Ən yaxşı müəllimlərimiz

 

Bela NURİYEVA,

Bakıdakı 23 nömrəli tam orta

məktəbin ibtidai sinif müəllimi

 

1968-ci ildə Bakı şəhərində  anadan olub. 1994-cü ildə Rusiya Federasiyasının Omsk şəhərindəki Omsk Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası metodikası fakültəsini bitirib. 2008 2013-cü tədris illərində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. I, III, IV, V siniflər üçün  buraxılan "Rus dili" dərsliklərinin müəlliflərindən biri olub. 2010-cu ildən "İnteraktiv vəsaitlərin Flash proqramında  tətbiqi" distant kursları üzrə  "Yaradıcı müəllimlər şəbəkəsi" saytında təlimçi vəzifəsində çalışır.

 

Elmira İLİZAROVA,

Bakıdakı 23 nömrəli  tam orta

məktəbin ingilis dili müəllimi

 

1961-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Xarici Dillər Universitetini bitirib. Beynəlxalq treninqlərdə, layihələrdə, seminarlarda, konfranslarda fəal iştirak edir. Britaniya Şurasının ölkəmizin regionlarında keçirdiyi treninqlərə moderatorluq edir. 1996-cı ildən AZETA-nın (Azərbaycan İngilis dili Müəllimləri Birliyi) fəxri üzvüdür. 2006-cı ildən isə həmin birliyin beynəlxalq ictimai əlaqələri üzrə koordinatoru kimi fəaliyyət göstərib. 2008-ci 2013-cü illərdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Beynəlxalq İngilis dili Müəllimləri Assosiasiyası (IATEFL) təşkilatı ilə  əməkdaşlıq edir bu təşkilatın təqaüdçüsüdür.

2009-cu ildə Böyük Britaniya kraliçası  II Yelizavetanın oğlu şahzadə Endrü 23 nömrəli məktəbin  75 illik yubileyi  münasibətilə keçirilən tədbir çərçivəsində Elmira İlizarovanın "açıq dərs"ində iştirak etmiş dərsdən yüksək təəssürat ilə ayrıldığını bildirmişdir. Qardaş məktəblər layihəsində  Bakı -San Dieqo (ABŞ) Bakı-İpswich ( Böyük Britaniya) fəal  təqdimatçı kimi Britaniya Şurasının təşəbbüsü ilə keçirilən  "Talking Cultures Online" layihəsində fəal  iştirak edir. Britaniya Şurasının Peşəkar Online treneridir.

 

Solmaz ABDULLAYEVA,

Bakıdakı 23 nömrəli tam orta

məktəbin ibtidai sinif müəllimi

 

1966-cı ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini  fərqlənmə diplomu ilə, 1997-ci ildə isə N.Tusi adına ADPU-nun ibtidai təhsil pedaqogikası metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu  bitirib. 2008 2013-cü illərdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 1999-cu ildə "Təhsilin humanistləşdirilməsi uşaq hüquqları ili" çərçivəsində keçirilmiş "Pedaqoji mühazirələr" müsabiqəsinin qalibi olub. 2003-cü ildə Nəsimi Rayon Təhsil Şöbəsi tərəfindən "Yeni pedaqoji texnologiyanın tətbiqi prosesində didaktik materiallardan səmərəli istifadə edilməsi yolu ilə təlimin keyfiyyətinin yüksəldilməsi təcrübəsindən" mövzusunda qabaqcıl təcrübəsi yayılıb. UNİCEF Təhsil Nazirliyinin keçirdiyi bir sıra layihələrin kursların iştirakçısı olub. 2008-2010-cu illərdə Təhsil Nazirliyində kurikulumla hazırlanan "Riyaziyyat" dərslik komplektlərinin qiymətləndirilməsi üzrə ekspert kimi çalışıb. 2009-cu ildə Türkiyənin Ankara şəhərində dərslik qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi keçib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2011-ci ildən "Azərbaycan dili 4",  2012-ci ildən "Azərbaycan dili 1" dərslik komplektlərinin həmmüəlliflərindən biridir. "Sinifdənxaric oxu 3" kitabının redaktorudur. Eyni zamanda kurikulumla hazırlanmış Azərbaycan dilindən "Yarpaq testlər" (1-4-cü siniflər), riyaziyyatdan "Riyaziyyatdan testlər" tədris resurslarının müəllifidir. 2008-ci ildən yeni fənn kurikulumlarının tətbiqi üzrə təşkil olunmuş kurslarda  təlimçi kimi fəaliyyət göstərir.

 

Vera LAŞİNİNA,

Bakıdakı 23 nömrəli tam orta

məktəbin ibtidai sinif  müəllimi

 

1962-ci ildə Bakı şəhərində anadan olub. Sabir adına Pedaqoji Texnikumunu bitirib. Təhsil Nazirliyinin UNİCEF xətti ilə təşkil etdiyi "Məktəb-şagirdin dostudur", "Fəal təlimin Milli Kurikulumda tətbiqi", "İbtidai təhsil pilləsində rus dilinin tədrisində motivasiyaların qurulması" layihələrində iştirak edib, təlimçi sertifikatları alıb. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2013-cü ildə isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

Hazırladı:  Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.5.