Bakıda müəllimlərin
sınaq
qiymətləndirilməsi
davam edir
Sınaq qiymətləndirilməsində iştirak etmiş
müəllimlərin imtahanla bağlı təəssüratları
İyunun 10-da Bakı şəhərində yerləşən
dövlət ümumtəhsil müəssisələrində
fəaliyyət göstərən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinə
başlanıldı. Sınaq qiymətləndirilməsində
iştirak edən müəllimlərin
rahatlığının təmin edilməsi üçün
seçilmiş mərkəzlərdə
hər cür şərait
yaradılıb.
Qeyd edək ki, sınaq qiymətləndirilməsi
Bakı şəhərinin ümumtəhsil məktəblərinin
müəllimlərini əhatə etməklə 10-13 iyun
2014-cü il tarixlərində keçirilir. İyunun
10-da rus dili və ədəbiyyat (rus
bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt
müəllimlərinin sınaq qiymətləndirilməsi aparıldı. İyunun 11-də riyaziyyat,
Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla),
iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin
çağırışaqədərki
hazırlığı, biologiya fənlərini
tədris edən müəllimlərin sinaq
qiymətləndirməsi başa çatdı.
İyunun 13-də isə fizika,
coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək
hazırlığı, alman dili, rus dili
(Azərbaycan bölməsində) müəllimlərinin bilik və bacarıqları yoxlanılacaq.
İmtahanlar Bakı şəhərində 4 zona üzrə məktəblərdə, 2
növbədə (10:00 - 12:00, 15:00 - 17:00) keçirilir.
Bu məqsədlə 30 mərkəz
müəyyən edilib.
Sınaq qiymətləndirilməsində
Bakı şəhəri üzrə ümumilikdə 357 məktəbin
30070 müəlliminin iştirakı gözlənilir.
"Tam obyektiv bir imtahan
keçirildi"
Sürəyya Bağırova, Səbail
rayonu,
239
nömrəli tam orta məktəbin müəllimi:
"Mənə
"A" variantı düşmüşdü. Sualların hamısını cavablandırdım.
Amma nə dərəcədə
düzgün olduğunu
imtahanın nəticələri
məlum olanda biləcəyəm. İxtisasdan ümumiyyətlə,
çətinliyim olmadı.
Düzdür, bəzi suallarda
çətinliklərlə qarşılaşdım. İmtahanın keçirilməsi üçün
hər bir şərait yaradılmışdır.
Tam obyektiv bir
imtahan keçirildiyini,
heç bir qanun pozuntusuna yol verilmədiyini düşünürəm. Yuxarı siniflərdə dərs dediyim üçün kurikulum təlimindən hələ keçməmişəm.
Lakin buna baxmayaraq kurikulum haqqında özüm oxumuşam və demək olar ki, 80-90 faiz mənimsəmişəm".
"Sual kitabçaları paylanmamışdan
qabaq həyəcanlanmışdım"
Səbinə Səmədova, Səbail rayonu, 162
nömrəli
tam orta məktəbin
müəllimi: "Sual kitabçaları paylanmamışdan qabaq həyəcanlanmışdım. Lakin suallara baxandan sonra bu həyəcanım
keçdi. Çünki sualların demək olar ki, əksəriyyətini
əminliklə yazdım.
Ümumilikdə təxminən 5-7 sual arasında şübhələrim oldu.
İmtahanın normal şəraitdə keçirildiyini düşünürəm.
Metodiki suallar da bir
o qədər çətin
deyildi. Əgər müəllim öz
üzərində işləyərsə,
bilik və bacarığını artırmağa
cəhd göstərərsə
asanlıqla hər bir maneəni dəf edə bilər. Bu bizim
özümüzü yoxlamaq
üçün yaxşı
fürsət oldu".
"Suallar bir o qədər
də çətin deyildi"
Nigar Abbasova,
Binəqədi rayonu,
115
nömrəli tam orta məktəbin müəllimi:
"Sualların
demək olar ki 95%-nə cavab verdim. Bir az yeni
dövr ədəbiyyatından olan suallardakı şeirlərlə
bağlı tərəddüd etdiklərim oldu.
Ümumiyyətlə, suallar bir o qədər də
çətin deyildi. Azərbaycan dilindən
olan sualları çox
sərbəst və rahat şəkildə
yazdım. Kurikulum təlimindən
keçməməyimə baxmayaraq bununla bağlı da
yaxşı hazırlaşmışdım.
Düşünürəm ki suallara düzgün cavablar yazmışam. Sınaq qiymətləndirilməsinin
keçirilməsi müəllimlərin həm də özlərinə
hesabat verdiyi bir qiymətləndirmədir".
"Sınaq qiymətləndirilməsinin hər
3 ildən
bir keçirilməsinin tərəfdarıyam"
Asif Salmanov,
Binəqədi rayonu,
314
nömrəli tam orta məktəbin müəllimi:
"İmtahan
çox normal keçdi. Suallar
da asan idi.
Təbii ki, bilənlər üçün.
Fənn tədris edən müəllimlər üçün
sualları cavablandırmaq adi haldır. Mənə
"D" variantı düşmüşdü.
Sualların hər birini cavablandırdım.
Düzdür, bir az ədəbiyyatdan çətinliyim oldu, amma
düşünürəm ki, öhdəsindən
gələ bildim. Sınaq qiymətləndirilməsinin
hər 3 ildən bir keçirilməsinin
tərəfdarıyam. Məncə bu,
müəllimlərdə məsuliyyəti daha
da artırar".
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2014.- 13 iyun.- S.3.