Ümummilli liderin
anadan olmasının
91-ci ildönümü qeyd edilib
Mayın
7-də Sumqayıt Dövlət
Universitetinin həyətində
tələbələrin iştirakı
ilə "Qızıl-91" flaşmob təşkil olunub.
Mərasimdən
əvvəl iştirakçılar
universitetin foyesindəki
Heydər Əliyevin büstü önünə
gül dəstələri
qoyaraq, ona dərin ehtiramlarını
bildirdilər.
Tədbir Azərbaycan
Respublikasının Dövlət
himninin səsləndirilməsi ilə
açıq elan olundu.
Akt zalının foyesində təşkil olunmuş sərgidə istedadlı tələbələr
öz əl işlərini və rəsm əsərlərini
nümayiş etdirdilər.
Sonra
Sumqayıt Dövlət
Universitetində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
ilə əlaqədar
olaraq "Əsrə
bərabər illər"
mövzusunda elmi-praktik
konfrans keçirildi.
Konfransı
giriş sözü ilə SDU-nun rektoru Elxan Hüseynov açaraq ümummilli liderin zəngin həyat və fəaliyyətindən, müasir
müstəqil dövlətimizin
yaradılmasından və
möhkəmləndirilməsindən, onun dövlətimiz və xalqımız qarşısındakı tarixi
xidmətlərindən, qayğısından
söhbət açdı.
Rektor
E.Hüseynov ümummilli
lider Heydər Əliyevin bütün sahələrdə olduğu
kimi təhsil sahəsindəki əvəzsiz
xidmətlərindən də
bəhs etdi. O bildirdi ki, Azərbaycanda
elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı
əsasən XX əsrin
sonlarında formalaşmışdır.
Heydər Əliyev 1970-80-ci
illərdə minlərlə
gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə
göndərməklə yüksək
ixtisaslı kadr ordusunun yaradılmasına
səbəbkar olmuşdur.
Ümummilli
liderin mənəvi-siyasi
irsinin ən layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
çağdaş tarixinin
yeni şanlı səhifələri yazılır.
Rektor E.Hüseynov
Prezident İlham Əliyevin təhsil sahəsindəki qayğısından
danışaraq bildirdi
ki, "Təhsil Azərbaycanın davamlı
inkişaf strategiyasının
ən öncül istiqamətlərindən biridir"
konsepsiyası cəmiyyətin
inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət
başçısının bu uzaqgörən fikirlərini bir daha təsdiqləyir:
"Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı
insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək
həyatını müəyyən
edir, ölkənin hərtərəfli inkişafına
xidmət edir".
Rektor
qeyd etdi ki, Azərbaycanın inkişafı yolunda ölkə başçısı
İlham Əliyevlə
yanaşı onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da rolu danılmazdır.
2004-cü ildən fəaliyyətə
başlamış Heydər
Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman,
elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif
layihələr həyata
keçirərək yeni
cəmiyyət quruculuğunda
fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına
öz töhfəsini
verir.
Tarix
hər bir insan fəaliyyətinin qiymətini verir. Xoşbəxt o xalqdır ki,
tarixin ən çətin, mürəkkəb
dönəmində onu
qorumaqla yanaşı,
inkişaf etdirməyin
yolunu göstərən
şəxsiyyətlər yetişdirə
bilir. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir. Onun
Heydər Əliyev kimi dahi şəxsiyyəti
və İlham Əliyev kimi davamçısı var!..
Konfransda tarix
fakültəsinin dekanı,
professor Adil Baxşəliyevin
"Heydər Əliyev
Azərbaycan dövlətçiliyinin
memarıdır" mövzusunda
məruzəsi, məruzə
ətrafında isə
fəlsəfə kafedrasının
müdiri, professor Həsən
Sadıqov "Heydər
Əliyev və Azərbaycançılıq ideyaları",
biznesin təşkili və idarəedilməsi kafedrasının müdiri,
dosent Qalib Hüseynov "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafının əsasları"
mövzularında çıxışları
dinlənildi.
Sonda filologiya fakültəsinin
tələbələri Altun
Rəcəbli və Nurlan Səmədlinin hazırladıqları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən
"Qızıl-91" sənədli filmi nümayiş olundu.
Qeyd
edək ki, Sumqayıt Dövlət Universiteti müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirmişdir.
SDU-nun Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.7.