Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nümayəndə
heyəti Fransada rəsmi səfərdə olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) nümayəndələri rəsmi səfər
çərçivəsində Paris Sarbonna Abu Dabi (PSAD)
Universitetində olublar.
PSAD-da keçirilən
tədbirdə BŞTİ-nin müdir əvəzi Elnur
Əliyev Azərbaycan təhsil sisteminə dair təqdimatla
çıxış edib. Çıxışı zamanı
Elnur Əliyev Azərbaycanda təhsil sahəsində
qazanılan uğurları, bu sahədə gedən inkişaf
proseslərini, son illərdə ölkəmizdə təhsil
infrastrukturunun müasirləşdirilməsi istiqamətində
görülən mühüm işləri tədbir
iştirakçılarının diqqətinə
çatdırıb. Ölkəmizdə həyata keçirilən
təhsil islahatlarından bəhs edən Elnur Əliyev Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət
Strategiyası"nın əhəmiyyətindən
danışıb. Azərbaycan təhsilinin son illər yeni
inkişaf mərhələsinə qədəm qoyduğunu
bildirən Elnur Əliyev təhsil sahəsində həyata
keçirilən islahatyönlü tədbirlərdə ilk
növbədə milli-mədəni dəyərlərin, ənənələrin
qorunub saxlanıldığını, eyni zamanda qabaqcıl
ölkələrin təhsil sistemlərinin təcrübəsinin
öyrənildiyini və müasir tələblərin nəzərə
alındığını qeyd edib.
Səfər çərçivəsində
ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə
müxtəlif mövzularda müzakirələr
aparılıb və müəllim hazırlığı və
məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq
məsələlərinə toxunulub.
Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.3.