Müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi ilə bağlı
məlumat
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
hazırladığı təqdimat əsasında
*
Sınaq qiymətləndirilməsi
Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən Bakı şəhəri məktəblərinin
müəllimləri üçün iyun ayında sınaq
qiymətləndirilməsi keçiriləcəkdir.
* Məqsəd
- "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"na
uyğun olaraq təhsilin məzmununun səmərəli mənimsənilməsini
təmin edən yüksək nüfuzlu təhsilverənin
formalaşdırılması;
- Bu hədəfə nail olmaq üçün
müəllimlərin peşəkarlıq səviyyəsinin
daim yüksəldilməsini, əlavə təlim
ehtiyaclarının müəyyənləşdirilməsini və
ixtisasartırmada buna uyğun təlim-tədris
proqramlarının seçilməsini təmin etmək;
- Müəllimin karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılmasını təmin edən yeni
sistemin yaradılmasını təmin etmək.
*
Sınaq qiymətləndirilməsi üç istiqamətdə
aparılacaq
* İxtisas *
Metodika * Kommunikativ
* Məkan
Sınaq qiymətləndirilməsi Bakı
şəhərində 4 zona üzrə məktəblərdə
aparılacaqdır.
*
Qiymətləndirilmənin formatı və məzmunu
Qiymətləndirilmə test şəklində,
4 variant və 80 sualdan ibarət olacaq və 2 saat ərzində
keçiriləcəkdir.
* 40 sual (fənn)
* 20 sual (metodika)
* 20 sual (kommunikativ)
* Sınaq qiymətləndirilməsi
aşağıdakı ixtisaslar
üzrə aparılacaq
Azərbaycan dili
və ədəbiyyat
Riyaziyyat
Tarix
Biologiya
Kimya
Fizika
Coğrafiya
İnformatika
İbtidai sinif
Musiqi
İngilis dili
Rus dili və
ədəbiyyatı
Rus dili
Alman dili
Fransız dili
GÇQH
Təsviri incəsənət
və rəsmxətt
Fiziki tərbiyə
Əmək hazırlığı
* Sınaq qiymətləndirilməsində
iştirak edir
1. Bakı məktəblərində
daimi müəllim vəzifəsini tutan müəllimlər
2. Analıq məzuniyyəti
yerinə müddətli
müqavilə ilə
işləyən müəllimlər
(digər ümumtəhsil
müəssisəsində müəllim
işləyən əvəzçilər
istisna olmaqla)
* Sınaq qiymətləndirilməsində
iştirak etmir
1. Məktəb direktorları
2. Direktor müavinləri
3. Psixoloqlar
4. Laborantlar
5. Uşaq birliyi
rəhbərləri
6. Sosial məzuniyyətdə
olan və müvəqqəti əmək
qabiliyyətini itirən
müəllimlər
* Sınaq qiymətləndirilməsindən
sonra müəllimlər
Fənn bilikləri
istiqaməti üzrə:
öz bilik və bacarığını
obyektiv dəyərləndirə,
peşəsi üçün
əhəmiyyətli olan
zəif və güclü cəhətlərini
müəyyən edə
biləcək;
Metodika istiqaməti
üzrə: kurikulumların
tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı əldə
edəcək;
Kommunikativ qabiliyyətə
dair istiqamətə
aid suallar üzrə:
şagirdlərlə ünsiyyət
qurmaq, özünüidarə
keyfiyyətləri və
sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını əldə
edəcəkdir.
* Sınaq qiymətləndirilməsində
aşağıdakı müəssisələrdən
ümumilikdə
357 məktəbin müəllimləri
iştirak edəcək
Təhsil Nazirliyinin
tabeliyində olan məktəblər - 1620 nəfər;
Təhsil Nazirliyinin
tabeliyində olan internat məktəbləri
- 592 nəfər;
BŞTİ-nin tabeliyində
olan tam orta məktəblər - 27007 nəfər;
BŞTİ-nin tabeliyində
olan xüsusi gündüz ümumtəhsil
məktəbləri - 815 nəfər;
BŞTİ-nin tabeliyində
olan axşam qiyabi məktəbləri
- 28 nəfər;
BŞTİ-nin tabeliyində olan islah-əmək düşərgəsində
axşam qiyabi məktəblər - 10 nəfər.
Azərbaycan
müəllimi.- 2014.- 23 may.- S.5.