Təhsil naziri Vyetnam
Sosialist Respublikasının
təhsil və təlim naziri ilə
görüşüb
Mayın 19-da təhsil
naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist
Respublikasına dövlət səfəri çərçivəsində
bu ölkənin təhsil və təlim naziri Fam Vu Luan ilə
görüşüb.
Görüşdə
təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib. Təhsil sahəsində
gələcək əlaqələrin möhkəmləndirilməsində
bir sıra birgə layihələrin həyata keçirilməsinin
mümkünlüyü vurğulanıb və müvafiq əməkdaşlıq
müqavilələrinin imzalanması barədə
razılıq əldə olunub.
Azərbaycan və
Vyetnam arasında təhsil sahəsində hələ sovetlər
dövründən mövcud olan səmərəli münasibətlər
haqqında söhbət açılıb. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına uyğun olaraq, ölkəmizdə
təhsil almış vyetnamlı tələbələrin
iştirakıyla Bakıda Vyetnam-Azərbaycan dostluğu
forumunun keçirilməsi məsələsi müzakirə
edilib.
Görüş
zamanı həmçinin, Azərbaycanın ali təhsil
müəssisələrində təhsil alan vyetnamlı tələbələrin
sayının artırılması və "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
seçilmiş ali təhsil müəssisələrinin siyahısına
Vyetnamın qabaqcıl universitetlərinin də əlavə
olunması məsələləri ətrafında fikir
mübadiləsi aparılıb. Məktəblilərin Beynəlxalq
Kimya Olimpiadasının 2014-cü ildə Vyetnamda, 2015-ci ildə
isə Moskva Dövlət Universitetinin Bakı filialının
təşkilatçılığı ilə Azərbaycanda
keçiriləcəyini nəzərə alaraq, bu istiqamətdə
qarşılıqlı təcrübə mübadiləsinin
aparılmasının əhəmiyyəti qeyd olunub.
Azərbaycan müəllimi.- 2014.-
23 may.- S.3