Təhsildə son bir ilin uğurları

 

Tanınmış təhsil eksperti təhsillə bağlı

görülmüş işləri yüksək qiymətləndirdi

 

Baş redaktordan

 

Artıq daha bir tədris ilini başa vurmaq ərəfəsindəyik. Kütləvi informasiya vasitələrinin, aparıcı media orqanlarının təhsil sahəsində baş verən ciddi dəyişikliklərə, yeniliklərə olan həssaslığı göstərdi ki, bu sferada atılan hər bir addım Azərbaycan cəmiyyətinin maraq dairəsindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman sərəncamlar bu sahənin daim dövlət rəhbərinin diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Ən əsası isə, ölkə başçısının imzaladığı sərəncamla ilk dəfə olaraq Azərbaycan təhsilinin inkişaf strategiyası, əsas hədəfləri müəyyənləşdirildi. Başa vurmaqda olduğumuz tədris ili daha çox Təhsil Nazirliyinin məktəblərdə baş verən neqativ hallara, saxta diplom satan saxtakarlara qarşı sərt barışmaz mövqeyi ilə yadda qaldı. Təhsilin inkişafı, keyfiyyətin yüksəlməsi, təhsilalanların təhsilverənlərin hüquqlarının qorunması istiqamətində tutarlı addımlar atıldı. Attestat ala bilməyən, universitetlərin qapıları üzlərinə ömürlük qapadılmış gənclərə özlərini sınamaq üçün daha bir şansın verilməsi bəlkə son illərin ən humanist addımlarından biri oldu. Təhsilin inkişafında əsas sima hesab edilən müəllimlərin seçim proseduruna xüsusi yanaşmalar tətbiq edildi. Nazirliyin müəyyənləşdirdiyi əsas kriteriyalara sahib olmayanların, keçid balını qazana bilməyənlərin, aşağı nəticə göstərənlərin müəllimlik fəaliyyəti yasaqlandı. 6 yaşı tamam olmayan, istedadlı uşaqların seçim prosedurları nizamlandı. Ölkənin ucqar dağ kəndlərindən hər il övladlarının istedadlı olduğunu düşünən yüzlərlə valideynin problemləri öz yaşadıqları ərazilərdə yaradılmış seçim komissiyalarında həll edildi. Tədris ilinin uğurlarından danışarkən texniki peşə təhsili sahəsində həyata keçirilmiş nəhəng layihələri, ali təhsildə tam yeni bir addım olan  "SABAH" qruplarının yaradılmasını, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın uğurla davam etdirilməsini, təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılmış ən mühüm addımları da xatırlatmaq yerinə düşər.

Əlbəttə, biz bir yazı ilə Təhsil Nazirliyinin son bir ildə gördüyü işlərə qiymət vermək niyyətində deyilik. Yaddaş tipli bu tezislərlə bizə məlum olan addımları bir daha nəzərdən keçirmək istədik. Ancaq məqsədimiz Azərbaycan təhsilində son bir ildə baş vermiş yeniliklərlə bağlı ayrı-ayrı mütəxəssislərin, ekspertlərin, nüfuzlu ictimaiyyət nümayəndələrinin,  valideynlərin  fikirlərini  öyrənməkdir.  Ona görə bu sayımızdan  başlayaraq qəzetimizdə həmin şəxslərin qeyd olunan məsələlərlə bağlı fikir düşüncələrini oxucularımıza çatdırmağa çalışacağıq.

 

Hələ bir neçə ay bundan əvvəl yeni təhsil nazirinin fəaliyyətə başlamasının 100 günü ilə bağlı mənə sual verilmişdi. Mən bildirmişdim ki, qiymətim ümidvericidir. Yəni, bir sıra məsələlərə Təhsil Nazirliyinin yeni rəhbərliyinin yeni yanaşmaları təhsildə müəyyən dəyişikliklərin olacağına ümid verirdi. Düşünürdüm ki, təhsil sahəsində yeniliklər, atılan addımlar daha böyük səmərə verəcək. İndi, artıq bir illik fəaliyyətin ortada olduğu bir şəraitdə isə deyə bilərəm ki, həqiqətən o ümidlər artıq özünü doğrultmağa başlayıb. Görülən tədbirlərin müəyyən bəhrəsi özünü göstərməkdədir.

