"Uşaqların
(şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyişməsi
Qaydaları"nın təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Uşaqların
(şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyişməsi
Qaydaları" təsdiq olunsun (əlavə edilir).
2. Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü
il tarixli 827 nömrəli
əmri ilə təsdiq olunmuş
"Uşaqların (şagirdlərin) ümumi
təhsil müəssisələrinə
qəbulu və yerdəyişməsi Qaydaları" qüvvədən
düşmüş hesab
edilsin.
3. Naxçıvan MR
Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, bilavasitə Nazirlik
tabeliyindəki ümumi təhsil müəssisələrinin
direktorları:
3.1.
"Uşaqların (şagirdlərin) ümumi
təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi
Qaydaları"nı rəhbərlik və icra
üçün qəbul etsinlər.
3.2. Həmin
"Qaydalar"ın məzmununun məktəb rəhbərlərinə,
bütövlükdə pedaqoji kollektivlərə
və valideynlərə çatdırılmasını təmin
etsinlər.
3.3. Şagird
qəbulu və yerdəyişməsi ilə bağlı məsələlərin
müəyyən olunmuş qaydalar daxilində həyata keçirilməsi
üçün
lazımi tədbirlər görsünlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavəsi ilə "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına
nəzarət nazir müavini
Ceyhun Bayramova həvalə
olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
20 iyun 2014-cü il
Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.2.