Tələbələr
nəzəri biliklərini
təcrübədə
tətbiq etdilər
Artıq neçə
ildir ki, ölkəmizdə
təhsil sahəsində islahatlar
aparılır. Təhsilin məzmunu köklü
şəkildə dəyişilir. Məzmunla bərabər təlimin
təşkilinə verilən tələblər və qiymətləndirmə
məsələlərində də
ciddi dəyişikliklər
aparılır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il
24 oktyabr tarixli 13
nömrəli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nda göstərilir
ki, səriştəyə əsaslanan
şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə
alan, innovativ təlim
metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin
edən yüksək nüfuzlu təhsilverənin
formalaşdırılması təhsil islahatlarının əsas
strateji istiqamətlərindəndir.
Bütün bu məsələləri
siniflərdə reallaşdıra bilən, yeni
məsələlərlə tanış olan peşəkar müəllimlərə
ciddi ehtiyac vardır.
Müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini uğurla
qura bilməsi
üçün mühüm
bacarıqlara və müəyyən təcrübəyə malik olması vacibdir. Bu problemi həll etmək,
mühüm praktik
bacarıqlara malik müəllimlərin
yetişdirilməsinə nail olmaq bu
gün əsas hədəflərdəndir.
Məlumdur ki,
müəllim pedaqoji ustalığa
sinifdə yiyələnir. Rəqabətədavamlı müəllimlərin
hazırlığı üçün pedaqoji təcrübə ən vacib
məsələlərdən biri olub ali təhsil müəssisələrinin
tədris planında xüsusi yeri olan bir
prosesdir. Pedaqoji təcrübə
prosesində əvvəlki
semestrlər ərzində ixtisas fənlərinin, pedaqogika və
psixologiyanın əsaslarına yiyələnən bakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə
praktik fəaliyyət meydanına qədəm
basırlar. Onların ali məktəblərdə
aldıqları bilik dərinləşir,
möhkəmlənir və nəticədə gələcək
təhsilverənlər pedaqoji iş sahəsində yeni
bacarıq və vərdişlərə yiyələnirlər.
Təhsilalanların yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktik yolla başa
çatır, nəzəri biliklər pedaqoji
təcrübə müddətində icra oluna-oluna tətbiq olunur. Bu yolla pedaqoji
təfəkkür, pedaqoji qabiliyyət
formalaşır ki, bunlar
da pedaqoji səriştənin
vərdiş halında möhkəmlənməsinə səbəb
olur. Pedaqoji təcrübə
sabahın müəllim kadrlarının bu
peşəyə layiqlilik dərəcəsi
və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi olub
müəllim hazırlığı formalarından biridir. Bu səbəbdən
pedaqoji təcrübənin müsair tələblərə müvafiq təşkil edilməsinə xüsusi diqqət göstərilir. Pedaqoji təcrübənin müasir
tələblərə müvafiq təşkili
AMİ-nin Mingəçevir
filialının da ən prioritet
vəzifələrindən biridir. Cari tədris
ilində filialın qiyabi şöbəsinin
"İbtidai sinif
müəllimliyi" ixtisası üzrə V kurs,
eləcə də əyani şöbənin "İbtidai sinif müəllimliyi",
"Riyaziyyat və informatika
müəllimliyi", "Azərbaycan dili
və ədəbiyyat müəllimliyi", "Xarici dil müəllimliyi"
ixtisasları üzrə III (10 fevral-1 mart
tarixinədək) və IV kurs (16.02.-31.05.2014) tələbələrinin Mingəçevir Şəhər Təhsil
Şöbəsinin maddi-texniki bazası və
potensial imkanları yüksək olan (Texniki-Humanitar və Təbiət-Riyaziyyat və
Humanitar elmlər təmayüllü liseylər,
3, 14, 17, 18 nömrəli tam orta məktəblər) ümumtəhsil məktəblərində
pedaqoji təcrübə keçmələri
nəzərdə tutulmuşdu.
Məlumdur ki, pedaqoji təcrübənin
səmərəli təşkilində müxtəlif amillər
əhəmiyyət daşıyır. Bunlardan
bəlkə də birincisi təcrübə
yerlərinin seçilməsidir.
Digər vacib amil
pedaqoji təcrübənin təşkilinə
və keçirilməsinə nəzarətdir. Burada həm orta məktəb,
həm də ali məktəb rəhbərliyinin
nəzarəti nəzərdə tutulur. Etiraf etmək lazımdır ki, məktəb rəhbərliyi və
orta məktəblərin pedaqoji
kollektivləri ilə filialın rəhbərliyi
arasında əlaqələr cari tədris ilində daha
səmərəli şəkildə qurulmuşdur.
Filial rəhbərliyi
tərəfindən məktəblərə məsul şəxslər
təyin olunmuş, məktəb rəhbərliyi
tərəfindən təcrübəçilərə
xüsusi otaq
ayrılmış və tələbələr
istənilən anda kömək üçün həmin məsul şəxsə
müraciət edə bilirlər. Tələbələrin
gündəlik dərslərdə olduğu
kimi, pedaqoji təcrübədə
tədris intizamına ciddi nəzarət
etməsi pedaqoji təcrübənin uğurla həyata keçirilməsini şərtləndirən
amillərdəndir.
