"Özümü xoşbəxt hiss edirəm"

 

Ankara Universitetində rezidentura təhsili alan Adil Hüseynov ilə söhbət

 

Hüseynov Adil Vaqif oğlu 1985-ci il sentyabrın 9-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Ardaniş kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə  Bakı  şəhərinə köçüb. 1992-ci ildə Bakı şəhərindəki  42  nömrəli tam orta məktəbin  I  sinfinə gedib. 2003-cü ildə orta məktəbi bitirib.  2004-cü ildə Azərbaycan Tibb Universitetinin  müalicə-profilaktika  fakültəsinə daxil olub. 2010-cu ildə universiteti qırmızı  diplomla bitirib. Həmin il Türkiyə Respublikasında  uzmanlıq  təhsili üçün Azərbaycan  Respublikasının Təhsil  Nazirliyinə müraciət edib. Ankara şəhərində bir il Qazi Universiteti  nəzdində  tomer türkcə dil  kursu  keçib. 80-dən çox bal toplayaraq tomer diplomuna layiq görülüb.  2011-ci il noyabrın 23-də Ankara Universitetinin İbn Sina xəstəxanasının urologiya kafedrasında  uzmanlıq təhsilinə başlayıb.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət Proqramı" çərçivəsində  bu  universitetdə  rezidentura təhsili alır.

 

- Orta məktəb illərində daha çox hansı fənlərə maraq göstərirdiniz?

- Orta məktəb  illərində  bütün  fənləri  əla  qiymətlərlə  oxumuşam.  Dərs əlaçısı nümunəvi  şagird  kimi  şəklim  məktəbin  şərəf  lövhəsində  olub.  Əsasən riyaziyyat,  fizika,  kimya    biologiya  fənlərinə  marağım  böyük olub müxtəlif  vaxtlarda  keçirilən  fənn olimpiadalarında  ilk  sıralarda  yer  almışam.

- Bəs necə oldu ki, həkimliyi seçdiniz?

- Tibb  ixtisasını  seçməyimdə öz maraqlarımla yanaşı, ailəmin dəstəyi olub. Hər zaman  ən çətin,  hər  kəsin  öhdəsindən  gələ  bilməyəcəyi  işlərin  qulpundan yapışmağa  can atmışam.  Ən  böyük  istəyim  cərrah  olmaq  olub.  Ona görə orta  məktəbi  bitirdikdən  sonra  həkimliyi  seçdim. ATU-nun müalicə-profilaktika  fakültəsində  oxuyanda, əsasən  V-VI  kurslarda, təhsilimlə  yanaşı həm   təcrübə  qazanmaq  üçün  Əfəndiyev adına  xəstəxananın reanimasiya şöbəsində  tibb  qardaşı işləmişəm.

- Xaricdə təhsilə vaxtdan maraq göstərdiniz?

- Universitetdə  təhsil  aldığım  illərdə  xarici  ölkələrdə  tibb  sahəsindəki inkişafla, aparılan  ən  müasir  cərrahi əməliyyatlarla maraqlanırdım. Cərrahiyyə  sahəsində ən son yeniliklər  diqqət mərkəzimdə olub. İnsanlarımızın  müalicə  üçün xarici ölkələrə, xüsusən Türkiyə Respublikasına  üz tutması orada şəfa tapması məndə hər zaman  qardaş  ölkənin nüfuzlu universitetində təhsil almaq kimi böyük maraq oyadıb. Həmişə  Türkiyənin  tibb  sahəsindəki  nailiyyətlərinin ölkəmizin səhiyyə sistemində öz əksini tapması, Azərbaycanın  tibb  sahəsində  inkişaf etmiş ölkələr səviyyəsinə çatmasını arzu etmişəm. Ölkəmizdə tələbələrin Dövlət Proqramı  çərçivəsində  dünyanın  ən  nüfuzlu  ali təhsil  ocaqlarında  təhsil almağa göndərilməsi,  onların  ən  müasir  elmi  biliklər bacarıqlar  qazanması, təkmilləşməsi  üçün  yaradılan  şəraitə,   yüksək  diqqət qayğıya  görə Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm İlham Əliyevə öz minnətdarlığımı  təşəkkürümü  bildirirəm.  Bunu dövlətimizin həyata keçirdiyi siyasətin uğurlarından  biri kimi  qiymətləndirirəm.

