Ən yaxşı
müəllimlərimiz
Ölkəmizdə təhsilin inkişafına töhfələr verən, təhsil islahatlarının həyata keçirilməsində fəallıq göstərən müəllimlər çoxdur. Dövlətimiz belə müəllimlərin əməyini daim diqqət mərkəzində saxlayır və layiqincə qiymətləndirir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər il onlarla müəllimə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı verilir. Eyni zamanda möhtərəm Prezidentimizin sərəncamı ilə artıq 7 ildir ki, "Ən yaxşı müəllim" müsabiqəsi keçirilir və bu müsabiqələrin nəticəsi olaraq hər il 100 nəfər müəllim böyük məbləğdə pul mükafatı alır. Qəzetimizin bu nömrəsindən başlayaraq belə müəllimləri oxucularımıza təqdim edirik.
Aygün MƏCİDOVA,
Bakı
Avropa Liseyinin
ibtidai sinif müəllimi
1964-cü ildə Bakıda anadan olub. 1987-ci ildə
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsini bitirib,
1998-ci ildə isə
ADPU-da ibtidai metodika üzrə yenidənhazırlanma kursunu
keçib. 2006-cı ildə Təhsil Nazirliyi tərəfindən
"Azərbaycan Respublikası
qabaqcıl təhsil işçisi" döş
nişanı ilə təltif olunub. 2008-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. 2010-cu
ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb. 2011-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılıb. ADPU-nun
doktorantıdır. 1 monoqrafiya,
50 kitab (dərsliklər,
tədris vəsaitləri,
metodik vəsaitlər, didaktik materiallar, test tapşırıqları), 34 məqalə
(7-si xaricdə ) və
3 tezisin (1-i xaricdə),
4 fənn üzrə
16 adda kitabın hazırlanmasında layihə
rəhbəri kimi iştirak edib. Təhsil Nazirliyinin formativ qiymətləndirmənin aparılması
mexanizminin hazırlanması
üzrə işçi
qrupunun üzvüdür.
Bundan başqa, Təhsil Nazirliyi tərəfindən
keçirilən bir çox layihə və treninqlərdə iştirak edib. 2012-ci
ildə Təhsil Nazirliyinin Milli qiymətləndirmə üzrə
keçirilən monitorinqində
işçi qrupunun üzvü, 2013-cü ildə
Təhsil Nazirliyinin
"Məktəb icması"
layihəsinin işçi
qrupunun, 2013-cü ildə
ibtidai siniflərdə
qiymətləndirmə vasitələrinin
hazırlanması layihəsinin
rəhbəri, 2014-cü ildə
Azərbaycan Respublikası
Təhsil Nazirliyi ilə Dünya Bankı tərəfindən
aparılan milli qiymətləndirmə tədqiqatları
və digər qiymətləndirmə layihələri
çərçivəsində qiymətləndirmə vasitələrinin
hazırlanması üzrə
məsləhətçisidir.
Aygün MİKAYILOVA,
Bakı Avropa Liseyinin Azərbaycan
dili və ədəbiyyat müəllimi
1973-cü ildə Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli sərəncamı ilə
"Əməkdar müəllim"
fəxri adı ilə təltif edilib. Şagirdlərindən
Prezident təqaüdçüsü,
600-dən çox bal toplayan,
olimpiada və beynəlxalq müsabiqə
qalibləri
var. 1999-cu ildən etibarən
Azərbaycan dili və ədəbiyyat dərsliklərinin metodiki
rəyçisi, 2010-cu ildən
isə 8 və 9-cu siniflər üçün
Azərbaycan dili dərsliyinin həmmüəllifidir. 1998-ci ildən müxtəlif
təlimlərdə iştirak
edib və bir çox sertifikatlar alıb.
Rahilə ƏLİYARZADƏ,
Bakı Avropa Liseyinin
İKT üzrə direktor müavini
1973-cü ildə Bakıda anadan olub. 1996-cı ildə
Azərbaycan Dövlət
Neft Akademiyasının
avtomatlaşdırılmış idarəetmə sistemləri
fakültəsini bitirib.
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Elektron Tədris Resursların Qiymətləndirilməsi Şurasının
üzvüdür. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülüb. Bundan başqa, Azərbaycan
Respublikası Prezidentinin
sərəncamına əsasən
2007-2008-ci tədris ilində
keçirilmiş "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
2009-cu ildə "Microsoft" şirkəti və Təhsil Nazirliyinin birgə keçirdiyi
"İnnovativ müəllimlər"
müsabiqəsinin, 2008-ci ildə
isə Azərbaycanda təhsilin inkişafına
kömək məqsədilə
Təhsil Nazirliyi,
"Ultra", "İntel",
"Microsoft", "HP", "Siveco",
"Mədəd" şirkətlərinin
birgə həyata keçirdikləri "Elektron
məktəb" və
"Təhsilin elektron
idarəedilməsi" pilot layihələri çərçivəsində
qalibidir. "Azərbaycanın gənc kompüter istedadları -
2007" müsabiqəsində şagirdləri yüksək
nailiyyətlər əldə
etdiyinə görə
Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Bir çox beynəlxalq konfransların iştirakçısıdır.
İKT sahəsində keçirilən treninqlərdə
təlimçi kimi fəaliyyət göstərir.
Xumar
ƏHMƏDBƏYLİ,
Bakı
Avropa Liseyinin
biologiya müəllimi
1962-ci ildə Bakıda anadan olub. 1985-ci ildə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2007-ci ildə Təhsil Nazirliyinin Kollegiyasının
müvafiq qərarı
ilə "Azərbaycan
Respublikası qabaqcıl
təhsil işçisi"
döş nişanı
ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin
19 avqust 2008-ci il tarixli Sərəncamı ilə 2007-2008-ci tədris
ilində keçirilmiş
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi olub, Azərbaycan
Respublikası Prezidentinin
3 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə isə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb. Elmi jurnallarda çap olunmuş bir sıra məqalələrin
müəllifidir. Bundan
başqa, "Biologiya"
(10, 11-ci sinif) dərsliklərinin
(T.Mikayılov, Y.Seyidli,
Q.Quliyev, Ş.Mahmudov,
X.Əhmədbəyli) tərcüməçisi
və müəlliflərindən
biridir. "Biologiya"
(6-cı sinif) dərsliyinin
(Y.Seyidli, X.Əhmədbəyli,
N.Əliyeva) həmmüəllifi
və tərcüməçisidir.
Yetirmələrindən bir
çoxu Prezident təqaüdçüsü və
600-dən çox bal toplayaraq respublikamızın,
eləcə də dünyanın nüfuzlu ali təhsil müəssisələrinə daxil
olub. Bundan başqa, bir
çox layihələrdə
və treninqlərdə
fəal iştirak edib.
Niyazi Rəhimov
Azərbaycan müəllimi.-
2014.- 2 may.- S.5.