Təhsil Nazirliyində
əməkdaşlıq
memorandumu imzalanıb
Noyabrın 4-də Təhsil
Nazirliyi ilə "Azərbaycan Polad İstehsalı Kompleksi"
Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq
Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye
ili" elan edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin
kadr potensialının gücləndirilməsinə
və inkişafına nail
olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin,
razılaşma "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkədə
insan kapitalının inkişafı,
iqtisadiyyatın qlobal məkana uğurlu inteqrasiyası və ölkənin
beynəlxalq rəqabətdən daha səmərəli
faydalanması kimi strateji
vəzifələrin həyata keçirilməsinə təkan
verməyə xidmət edir.
Mərasimdə
çıxış edən təhsil naziri
Mikayıl Cabbarov bildirib
ki, real iqtisadi sektorda fəaliyyət
göstərən müəssisələrlə, o cümlədən metallurgiya
kompleksi ilə müvafiq
ixtisaslar üzrə kadr
hazırlığı aparan ilk peşə, orta ixtisas və ali təhsil
müəssisələri arasında birbaşa
əməkdaşlıq əlaqələrinin
qurulması təqdirəlayiq haldır. Ölkəmizdə
iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi, müasir avadanlıqların
quraşdırılması prosesi günbəgün
sürətlənir. Nəticədə mövcud
tələbata uyğun kadrların
yetişdirilməsi zərurəti yaranır. Bu
isə istehsal müəssisələri ilə
təhsil ocaqlarının əməkdaşlığının
genişləndirilməsini tələb edir.
"Azərbaycan Polad İstehsalı Kompleksi"
QSC-nin sədri Samir Cəfərov
isə bildirib ki,
ölkəmizdə bir sıra yeni istehsal sahələrində
kadr çatışmazlığı hiss olunur. Xüsusilə,
yüksək səviyyəli peşə təhsili olan işçilərə tələbat böyükdür. Samir Cəfərov
Təhsil Nazirliyi ilə memorandumun
imzalanmasının bu sahədə
boşluqları aradan
qaldıracağına əmin olduğunu
vurğulayıb.
Çıxışlardan
sonra təhsil naziri
Mikayıl Cabbarov və "Azərbaycan Polad İstehsalı Kompleksi"
QSC-nin sədri Samir Cəfərov
memorandumu imzalayıblar.
Memoranduma əsasən, "Azərbaycan Polad İstehsalı Kompleksi"
QSC tələbələrin istehsalat təcrübələrinin
təşkili, yüksək akademik
göstəricilərlə təhsil alan tələbələrə
xüsusi təqaüdün verilməsi və
gələcəkdə bu ixtisaslara
yiyələnmiş məzunların işə qəbulu təmin olunacaq. Bununla yanaşı, Təhsil Nazirliyinin
tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və ali təhsil
müəssisələrindən seçilmiş
şagirdlər və tələbələr "Azərbaycan
Polad İstehsalı Kompleksi"
QSC-də yay təcrübəsi
proqramına qəbul ediləcək. Nazirliyin nəzdindəki ali təhsil müəssisələrinin
professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin
aparılmasında, beynəlxalq əlaqələr üzrə
həyata keçirilən layihələrdə "Azərbaycan
Polad İstehsalı Kompleksi"
QSC-nin tərəfdaş kimi
iştirakına, burada çalışan
yüksək ixtisaslı mütəxəssislərin təhsil
müəssisələrində tələbələr üçün seçmə mühazirələrinin
təşkilinə şərait yaradılacaq. Memorandumda ali
təhsil müəssisələrinin professor-müəllim heyətinin
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC -də məsləhətçi
qismində işə cəlb olunması, birgə elmi-texniki işlərin aparılması,
seminarların təşkili, eləcə də müştərək
layihələrin işlənməsi və istehsalatda
tətbiqi məsələləri də əksini
tapıb.
Əməkdaşlıq
Memorandumu çərçivəsində
tərəflər metallurgiyaya dair ixtisaslar üzrə ilk peşə, orta ixtisas və ali təhsilin
nüfuzunun yüksəldilməsi, yeniyetmələrin
texniki peşələrə yiyələnməyə
həvəsləndirilməsi üzrə birgə
proqramların hazırlanması, həyata keçirilməsi və
təbliği ilə
bağlı öhdəlik götürüblər. Həmçinin əməkdaşlıqda iştirak edən ilk
peşə-ixtisas təhsili müəssisələrində müvafiq maddi-texniki
bazanın yaradılmasına, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsinə
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin mütəxəssislərinin
də cəlb edilməsi nəzərdə tutulur.
Azərbaycan müəllimi.- 2014.- 7 noyabr.- S.2.