızğın gedir. Bir tərəfdə pencəklər, bir tərəfdə şalvarlar, digər yanda da köynəklər tikilib ütülənir və asılqanlara vurulub satış məntəqələrinə yola salınır. Formadizayn baxımından bu il məktəbli formalarında elə bir yenilik yoxdur.

- Bəs formaların keyfiyyəti necədir, alıcıları qane edirmi?

- Formaların keyfiyyətinə xüsusi diqqət yetiririk. Türkiyənin "Bossa" firması ilə bağladığımız müqaviləyə əsasən parçalar aksesuarlar Türkiyədən gətirilir. Formalar  yüksək keyfiyyətlidir. Uzun müddət istifadə edilməsinə baxmayaraq rənglər öz effektini itirmir, yuyularkən kiçilmir. Kimyəvi təmizləməyə davamlıdır. Bundan başqa, formalar gigiyenik cəhətdən çox əlverişlidir sağlamlığa heç bir zərəri yoxdur. Bizim geyimlərimiz Avropa Birliyi laboratoriyasının, Azərbaycanın Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin sertifikatını alıb. Bu sənədlər bir daha təsdiqləyir ki, BTE-nin geyimlərinin uşaqlar üçün heç bir zərəri yoxdur. Yüksək keyfiyyətin  nəticəsidir ki, şagirdlər bir tədris ili müddətində geydiyi formanı əgər ölçülərində bir o qədər fərq olmursa ikinci ildə rahatlıqla geyə bilir ya özündən kiçik bacı-qardaşlarına verirlər. Lakin bunara baxmayaraq fabrikimiz alıcıların bütün təklif rəylərini nəzərə alır. Bununla bağlı BTE- "Qaynar xətt" (012 597 45 39) xidməti fəaliyyət göstərir. Alıcıların hər hansı bir narazılığı olarsa zəng edib öz təklif ya iradlarını bildirsinlər.

- Formaların qiyməti satış məntəqələriniz haqqında deyə bilərsiniz?

- Formalar 2 hissəyə bölünür:  I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif şagirdləri üçün (26-44 ölçüdə) dəstin qiyməti 40 manat,  VII-XI siniflər üçün isə (34-54 ölçüdə) 52 manat müəyyən edilib. Bundan başqa dəstə daxil olan jilet, köynək, şalvar, yubka pencəklər ayrı-ayrılıqda satılır. Elə ailələr var ki, 3-4 uşaq məktəbə gedir, onların hər uşağa məktəbli forması almağa imkanı çatmır. Bu məsələ ilə bizə müraciət edən ailələrə endirim edirik. Endirimin dəyəri ailədəki uşaqların sayına görə müəyyənləşir.

Satış məntəqələrimizə gəldikdə isə onların da sayı ilbəil artır. Hazırda paytaxtın 11 rayonunda 16 satış məntəqəmiz fəaliyyət göstərir. Bundan başqa Sumqayıtda, Qubada Abşeron rayonunda da məntəqələrimiz müştərilərimizə yüksək səviyyədə xidmət edir.

- Bəzən formalarınızın digər ticarət mərkəzlərində satışına rast gəlinir. Bu haqda deyə bilərsiniz?

- Bakıdakı "8-ci kliometr" bazarında bəzi ticarət mərkəzlərində BTE nişanı ilə keyfiyyətsiz, gigiyenik tələblərə cavab verməyən, uşaqların bədənlərində allergik səpkilər yaradan, başqa ölkələrdən gətirilmiş ya zirzəmi şəraitində tikilmiş məktəbli formalarına rast gəlinir. Həmin geyimlərin BTE nişanı ilə satılması iqtisadi cinayətdir. Belə halların qarşısının qanunvericiliklə alınması yolunda addımlar atılır biz buna qarşı ciddi mübarizə aparırıq. Lakin bizimlə yanaşı alıcılara da bu kimi hallarda diqqətli olmağı tövsiyə edirəm. Valideynləri belə məktəbli formaları almamağa çağırıram. Diqqətə çatdırmaq istəyirəm ki, saxta formaları seçmək üçün ən çox nəzər yetirilməli məqam ondan ibarətdir ki, Bakı Tikiş Evinin tikdiyi formaların qolunda, düyməsində əsasən astarında BTE yazılıb. Bundan başqa, valideynlərə məktəbli formalarını vaxtında almağı, alış-verişi avqust sentyabr aylarına saxlamamağı məsləhət görürəm. Çünki həmin aylarda mağazalarımızda çox sıxlıq olur. 

 

Müsahibəni apardı:

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 25 iyul.- S.6.