Fənn
kurikulumları ilə işləmə bacarıqlarını
formalaşdırmaq üçün "Riyaziyyat və informatika
müəllimliyi", "Azərbaycan dili
və ədəbiyyat müəllimliyi", "Xarici dil müəllimliyi"
ixtisası üzrə təhsil alan tələbələr
də kurikulum tətbiq olunan
siniflərə təhkim olunmuşlar. III kurs tələbələri
ilk təcrübələri olmasına baxmayaraq, öz fəallıqları
ilə məktəblərin pedaqoji və şagird kollektivinin rəğbətini
qazanıblar. Pedaqoji təcrübənin gedişi zamanı tələbələr məktəbin
və sinfin mövcud
vəziyyətini araşdırdıqdan sonra müasir təlim
metodlarından və İKT-nin
imkanlarından istifadə edərək sınaq dərsləri keçdilər. Dərslərdə
filialın professor-müəllim heyəti ilə bərabər
məktəb rəhbərliyi də iştirak
edirdi. Onlar iştirak etdikləri dərslərin
təhlili və müzakirəsi
zamanı məzmun standartlarının
reallaşdırılması baxımından tələbələrin
seçdikləri iş üsulunu,
iş formalarını, istifadə etdikləri
resursları, qiymətləndirmə vasitələrini uğurlu və məqsədəmüvafiq hesab etdilər.
Təcrübə
müddətində tələbələr məktəbin daxili
nizam-intizam qaydalarına riayət edir və şagirdlərin bu
qaydalara əməl etmələri üçün iş
aparırdılar.
"İbtidai
sinif müəllimliyi" ixtisası
üzrə təhsil alan tələbələr
"Təhsilin əsasları" fənninin təhsilin metodoloji (praktik) əsasları tələblərini
reallaşdırdılar. Məzmun xəttinin tələbinə
görə onlar məktəbin və sinfin normativ-hüquqi sənədlərini
dövlətin yürütdüyü təhsil
siyasəti ilə uyğunluğunu əlaqəlilik
və varislik prinsipi
baxımından
araşdırdılar.
Təcrübənin
ikinci mərhələsində məktəbdə
mövcud vəziyyət
araşdırıldı. Bunun üçün təcrübəçilər
məktəbin şəraiti (yeri, əhalisi,
sosial vəziyyəti), məktəbdə mühit (mənəvi-psixoloji iqlim), məktəbin maddi-texniki
bazası, təhsilin səviyyəsi, eləcə də inkişafın dinamikasını
araşdırdılar. Məktəbin
şəraiti tədqiq edilərkən onun yerləşdiyi məkan, şagirdlərin
sayı, onların sosial vəziyyəti
(valideynlərin təhsil səviyyəsi, iş
yerləri və s.) haqqında məlumatlar topladılar.
Növbəti mərhələdə
sinifdə mövcud vəziyyət
araşdırıldı. Bu zaman tədqiqatların aparılması üçün dörd sinif müəyyən edildi.
Bu mərhələdə şagirdlərin fiziki-fizioloji
sağlamlığı, idrak səviyyəsi
və dərketmə üsulları,
psixi inkişafı və mənəvi-psixoloji vəziyyəti,
onların sosial vəziyyəti, habelə
hazırlıq səviyyəsi və inkişaf
dinamikası öyrənildi.
Növbəti
mərhələdə isə müəllimin perspektiv
plan üzrə apardığı təlim-tədrisin davamı olaraq
sinifdə mövcud vəziyyət nəzərə
alınmaqla gələcək müəllimlər tərəfindən
dərs planları tərtib edildi, müvafiq təlim materialları
hazırlandı, dərslər nümayiş
etdirildi,
müzakirədə təhlil olunaraq, uğurlar və yol verilmiş nöqsanlar qeyd edildi.
Təcrübəçilər
məktəb tədbirlərində, müşavirələrdə
metodbirləşmə iclasında iştirak
etdilər, ekskursiya, disput, gecə və görüşlər
keçirilməsinin təşəbbüsçüsü və
iştirakçısı oldular. Bütün ixtisaslar üzrə IV kurs
tələbələri pedaqoji təcrübədə
olduqları şəhər ümumtəhsil məktəblərində
ulu öndər, ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 91 illiyinə həsr olunmuş
"Azərbaycanın qurucusu və
memarı - Heydər Əliyev" mövzusunda
Heydər Əliyev mərkəzində ədəbi-bədii
kompozisiyanın hazırlanmasının bilavasitə
iştirakçısı oldular.
Təcrübə
başa çatdıqda III və IV kurs tələbələrinin əldə edilmiş
nəticələri üzrə
ümumiləşdirmələr aparıldı, təcrübə
materialları hazırlanaraq təhvil verildi
və onların fəaliyyəti qiymətləndirilərək
təcrübə jurnalında qeyd edildi.
Yekun konfransda təcrübənin gedişi ətraflı müzakirə edildi, hərtərəfli təhlil
aparıldı. Tələbələr çıxış
edərək onlar üçün
yaradılmış şəraitə görə Mingəçevir
Şəhər Təhsil Şöbəsinin, orta
məktəblərin kollektivlərinə,
filialın rəhərliyinə və professor-müəllim
heyətinə təşəkkür
etdilər.
Ümumiyyətlə,
aparılan təhlillər göstərir ki,
təcrübə zamanı nəzərdə tutulan
bütün məsələlər kifayət
qədər yüksək səviyyədə
yerinə yetirilmişdir. Təcrübənin
gedişi bir daha sübut etdi ki, AMİ Mingəçevir
filialının ali təhsil ocağı olaraq başlıca məqsədi tələbələrə
sadəcə diplom vermək deyil, cəmiyyət üçün
yararlı, savadlı, yaradıcı, lider,
tədqiqatçı pedaqoji kadr yetişdirməkdir və bu
iş uğurla həyata keçirilir.
Səbinə QULİYEVA,
Mingəçevir Şəhər Təhsil Şöbəsinin metodisti
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.5.