- Ölkəmizin təhsil sistemində aparılan islahatlar barədə deyə bilərsiniz?

- Azərbaycan təhsil sisteminin bir  yetirməsi olaraq  mən ölkəmizin təhsil sistemində  baş verən son keyfiyyət  dəyişikliklərini yaxından  izləyir alqışlayıram.  Təhsilimizə  yeni  innovativ  ideyaların, proqramların daxil olması, "2007-2015-ci illərdə Azərbaycan  gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ötən ilin  oktyabrında qəbul  olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafi üzrə Dövlət Strategiyası" - bütün  bunlar mən burada təhsil alan gənclərimiz  üçün çox  sevindirici haldır. Bütün bunlar, hesab edirəm ki, təhsil sistemimizin rəqabət  qabiliyyətinin  güclənməsinə, keyfiyyətcə yeniləşməsinə gətirib çıxaracaq. Bu mənada  Təhsil  Nazirliyinin  apardığı  işləri  çox mütərəqqi adlandırıram. 

- Ankara Universitetində rezidentura təhsilinin təşkili barədə deyə bilərdiniz?

- Klinikamızda  8 professor, 2 dosent, 2 uzman var.  Mən daxil olmaqla 13 assistent uzmanlıq təhsili alır. Urologiya ixtisası üzrə rezidentura müddəti 5 ildir. Professorlarımızın hamısının  Amerika   Avropa təhsili vardır. Bu səbəbdən özümü çox şanslı  hiss edirəm   nüfuzlu professorların təcrübəsindən faydalanıram. Klinikada əməliyyatlar  ən  son tibbi  cihazlar, cərrahi  metod üsullar  tətbiq  olunmaqla aparılır.  Klinikada  həm  endoskopik,  həm   açıq cərrahi əməliyyatlar  çox  inkişaf edib. Hər bir rezident ay  ərzində  apardığı əməliyyatlar, onların sayı barədə  dəyərləndirmə  cədvəlini  doldurur.  Bunun da hər bir rezidentə sonrakı  əməliyyatları tamamlamaq  üçün  çox  böyük faydası olur. Klinikamızda  çox  ciddi nizam-intizam hökm sürür.  Hər həftənin üçüncü günü təhsil   müşavirə günüdür.  Hər  həftənin  çərşənbə  günü  bir  rezident seminar ya ədəbiyyat  hazırlayaraq  müəllimlər uzmanlar  qarşısında təqdimat  edir   bu  prosesin  nəticəsinə görə  müəllimlər  tərəfindən  dəyərləndirilir. Bu da rezidentlər  arasındakı  rəqabəti  gücləndirir.

- İmtahan sessiyaları necə keçir?

- Təhsil  dövründə  ildə  iki dəfə, yəni  6  aydan  bir  urologiyadan  nəzəri imtahan veririk. Hər bir rezidentə  ilk təhsil ilindən elmi bu elmi işə rəhbərlik edən müəllim təyin edilir. Beş  il ərzində  elmi  araşdırmalar  apararaq  tezislər  hazırlayır  beşillik  tədqiqatlarımızın   nəticəsi olaraq  tezislərimizi  sonda  müəllimimizə təhvil veririk.  Elmi işi  müdafiə  etdikdən  sonra isə  uzmanlıq  imtahanı veririk əldə etdiyimiz  nəticələrə  müvafiq  olaraq  bizə   uzmanlıq  dərəcəsi verilir.  İl  ərzində yay  dövründə  20  gün  tətilimiz, Yanvar  ayında da  7  gün  akademik məzuniyyətimiz  olur.  İş  günümüz  səhər saat  07:00-da başlayır    axşam 18:00-a qədər davam edir.  Ayda 10 gün xəstəxanada  gecə  növbətçi  qalıram.  Universitet  xəstəxanası  olduğu  üçün  Türkiyənin  bütün  ətraf  şəhərlərindən  xəstələr  bizə müraciət edir.  Bu isə  bizə  çox  böyük  təcrübə  qazandırır.