İlk növbədə, mən ölkə Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasını yüksək qiymətləndirir İşçi qrupu tərəfindən 2011-ci ildə mənim iştirakımla hazırlanmış bu sənədin qəbul olunmasını Təhsil Nazirliyinin uğuru hesab edirəm. Əminəm ki, Təhsil Nazirliyi  tərəfindən görülən görüləcək tədbirlər mütləq öz müsbət bəhrəsini verəcəkdir.

Ən vacib məsələlərdən biri kimi təhsil sistemindəki neqativ halların aradan qaldırılması ilə bağlı əzmkarlıqla aparılan mübarizəni qeyd etmək istərdim. İctimaiyyət arasında olan bir adam kimi deyə bilərəm ki, bu fəaliyyət çox bəyənilir. Xüsusən , yerində olmayan bəzi ali orta məktəb rəhbərlərinin dəyişdirilməsi çox müsbət qarşılanmışdır. Digər addımlar da ictimaiyyətdə rəğbət doğurub.

Mən uzun illər deyirdim ki, yay tətilinin üç ay yarım olması orta təhsil üçün düzgün olmayan haldır. Çıxışlarımda dəfələrlə vurğulayırdım ki, dərs ilinin müddəti məsələsində dəyişikliklər olmalıdır. Bu sahədə indi gedən müzakirələr, məndə olan məlumatlar göstərir ki, Təhsil Nazirliyi tədris müddətinin artırılması istiqamətində  məqsədyönlü  işlər  aparır  bu,  təhsilin  inkişafı  üçün  çox  yaxşı  addım  olacaqdır.

Xüsusi istedada yüksək təlim göstəricilərinə malik tələbələrlə görülən işlər, ali təhsil müəssisələrində xüsusi qrupların yaradılması, həqiqətən ölkənin strateji maraqları baxımından şəxsiyyətin daha da  inkişaf etdirilməsinə yönəlmiş addımlar kimi çox təqdirəlayiqdir.

Prezidentin sərəncamı ilə qəbul olunmuş xüsusi Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə ali təhsil almaq üçün göndərilən tələbələrin, gənclərin sayının artmasını da mən ürəkdən bəyənirəm. Bu gün bizim istedadlı gənclər qədər çox beynəlxalq təhsil təcrübəsinə yiyələnsələr,  nüfuzlu  ali  məktəblərdə təhsil alsalar Azərbaycanın sosial-iqtisadi inkişafına bir o qədər yaxşı töhfələr verə bilərlər.

"Ən yaxşı müəllim" "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin Təhsil Nazirliyinin təşəbbüsü ilə yeni məzmun yanaşmalar əsasında aparılacağını da çox yüksək dəyərləndirirəm. Çünki ən vacib məsələ budur ki, biz ilin müəllimini, məktəbini qiymətləndirərkən onların cari fəaliyyətləri ilə bərabər innovasiya yönümlülüyünü daha aydın müşahidə edə bilək, bununla da həmin innovasiyaların məktəblərdə tətbiqi ilə bağlı tədbirlər həyata keçirək.

 Çox yaxşı haldır ki, yeni nəsil məktəb direktorlarının hazırlığına nazirlik xüsusi diqqət yetirir. Müsabiqə yolu ilə 50 nəfər seçilib onlara xüsusi proqram üzrə təlim keçilir. Mənim iki dəfə həmin kurs müdavimləri ilə görüşüm olub deyə bilərəm ki, onların arasında ümumi təhsilin inkişafına töhfə verəcək lider pedaqoqlar az deyil.

İlk peşə-ixtisas təhsilində ciddi islahatların aparıldığını da xüsusi vurğulamaq istəyirəm. Azərbaycanın sosial-iqtisadi inkişafında bu ən geridə qalmış təhsil sahəsinin yenidən qurulması çox böyük əhəmiyyət kəsb edir.

Əlbəttə, görülmüş işlərlə bərabər qarşıda duran vəzifələr həddən artıq çoxdur. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" konkret islahat istiqamətlərini, onların həyata keçirilməsi yollarını müəyyənləşdirir. Bütün bunların reallaşdırılması sahəsində Təhsil Nazirliyinə nazirə uğurlar arzulayıram.

 

Asif CAHANGİROV,

əməkdar müəllim, tanınmış təhsil eksperti

  

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.3.