Ən yaxşı
müəllimlərimiz
Minayə NƏBBAQİ,
Bərdə şəhər 5 nömrəli tam
orta məktəbin tarix müəllimi
1955-ci ildə Bərdə rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib. 1982-ci ildən Bərdə şəhər 5 nömrəli
tam orta məktəbdə
tarix müəllimi,
1984-cü ildən isə
həmin məktəbdə
tədris işləri
üzrə direktor müavini vəzifəsində
çalışır. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"Əməkdar müəllim"
fəxri adına
layiq görülüb.
2009-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. Çalışdığı 5 nömrəli tam orta məktəbdə nümunəvi tarix kabineti yaradıb. Bir neçə "açıq
dərs"i Azərbaycan
Dövlət Televiziyasında,
bir "açıq dərs"i ilə Türkiyə Cümhuriyyətinin
TRT kanalında yayımlanan
"Biz Türküstan elləriyik"
verilişində nümayiş
etdirilib. Azərbaycan
Kütləvi İnformasiya
Vasitələri İşçiləri
Həmkarlar İttifaqı
Rəyasət Heyətinin
qərarı ilə
"Qızıl qələm"
və "Azərbaycan
bayrağı" media mükafatı
laureatı adını
alıb. Təhsil prosesində yeni
təlim metodlarına
və İKT-dən istifadəyə üstünlük
verir. Şagirdləri TQDK-nın keçirdiyi
qəbul imtahanlarında
yüksək nəticələr
əldə ediblər.
Püstə MEHDİYEVA,
Bərdə şəhər akademik
Zərifə Əliyeva
adına
texniki fənlər təmayüllü
məktəb-liseyin ibtidai sinif müəllimi
1961-ci ildə Bərdə rayonunda anadan olub. Şuşa Beynəlmiləl Pedaqoji Məktəbini və Gəncə Dövlət Universitetini bitirib.
Gündəlik
dərslərində fəal
təlim, yeni təlim üsullarından,
yeni təlim texnologiyalarından bacarıqla
istifadə edir. 2010-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. 2011-ci
ildə Azərbaycan Jurnalistləri Həmkarlar
İttifaqı Rəyasət
Heyətinin qərarı
ilə "Xan qızı Natəvan"
mükafatına, 2012-ci ildə
isə Azərbaycan Respublikası "Təhsil"
Mərkəzinin "XXI əsrin
ziyalısı" fəxri
diplomuna layiq görülüb. 2012-ci ilin
iyun ayında "Elektron təhsil" Respublika müsabiqəsində "İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika" nominasiyası üzrə I yeri tutub.
Rəna
HƏSƏNOVA,
Bərdə şəhər akademik Zərifə
Əliyeva adına
texniki fənlər təmayüllü
məktəb-liseyin coğrafiya
müəllimi
1973-cü ildə Bərdə rayonunda anadan olub. 1997-ci ildə N.Tusi adına ADPU-nun coğrafiya
fakültəsinin coğrafiya,
əlavə turizm şöbəsini fərqlənmə
diplomu ilə bitirib. Pedaqoji fəaliyyətə
1997-ci ildə Bakı
şəhərindəki 240 nömrəli tam orta məktəbdə
başlayıb. 2006-cı ildən
akademik Zərifə Əliyeva adına
Bərdə şəhər
texniki fənlər təmayüllü məktəb-liseydə
coğrafiya müəllimi
işləyir. 2004-cü ildə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Əməkdar
müəllim " fəxri
adına layiq görülüb. Azərbaycan
müəllimlərinin XIII qurultayının
iştirakçısıdır.
2008-2009-cu tədris ilində
keçirilən "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
Bir çox seminar və treninqlərdə iştirakına
görə sertifikatlar
alıb. Dövri mətbuatda
bir çox məqalələri dərc
olunub. 2013-cü ildə nəşr olunmuş "Coğrafiyadan
məsələlər" kitabının müəllifidir.
Abituriyentlər üçün nəzərdə tutulan bu kitab coğrafiya
fənnində istifadə
olunan məsələlərdən
ibarətdir. Vəsait yeni
tədris proqramları
və dərsliklər
əsasında hazırlanıb.
Flora
ƏLİYEVA,
Bərdə şəhər akademik
Zərifə Əliyeva
adına
texniki fənlər təmayüllü
məktəb-liseyin ibtidai sinif müəllimi
1970-ci ildə Gəncə şəhərində
anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını və Gəncə Dövlət Universitetini bitirib.
Pedaqoji
fəaliyyətə 1996-cı ildə Bərdə şəhər 3 nömrəli
tam orta məktəbdə
başlayıb. 2004-cü ildə qabaqcıl müəllim kimi akademik Zərifə Əliyeva adına
texniki fənlər təmayüllü məktəb-liseyə
dəvət olunub. Təhsil sistemində aparılan islahatlarda yaxından iştirak edir. Bir çox treninq və layihələrdə
fəal iştirak edərək sertifikatlar alıb. 2010-2011-ci tədris ilində keçirilən "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
2012-ci ildə Təhsil Nazirliyinin Qiymətləndirmə Monitorinqinin
işçi qrupunun üzvü olub. Azərbaycan dili "Qiymətləndirmə vasitələri " adlı dərs vəsaitinin müəllifidir.
Azərbaycan müəllimlərinin XIV qurultayının iştirakçısıdır.
Nərgiz
HƏSƏNOVA,
Bərdə şəhər 8 nömrəli
tam orta
məktəbin ibtidai sinif müəllimi
1975-ci ildə anadan olub. 1997-ci ildə Gəncə
Dövlət Universitetinin
pedaqogika və metodika fakültəsini bitirib. Dəfələrlə rayon səviyyəsində "açıq dərs"ləri
keçirilib. 2010-cu ildə çapdan çıxan "Təlim
məqsədlərinə aid didaktiv materiallar" kitabının müəllifidir.
2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. 2011-ci
ildə möhtərəm
Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb. I sinif riyaziyyat
dərsliyində məsləhətçi
müəllim və
"Müəllim üçün
vəsait" kitabının
həmmüəllifidir. Respublikanın müxtəlif
şəhər və
rayonlarında keçirilən
kurikulum kurslarında iştirakçı
olub. Qabaqcıl təcrübəsi respublikada yayılıb.
Hazırladı: Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.3.