Ən yaxşı müəllimlərimiz

 

Xədicə ƏZİMOVA,

Lənkəran şəhər 4 nömrəli

məktəb-liseyin ibtidai sinif müəllimi

 

1972-ci ildə Lənkəran şəhərində anadan olub. 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsini bitirib. 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub. Həmin il Lənkəran ŞTŞ-nin Təhsil Şurasında onun qabaqcıl təcrübəsinin rayon müəllimləri arasında yayılması barədə qərar qəbul edilib. İş təcrübəsinə dair jurnal və qəzetlərdə çap olunmuş 4 məqalənin müəllifidir.

Təhsil Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən bir çox layihələrin, o cümlədən "Addım-addım", "İntel", "AZETA" layihələrinin və treninqlərinin iştirakçısı olub.

 

Ədalət BABAYEV,

8Lənkəran rayonu Çay fabriki qəsəbə

tam orta məktəbinin biologiya müəllimi

 

1951-ci ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) biologiya  fakültəsini bitirib.  2010-cu ildə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq "Tərəqqi" medalına layiq görülüb. Bundan başqa "Metodist müəllim", "Ali kateqoriyalı müəllim"  adları alan Ə.Babayev müxtəlif qəzet və jurnallarda çap olunmuş 10 məqalənin müəllifidir.  Yetirmələrindən 3 nəfəri fəlsəfə doktorudur. Azərbaycan müəllimlərinin XI, XII və XIV qurultaylarının nümayəndəsi olub.  Şagirdləri dəfələrlə rayonrespublika olimpiadalarında, bilik yarışlarında qalib gəlib.

 

Gülzar ƏLİYEVA,

Lənkəran şəhər 4 nömrəli

məktəb-liseyin ibtidai sinif müəllimi

 

1973-cü ildə Lənkəran şəhərində anadan olub. 1996-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki BSU) rus dili və ədəbiyyatı fakültəsini bitirib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim"  müsabiqəsinin qalibi olub. İş təcrübəsinə dair 5 məqalənin müəllifidir. Təhsil Nazirliyinin  təşkilatçılığı və dəstəyi ilə keçirilmiş bir çox layihələrin, o cümlədən "Addım-addım", "AZETA", "Müasir təhsil və İntel", "Gələcək üçün tədris", "Mimio", "Elektron məktəb" layihələrində iştirak edib. 2012-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən keçirilmiş "İlin ən yaxşı rus dili müəllimi" müsabiqəsində qalib gəlib.

Azərbaycan müəllimlərinin XIV qurultayının nümayəndəsi olub.

 

Rəfail AĞAYEV,

Lənkəran rayonu Boladı kənd 1 nömrəli

tam orta məktəbin riyaziyyat-fizika müəllimi

 

1958-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olub. 1984-cü ildə  V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu   (indiki ADPU) riyaziyyat-fizika ixtisası üzrə bitirib. "Fizikadan düsturlar" "Ümumi fizika riyaziyyat kursunun əsas qanun düsturları" kitablarının bir çox məqalənin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 2002-ci ildə keçirilmiş Respublika  pedaqoji mühazirələrinin qalibi olub. 2 yetirməsi fəlsəfə doktorudur. Azərbaycan müəllimlərinin XIII qurultayının nümayəndəsi olub. Yetirmələrindən bir çoxu qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunub.

 

Rövşən AĞAYEV,

Lənkəran rayonu Girdəni kənd tam orta

məktəbinin Azərbaycan dili ədəbiyyat müəllimi

 

1951-ci ildə Lerik rayonunun Züvüc kəndində anadan olub. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsini bitirib. 1991-ci ilə qədər Lerik rayonunun Züvüc Bülüdül kənd tam orta məktəblərində müəllim direktor vəzifələrində işləyib. 1991-ci ildən  Lənkəran rayonu Girdəni kənd tam orta məktəbində çalışır. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Müxtəlif illərdə yetirmələri fənn olimpiadalarının rayon respublika turlarında, inşa müsabiqələrində yüksək nəticələr əldə edib. Respublika səviyyəli elmi-praktik konfranslarda maraqlı mühazirələrlə çıxış edibdiplomlarla təltif olunub. Azərbaycan müəllimlərinin  XI və XII qurultaylarının nümayəndəsi olub.

 

Hazırladı: Niyazi RƏHİMOV 

 

Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.3.