On bir yaşlı beynəlxalq müsabiqələr laureatı

 

Ölkəmizdə xüsusi   istedada malik olan yeniyetmə   gənclərə dövlət tərəfindən daim diqqət qayğı göstərilir.  Belə gənclərin üzə çıxarılması, səmərəli təhsil almaları istiqamətində mühüm  layihələr həyata keçirilir. Onlar xarici ölkələrdə təşkil olunan beynəlxalq müsabiqə festivallarda uğurla iştirak edərək nailiyyətlər  qazanırlar. Belə yeniyetmələrdən biri qeyri-adi istedadı ilə yaşıdlarından fərqlənən  11 yaşlı  Züleyxa Abdullayevadır. O,  Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının fortepiano şöbəsinin şagirdidir.  2011-ci  ildə İtaliyanın Gio Del Colle   şəhərində keçirilən Pyetro Argento adına XIV beynəlxalq musiqi  müsabiqəsində  birincilik kuboku qazanan Z.Abdullayeva  həmin il  İsveçin Stokholm şəhərində keçirilən Rondo musiqi festivalında qələbə əldə edərək  diplomant adına layiq görülüb.  Beynəlxalq müsabiqələr festivallar  qalibi olan  Z.Abdullayevanın adı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə  gənc istedadların "Qızıl kitabı"na yazılıb o, Prezidentin  xüsusi aylıq təqaüdünə layiq görülüb.

Öz üzərində səylə çalışan  Züleyxanın növbəti uğuru  2014-cü ilin fevralında olub. O, Amerikanın Nyu-York şəhərində keçirilən "American  Protege" müsabiqəsində ölkəmizi təmsil  edərək laureat adını qazanıb. Bu ilin may ayında isə  həmin şəhərin  "Carnegie Hall" möhtəşəm konsert zalında çıxış edən yeniyetmənin  ifasında Azərbaycan bəstəkarı  A.Bəbirovun "PrelüdSkerso" əsəri səslənib.   Müsabiqəyə qatılan Çin, Cənubi Koreya, Yaponiya, Rusiya, Tailand,  Kanada, Almaniya, Fransa, İtaliya, Polşa, İsrail, ABŞ və onlarla digər ölkələrin iştirakçıları  arasında  Züleyxa  Abdullayevanın ifası  xüsusilə fərqlənib və  diplomla mükafatlandırılıb. 

 

  Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.3.