Sınaq qiymətləndirilməsinin keçirilmə
vaxtı açıqlandı
Müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi
(BŞTİ) iyunun 4-də müəllimlərin
bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi ilə əlaqədar məktəb
direktorlarının iştirakı ilə növbəti
iclasını keçirib. İclasda BŞTİ-nin rəsmi
nümayəndələri tərəfindən sınaq qiymətləndirilməsində
iştirak etmək üçün
dövlət ümumtəhsil məktəblərinin hər
müəlliminin adına hazırlanan buraxılış vərəqəsi
barədə ətraflı məlumat verilmişdir.
İclasdan sonra
buraxılış vərəqələri hər bir məktəbin direktoruna
müəllimlərə vermək üçün
çatdırılmışdır.
Buraxılış vərəqələrində
qiymətləndirilmədə iştirak
edən müəllimin adı, soyadı, ata
adı, ixtisası, rayon kodu,
məktəb kodu, iş
nömrəsi, qiymətləndirilmənin tarixi
və keçirildiyi yer
qeyd edilib. Qiymətləndirməyə gələn zaman müəllimlər həm
buraxılış vərəqəsini, həm də şəxsiyyəti
təsdiq edən sənədi özü
ilə gətirməlidir.İştirakçı müəllimin
qiymətləndirilmə mərkəzinə
buraxılış vərəqəsində göstərilən
saatdan 1 saat 30 dəqiqə
əvvəl gəlməsi vacibdir. Qiymətləndirilmə
başladıqdan 30 dəqiqə sonra gələn
müəllim zala buraxılmayacaq. Qiymətləndirilmə
2 saat 30 dəqiqə davam
edəcək.
Qeyd edək ki, Dövlət
Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində
işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin
qiymətləndirilməsi və əlavə təlim
ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə
10-13 iyun 2014-cü il
tarixlərində Bakı şəhərinin bütün
dövlət ümumi təhsil müəssisələrində
çalışan müəllimlərin bilik
və səriştəsinin sınaq qiymətləndirilməsi
aparılacaqdır.
Azərbaycan
müəllimi.- 2014.- 6 iyun.- S.5.