Teymurun NASA yolu
Türkiyənin İstanbul
Texniki
Universitetinin 240 illik tarixi ərzində ilk
və yeganə ən yüksək bal toplayan məzunu
20 il
təhsil almaq və bu
müddətdə yalnız əla qiymətlərlə oxumaq... Orta məktəbi
9 ilə başa vurmaq,
dünyaca tanınmış İstanbul Texniki Universitetinin 240 illik tarixi ərzində ilk və
yeganə ən yüksək ballı məzunu olmaq...
Bütün bu qibtə
doğuracaq nailiyyətlərin sahibi soydaşımız Teymur
Sadıxovdur. Bakı şəhərindəki 211 nömrəli
orta məktəbin məzunu...
Teymur İstanbul Texniki Universitetində bakalvriat
səviyyəsində dövlət xətti ilə təhsil
alıb, ABŞ-ın Corciya Texnologiya İnstitutunun magistratura təhsilini dövlət proqramı
ilə davam etdirmişdir.
Hazırda Teymur Sadıxov Corciya
Texnologiya İnstitutunda
doktorantura (Phd) səviyyəsində
təhsil alır.
Ancaq bu, hələ
hamısı deyil - Teymur
dünyanın aerokosmik tədqiqatlar mərkəzi
hesab olunan NASA-da elmi tədqiqatla məşğul
olan ilk və yeganə
azərbaycanlıdır.
27
yaşlı soydaşımız hazırda NASA-nın Jet Propulsion
laboratoriyasında Robotik Sistemlərin Qiymətləndirilməsi,
Qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars
planetində olan Curiosity
Rover-in avtonom idarə
olunması, eləcə də JPL yüksək mobilli
çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin
iştirakçısıdır.
İstanbul Texniki Universitetinin təyyarə və kosmik elmlər fakültəsində təyyarə
mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıxov hələ
tələbə ikən dik və qısa
məsafədə havaya qalxan
və enən nəqliyyat vasitələrinin simulyasiyası və
nəzarəti ilə bağlı elmi
araşdırmalar
aparıb. Bundan başqa
o, yanacaq hüceyrəsi
ilə çalışan yarış avtomobilinin
manual nəzarətdən avtonom
idarəetməyə keçirilməsi üzərində
işləyib. İşinin çoxluğuna baxmayaraq,
Teymur təhsilini davam
etdirmək arzusunu həyata keçirməyə
tələsirdi. Belə bir perspektivli gəncin üzünə
dünyanın bütün universitetlərinin
qapısı açıq idi. O, indiyədək xaricdə təhsil almış
yeganə azərbaycanlıdır ki, təhsilin
növbəti pilləsi üçün
müraciət etdiyi 10 tanınmış ali məktəbin hamısından müsbət
cavab alıb və təhsil müddətində
ona yüksək təqaüd təklif olunub.
2008-ci ildə Kaliforniya Universitetinin San-Diego Mexanika və Aerokosmik Mühəndislik fakültəsində
"Powell" fondu təqaüdçüsü
olaraq elmi təhsilə
başlayan soydaşımız çoxrobotlu sistemlərin kooperativ
və paylaşımlı nəzarəti üçün
alqoritmlər üzrə elmi tədqiqat
aparıb.
2010-cu
ildə isə məşhur alim Vassim M.Haddadın dəvətilə
ABŞ-ın ən böyük və
yüksək reytinqli Aerokosmik
Mühəndisliyi fakültəsinə malik
Corciya Texnologiya İnstitutunda təhsilə başlayıb və
hazırda burada doktorantura
dərəcəsinə namizəddir. Teymur 2013-cü ildə
"United Technologies Corporation" təşkilatının elmi-tədqiqat
mərkəzinin Avtonom və
Ağıllı Robotik Sistemlər
Laboratoriyasında avtonom vertolyotların
şəhər mühitində qəzasız optimal
trayektoriya planlaması ilə əlaqəli
elmi tədqiqatla məşğul olub. Bu layihə
vertolyotların avtonomlaşdırılması üçün
planlaşdırılıb.
Soydaşımızın
uğurlu elmi-tədqiqat layihələri bununla bitmir. Müasir dünyada ən
qabaqcıl texnologiyaların cəmləşdiyi aerokosmik sahədə tanınmış alimlərlə
çiyin-çiyinə çalışan Teymur
Sadıxovun ən böyük arzusu bu sahədə öz sözünü deməkdir.
Teymur, biz sənə uğurlar arzulayırıq!
Azərbaycan müəllimi.- 2014.- 9 may.- S.12.