- Seçdiyiniz ixtisas Azərbaycan üçün dərəcədə önəmlidir?

- Tibbin  sürətlə  inkişaf  edən  digər  sahələri  kimi  urologiya da gündən-günə inkişaf edən    yeni kəşflərin, yeniliklərin baş verdiyi sahədir. Bu ixtisas üzrə öyrəndiklərimin,  qazandığım  təcrübənin Azərbaycanda da  tətbiq  olunmasının çox faydalı  olacağına  ümid edirəm.

- Tələbə həyatınız necə keçir?

- Ankara  əsl  tələbə  şəhəridir.  Çox  sakit    yaşamaq  üçün  əlverişli  şəhərdir. Türklər ilə ortaq cəhətlərimiz çox olduğu üçün əlaqə münasibətlər qısa bir zamanda yarandı. Bu səbəbdən   Ankara mühitinə  adaptasiyam  çox  rahat tez  baş verdi. Burada  həkimə  münasibət  çox yüksək  səviyyədədir.  Çox  zaman  bizdən  yaşlı  insanlar  həkim  olduğumuz  üçün  bizə "abi"  deyə  müraciət edirlər.  Həftəsonları  asudə  vaxtlarımız olur.  Bu vaxtlarda  da digər  həkim  həmkarlarımla  ünsiyyət  qurur, öyrəndiklərimizi  paylaşır    dəyərləndiririk. 8 aydır ailə həyatı qurmuşam.

- Diasporamızın tədbirlərində iştirak edirsinizmi?

- Əlbəttə ki, digər ölkələrdə təhsil alan biz tələbələr eyni zamanda mədəniyyətimizin, adət-ənənələrimizin fəal təbliğatçısı olmalı, vətənimizi layiqincə təmsil etməliyik. Qeyd etməliyəm ki, Türkiyədəki diasporamız  çox  fəal çalışır. Əlamətdar günlərimizi burada təhsil alan bütün tələbələrimizlə bir araya gələrək qeyd edirik. Asudə vaxtımızın az olmasına baxmayaraq, yenə diasporamız tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etməyə çalışırıq.

- Sizcə, xaricdə təhsilin əsas üstünüyü nədir?

- Xaricdə təhsil mükəmməl bilik, ən müasir praktika nəzəri elmi inkişaf, bunları öyrənmək tətbiq etməkdir.  Eyni zamanda yeni imkanlar, yeni təfəkkürün formalaşması deməkdir. Hesab edirəm ki, istedadlı gənclərimizin prioritet  ixtisaslar  üzrə xaricdə təhsil almağa  göndərilməsi ölkəmizin gələcəyinə hesablanmış  strateji  xətdir. Dövlətimizin  biz  tələbələr  üçün  yaratdığı  prosesdə iştirak etdiyimə  görə  özümü  xoşbəxt hiss edirəm.

- Gələcək arzularınız barədə deyə bilərsiniz?

-  Ən  böyük  arzum  burada  öyrəndiklərimi  Azərbaycanda  tətbiq etmək, xalqıma, millətimə  layiqli, məsuliyyətli  həkim kimi xidmət etməkdir. Arzum  möhtərəm  Prezidentimizin  bizə  yaratdığı  şəraitin bəhrəsini  xalqıma   layiqli  şəkildə  çatdırmaqdır.

- Biz sizə təhsilinizdə gələcək məsuliyyətli həkim karyeranızda uğurlar arzulayırıq.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.5.