Ən yaxşı
müəllimlərimiz
Xalidə NƏZƏROVA,
Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin
biologiya müəllimi
1959-cu ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib.
2007-2008-ci tədris ilində keçirilən "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibi
olub. 2013-cü ildə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb. Şagirdləri respublika fənn
olimpiadalarının və
bir çox müsabiqələrin qalibləri
olublar. Təhsil sahəsində aparılan
islahatlarda fəal iştirak edir. Bir çox treninqlərin iştirakçısıdır. Şagirdlərindən bir çoxu qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə
daxil olublar.
Xudaverdi
İSMAYILOV,
Sumqayıt şəhəri Təbiət
Elmləri
Təmayüllü Gimnaziyanın kimya
müəllimi
1957-ci ildə Zəngilan rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 2001-ci ildən
Sumqayıt şəhəri
Təbiət Elmləri
Təmayüllü Gimnaziyada
işləyir. Bir çox
treninq və layihələrdə iştirak
edərək sertifikatlar
əldə edib.
2009-cu ildə 10-cu və 11-ci siniflərin,
2010-cu ildə isə
8-ci sinif kimya dərsliklərinin rəyçisi
olub. Şagirdləri müxtəlif illərdə
respublika fənn olimpiadalarında yüksək
nəticələr əldə
edib. 2009-cu ildə keçirilən
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi olub. 2012 və
2013-cü illərdə keçirilən
qəbul imtahanlarında
şagirdlərinin 100%-i
ali məktəblərə
daxil olub, onlardan 50%-dən çoxu isə 600-dən çox bal toplayıb.
2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı ilə
"Əməkdar müəllim"
fəxri adına
layiq görülüb.
Fazil
ELLAZOV,
Sumqayıt şəhəri Təbiət
Elmləri Təmayüllü
Gimnaziyanın Azərbaycan dili
və ədəbiyyat
müəllimi
1959-cu ildə Gədəbəy rayonunda anadan olub. BDU-nun filologiya fakültəsini
bitirib. 1993-cü ildən pedaqoji fəaliyyətə başlayıb.
Elmi, pedaqoji, publisistik yazıları müxtəlif
mətbuat orqanlarında
çap olunub. İki dərsliyin, bir çox vəsaitin həmmüəllifi, bir
neçə vəsaitin
və bədii kitabın isə redaktorudur. Şagirdləri
fənn olimpiadalarının
respublika turunda, inşa müsabiqələrində
uğurlu nəticələr
göstərib, yüksək
yerlər tutub, qəbul imtahanlarında yüksək bal toplayıblar. Ekspert kimi TQDK ilə
əməkdaşlıq edir.
2009-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"Tərəqqi" medalı
ilə təltif olunub.
Esmira
MUSAYEVA,
Sumqayıt şəhəri 11 nömrəli
tam orta məktəbin tarix müəllimi
1969-cu ildə Sumqayıt şəhərində
anadan olub. 1993-cü ildə Rusiya Federasiyasındakı
Volqoqrad Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Müxtəlif layihə, treninq
və seminarların, beynəlxalq proqramların
iştirakçısı olub.
2009-cu ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "Tərəqqi"
medalı ilə təltif edilib. 2007-2008-ci və 2012-2013-cü tədris illərində keçirilən "Ən
yaxşı müəllim"
müsabiqələrinin qalibi
olub. Şagirdləri dəfələrlə fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə
uğur qazanıb.
Qəbul imtahanlarında
yüksək nəticələr
əldə edən şagirdləri müxtəlif
ali təhsil
müəssisələrinə daxil olublar. Tarix dərsliklərində
rəyçi və
dərsliklərin qiymətləndirilməsində
ekspert kimi çalışır.
Gülər MƏMMƏDZADƏ,
Sumqayıt şəhəri 27 nömrəli
tam orta məktəbin
ingilis dili müəllimi
1978-ci ildə Sumqayıt şəhərində
anadan olub. 2002-ci ildə Azərbaycan
Dillər Universitetinin
magistratura şöbəsini
fərqlənmə diplomu
ilə bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə
hazırda çalışdığı
27 nömrəli tam orta
məktəbdə başlayıb.
2003-cü ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri
üzrə Bürosu tərəfindən yaradılan
"Project Harmoniya" təşkilatının
Məktəb Əlaqələndirmə
və Mübadilə Proqramında layihə koordinatoru işləyib.
İnternetin təhsilə inteqrasiyası,
yeni təlim metodlarından istifadə və vətəndaş təhsili üzrə bir sıra treyninqlərin
iştirakçısı olub.
2005-ci ildə qeyd olunan proqram çərçivəsində ABŞ-ın Corciya ştatının Atlanta şəhərinə mübadilə
müəllimi kimi səfər edib.
2009-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. Hazırda bir sıra innovativ
təhsil proqramlarında
və treninqlərdə
iştirak edir.
Hazırladı: Niyazi
RƏHİMOV
Azərbaycan müəllimi.-
2014.- 6 iyun.- S.8.